Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə14/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
Kursun m qs di

Heyger-Müller sayğacı


Heyger intervalı gərgin-liyinin rejimində işləyən sayğaclara Heyger-Müller sayğacı, yaxud da qaz boşaldıcı sayğac deyilir. Geofiziki ölçmə işlərində, adətən, bu sayğaclardan istifadə edilir. Bu sayğac quruluşuna görə şüşə qabdan ibarətdir (şək.5). Bu qabın içərisində iki elektrod yerləşir. Elektrodlardan biri silindirik şəkildə olub, şüşə silindirin daxili səthi üzərində quraşdırılır. İkinci elektrod isə çubuqvari şəkildə olub, şüşə silindirin oxu üzrə gedir. Şüşə qab içərisinə inert qazla yüksək molekullu birləşmələrin buxar qatışığı doldurulur. Bu qatışıq az təzyiq altında olur.

Şəkil 5. Mütənasib sayğacın quruluşu.
1 – anod; 2 – katod; 3 – şüşə ballon; 4 – katodun elektrik çıxışı

Elektrodun hər ikisi silindirin bir-birinə əks xarici uclarında yerləşmiş kontaktlarla əlaqələndirilir və bu vasitə ilə elektrodlar yüksək gərginlik (1000 Volta qədər) mənbəyi ilə birləşdirilir. Çubuqvarı elektrod yüksək omlu müqavimət vasitəsilə mənbənin müsbət qütbünə, silindirik elektrodl isə mənfi qütbünə birləşdirilir. -kvantlar belə bir sayğacın üzərinə düşdükdə silindirik şüşənin daxili səhti üzərində olan katod materialının atomlarından elektronlar ayrılır. Həmin elektronlar isə qazın molekullarının ionlaşmasına, ionlaşma isə sayğacın boşalmasına səbəb olur. Slindirik şüşə daxilində ionlar qazdan elektronları vurub çıxarır, bu elektronlar elektrik sahəsinin təsiri nəticəsində öz hərəkət sürətlərini getdikcə artırır, beləliklə elektron seli yaranır. Mənfi işarəli ionlar anoda boşalması yüksəkomlu müqavimət üzərində gərginlik düşgüsü yaradır ki, bu da implus şəklində ölçü cihazına ötrülür.




Qamma-karotaj


Bu üsul süxurların quyu boyu təbii radioaktivliyinin öyrənilməsi ilə məşğul olur.


Təbii radioaktivlik süxurlarda uran və onun prçalanması zamanı alınan izatopların miqdarı ilə təyin olunur.
Böyük radioaktivlik gilə, kiçik radioaktivlik isə anhidridlərə aiddir.

Quyuda təbii radioaktivliyi ölçmək üçün quyuya bir qəbuledicidən – sayğacdan ibarət quyu cihazı buraxılır (şək. 6).

Şəkil 6. QK cihazının sxematik quruluşu


Sayğac kimi Qeyqer-Müller sayğacından və ya son dövürlərdə geniş tətbiq edilən stintilyasiya sayğacından istifadə edilir. Sayğac qamma-kvantları qəbul edərək onu implus şəklində gücləndrciyə göndərir və oda öz növbəsində alınan siqnalı gücləndirərək yer üstü cihazlara ötürür.


Son dövürlərd QK-ın bir növü olan spektral qamma-karotajından da istifadə edilir ki, bu cihazlar vasitəsilə radioaktiv elementlərin şüalanma spektrəri təyin edilərək süxurun tərkibindəki radioaktiv elementin növü və miqdarı müəyyənləşdirilir.
QK əyrilərinin keyfiyyətcə interpretasiyası süxurların təbii radioaktivliyini müxtəlif olmasından irəli gəlir. Radioaktialiyə görə süxurlar üç yerə bölünür:

  1. yüksək rodioaktivli süxurlar – bura qara bitumlu gillər, argilitlər və gilli slanslar aiddir;

  2. orta radiaktivli süxurlar – bura dayaz və kontinental gillər, gilli qumlar, mergellər, gilli əhəngdaşıları və gilli dolomitlər aiddir;

  3. zəif radioaktiv süxurlar – bura argilitlər, gipslər, qumlar, qumdaşıları, əhəng daşıları və dolomitlər aiddir.

Ölçü zamanı QK əyrilərinə quyu diameti, qoruyucu kəmər, sement həlqəsi əks təsir göstərirlər, yəni süxurdan şüalanan radioaktiv hissəciklərin intensivliyi azalır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin