Kursun məqsədi


Neytronun süxurlarla qarşılıqlı əlaqəsi



Yüklə 0,75 Mb.
səhifə12/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
Kursun m qs di

Neytronun süxurlarla qarşılıqlı əlaqəsi


Neytron nüvə hissəciyi olub, elektrik yükünə malik deyil. Neytronun kütləsi protonun kütləsindən o qədər də fərqlənməyir, lakin elektronun kütləsindən 1835 dəfə böyükdür. Enerjisinə görə bir neçə qruppa bölünür: soyuq, isti, yavaş, rezonans, aralıq, sürətli. Enerjisi istilik neytronlarından böyük olan neytronlar istilik üstü neytronlar adlanır. Neytronun enerjisi artdıqca onun sürəti artır.


Neytronların süxurlarla qarşılıqlı təsiri üç cür olur: elastiki əksolma, qeyri elastiki əksolma, neytronun udulması.
Elastiki əks olma zamanı neytronla nüvə arasında knetik enerjinin yenidən bölüşdrülməsi baş verir ki, bu zaman nüvə daxili vəziyyət dəyişilməz qalır. Nəticədə neytron enerjisinin müəyyən bir hissəsini itirir və əvvəlki hərəkət istiqamətindən kənarlaşır. Ən çox enerjini neytron hidrogen atomunun nüvəsi ilə qarşılaşdıqda itirir ki, bunada səbəb hidrogenin atom çəkisinin neytronun çəkisinə bərabər olmasıdır.
Qeyri elastiki əksolma ancaq sürətli neytronların əsasən ağır elementlərin nüvəsi ilə qarşılaşdıqda baş verir. Qeyri elastiki əksolma zamanı nüvənin tərkibi dəyişilmir, lakin o həyacanlanır. Bu zaman neytron özünün kinetik enerjisinin bir hissəsini nüvəyə verir ki, bu enerjidə onun həyacanlanmasına imkan yaradır. Nüvə öz əvvəlki vəziyyətinə qayıdan zaman bir və ya bir neçə qamma kvant şüalandırır.
Neytronun udulması, onun hərəkəti üçün sonuncu mərhələ olur. Yavaşımış istilik neytronu öz hərəkətini davam etdirir, lakin enerjisində dəyişiklik baş vermir. Hərəkətinin ikinci fazası diffuziya adlanır. Bu faza diffuziya uzunluğu ilə səciyyələnir. Bu uzunluq istilik neytronunun yaranması nöqtəsi ilə onun hər hansı bir elementinin nüvəsi tərəfindən udulması nöqtəsinə qədərki məsafədir.


Quyularda radioaktiv karotaj


Radioaktiv karotajın hazırda aşağıdakı növləri quyu kəsilişinin öyrənilməsində istifadə edilir: qamma-karotaj (QK); neytron-qamma karotajı (NQK); neytro-neytron karotajı (NNK); impulus neytron karotajı (İNK); qamma-qamma karotajı (QQK) və s..



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin