QQK əyrilərinin geoloji interpretasiyası. QQK əyrilərinin forması QK əyriləri ilə müqayisədə bir qədər mürəkkəb olur. Buna baxmayaraq, praktiki məsələlərin həllində QQK əyrilərinin formalarını təhrif edən səbəblər QK əyrilərin formalarını təhrif edən səbəblərlə eyniləşdirilir.
QQK əyrilərinin xüsusiyyəti ondan ibarətdir ki, layın sərhədləri yaxınlığında səpələnmiş
şüalanma intensivliyi düz xətli dəyişmir. Nisbətən böyük qalınlıqlı bircinsli laylar qarşısında QQK əyriləri simmetrik anomaliyalar şəklində alınır. Əksər hallarda layların sərhədləri
«simmetrik anomaliya» prinsipinə görə müəyyənləşdirilir.
Quyuların geofiziki tədqiqatı təcrübəsində QQK diaqramlarına görə layların sərhədlərini və qalınlıqlarını təyin etdikdə, eləcə də əyrilərin formasına inteqrallayıcı konturun (. düzəlişi) təsirinə görə düzəliş verdikdə QK üsulunda tətbiq edilən universal qaydalardan istifadə olunur.
Səpələnən şüalanma intensivliyinin qiyməti süxurun elektron sıxlığı (e) ilə müəyyən olunur. Eyni atomla təmsil olunan mühitin elektron və həcmi sıxlıqları () arasındakı əlaqə aşağıdakı kimidir:
e / 2Z / M
Burada Z - elementin atom nömrəsi; M -nisbi atom çəkisidir.
Çökmə süxurların əsas süxur törədən minerallarında
2Z / M
nisbəti vahidə yaxın olduğundan
e
olur və
I -nın qeyd olunan qiyməti süxurun həcmi sıxlığını () səciyyələndirir. Digər
elementlərdən fərqli olaraq hidrogen üçün e / 2 - dir. Ona görə də məsamələri neft, qaz və su ilə doymuş yüksək məsaməli süxurların elektron sıxlığı həcmi sıxlıqlarından bir qədər fərqlənir
Səpələnmiş şüalanma intensivliyinin qiyməti ilə süxurların həcmi sıxlıqları arasında
tərs əlaqə mövcuddur. Süxurun sıxlığı nə qədər böyük olarsa səpələnmə də bir o qədər çox, qeyd olunan səpələnmiş şüalanma intensivliyi isə bir o qədər az olur.
Terrigen və karbonat süxurların sıxlığı əsasən onların məsaməliyi ilə müəyyən edilir və geniş diapazonda (1.3 3q / sm3 ) dəyişir. Odur ki, QQK diaqramlarında sıx süxurlar – bərk dolomit və əhəngdaşları, anhidritlər minimal göstəricilərlə, sıxlığı bir qədər az olan süxurlar – gillər, gips, daş duz, yüksək məsaməli əhəngdaşları, dolomitlər, qummdaşları maksimal göstəricilərlə, gilli əhəngdaşları və qumdaşları isə orta yaxud aşağı göstəricilərlə qeyd olunurlar. Sıxlığa görə QQK diaqramlarının interpretasiyasında son məqsəd adətən süxurların sıxlıqlarının deyil, onunla əlaqədar olan məsaməliyin təyinindən ibarətdir.
Dostları ilə paylaş: |