Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə34/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
Kursun m qs di

Neftdoyumluğun təyini


Quyuda uzun muddət istismarda olmuş və yeni obyektlərin aşkarlanması üçün İNNK işləri yerinə yetirilmişdir. Buruda lay sularının mineralizasiya dərəcəsi yuksəkdir və neftdə demək olar ki, qaz çox həll olmuşdur. Bu səbəbdən də bu quyuda cari neftdoyumluluğun kəmiyyətcə hesablanması mümkün olmuşdur. Birinci layın cari neftdoyumluğu Kc.n=0,55; ikinci layda Kc.n=0,65; üçüncü layda Kc.n=0,51 olmuşdur (şək.3.1).
Neftin su ilə sıxışdırılıb çıxarılmasında öyrənilən əsas ikinci məsələ neft-qaz və neft-su əlaqələrinin təyin edilməsidir. Bu geoloji məsələlərində kəmərli quyularında öyrənilməsində ən çox radioaktiv karotaj üsullarından və bəzi hallarda genişzolaqlı akustik karotajı və ya termometirdən istifadə edilir.

Şəkil 3.1.




Su-neft əlaqəsinin təyini


Şəkil 43.2-də Suraxanı sahəsində yerləşən quyuda SNƏ təyin etmək üçün neytron-qamma karotajı, neytron-neytron karotajı-istiliküstü, implus neytron-neytron karotajı kimi tədqiqat işləri yerinə yetirilmişdir. Bu nümunədə SNƏ-nın vaxt ilə əlaqədar olaraq hərəkəti də qeyd edilmişdir. Belə ki, SNƏ1 (ilkin) əyrisi müəyyən müddət istismar edildikdən sonra qeyd edilmiş SNƏ2-dən fərqlənir. Yəni amplitudanın dəyişməsi layın tavanına doğru sürüşmüşdür (şək. 3.2).

Şəkil 3.2. Su-nefr əlaqəsinin RK ilə təyini


İmplus neytron-neytron karotajından (İNNK) istifadə edilərək neft-qaz, su-neft əlaqələrini təyin etmək olur. Belə ki, məsaməlik ancaq neft və ya su ilə doymuş olarsa, neytronun yaşama


müddəti 0,3-0,6ms arasında, minerallaşmış su ilə dolu olarsa 0,11-0,33ms, qazla
dolmuşdursa 0,6-0,8ms aralığındakı qiymətlərə uyğun gəlir. Diffuziya əmsalı (D) neft və
suda təxminən eyni olub suyun mineralizasiya dərəcəsindən asılı olur. Bu kəmiyyət məsamələr maye ilə (neft və su) doymuş olduqda (6–12)104sm2/s, qazla doymuş olduqda (20–40) 104sm2/s qiymətləri ilə səciyyələnir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin