Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə6/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   2   3   4   5   6   7   8   9   ...   45
Kursun m qs di

Yan karotajı (YK) üsulunun mahiyyəti
Yüksək xüsusi müqavimətə malik kəsilişlərdə eləcə də minerallaşma dərəcəsi böyük olan gil məhlulu ilə qazılan quyularda adi elektrik karotajının səmərəliliyi kəskin azalır. Quyu şəraitinin təsiri nəticəsində qradiyent və potensial zondla alınmış FXM əyriləri kəsilişin səciyyəsini düzgün əks etdirmir. Belə şəraitlərdə ölçü işlərini aparmaq üçün əlavə ekran elektrodlarına malik olan YK zondlarından istifadə olunur. Ekran elektrodlarının funksiyası əsas (mərkəzi) elektroddan çıxan cərəyan qüvvə xətlərini fokuslaşdırmaqla quyu oxuna perpendikulyar istiqamətdə tədqiqat layına yönəltməkdir.
Elektrodların sayına görə YK-nın üç-, yeddi-, və doqquz elektrodlu zondları mövcuddur.
Bu zondlar bir-birindən elektrodlarının sayına və formasına görə fərqlənir.

Şəkil. YK zondunun sxemi: I-üç elektrodlu (YK3), II-yeddi elektrodlu (YK7), III-doqquz elektrodlu (psevdo) yan karotajı


Üç elektrodlu YK zondunda elektrodlar silindir formasında, yeddi və doqquz elktrodlu YK- zondlarında isə elektrodlar ya nöqtəvi ya da halqavari şəkildə olur.


Mədən geofizikası təcrübəsində üç və yeddi elektrodlu zondlar eləcədə mikroyan karotaj zondu daha geniş tətbiq olunur.
Üç elektrodlu YK zondu əsas (mərkəzi) elektroddan (A0) və iki ekran elektrodundan (A1 və A2) ibarətdir). A1 və A2 elektrodları bir-biri ilə qısa qapanmış dövrədə A0 elektrodu ilə müqaviməti R=0,01Om olan rezistor vasitəsilə birləşdirilir.
Hər üç elektroddan eyni qütblü cərəyan buraxılır və onlarda potensialın bərabərliyi təmin
edilir.
Süxurların FXM-ni təyin etmək üçün zondun istənilən elektrodu ilə (praktiki olaraq hər
üç elektrodun potensialı eynidir) nisbətən böyük məsafədə yerləşən N elektrodu arasındakı potensial (U) ölçülür.

Bircinsli mühitdə cərəyan xətlərinin paylanması. I-üçelektrodlu, II-yeddi elektrodlu, III-çoxelektrodlu


Nəticədə fxm -in qiyməti aşağıdakı düsturla təyin edilir.



fxm
k U
I

0
Cərəyanın (İ0) sabit qiymətində potensialın dəyişməsini qeyd etməklə fxm əyrisi alınır.

Üç elektrodlu YK zondunun əmsalı zondun ölçüsündən asılı olub,


k 2L0 / ln 2L / dz

düsturu ilə təyin edilir. Burada L-zondun ümumi uzunluğu (A1 və A2 elektrodlarının kənar ucları arasındakı məsafə), L0 - əsas elektrodun (A0) uzunluğu, dz- zondun diametridir.
Hazırda istifadə olunan YK cihazlarında L0=0,18m; L=3,2m; dz=0,07m olduğundan zond əmsalı 0,24-ə bərabərdir.
Üç elektrodlu YK zondunda ölçü nöqtəsi A0 elektrodunun tən yarısına aid edilir. Ümumiyyətlə L0=0,150,3m olduğundan ekranlaşdırıcı zondlar yüksək ayırdedicilik xüsusiy- yətinə malik olurlar.
YK diaqramlarının ilkin emalı tədqiqat üçün seçilmiş layların sərhədlərinin və qalınlığının təyinindən, onların xüsusi müqavimətlərinin qiymətləndirilməsindən və bu qiymətlərə cihazın, quyunun, layın qalınlığının (h) eləcədə ətraf layların xüsusi müqavimətlərinin (ətr) təsirinə görə düzəlişlərin verilməsindən ibarətdir. Bu düzəlişlər sistemi diaqramların qeydiyyatında istifadə olunmuş cihazların növünə uyğun mövcud qaydalar əsasında yerinə yetirilir. Diaqramların transformasiyasında yekun məqsəd quyu şəraitinin və cihazın ölçü nəticələrinə təsirini aradan qaldırmaqla ölçü nəticələrini sonsuz qalınlıqlı lay şəraitinə və yaxud standart quyu şəraitinə uyğunlaşdırmaqdır.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin