Kursun məqsədi


Kavernomer. Quyu diametrinin quyu oxu boyu öyrənilməsi



Yüklə 0,75 Mb.
səhifə24/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   20   21   22   23   24   25   26   27   ...   45
Kursun m qs di

Kavernomer. Quyu diametrinin quyu oxu boyu öyrənilməsi


Qazma zamanı suxurların xüsusiyyətlərindən asılı olaraq quyu diametri dəyişilir. Yəni, quyu diametri baltanın diametrinə bərabər, kiçik və ya böyük olur. Diametrin dəyişməməsi möhkəm suxurlara, kiçilmə yaxşı kollektorlara, böyümə isə skleti davamlı olmayan suxurlara və gillərə aiddir.


Quyu diametrinin öyrənilməsi quyuda böyük sayda məsələlərin həllində lazım gəlir. Belə ki, quyu diametri karotaj məlumatlarının interpritasiyasında nəzərə alınır və nəticədə quyu diametrinə görə düzəlişlər verilir. İstismar kəməri, buraxıldıqdan sonra kəmərarxası boş sahənin sementlənməsində lazım olacaq sement məhlulunun həcminin hesablanmasında, sınaq zamanı sahənin seçilməsində, qazma borularının endirilib-qaldırılma prossesində nəzərə alınır.
Quyu diametrinin öyrənilməsində kavernomerlərdən istifadə edilir. Ölçü zamanı kavernoqram və profilomer əyriləri qeyd edilir. Əyridə dərinlikdən asılı olaraq diametr mm-lə qeyd edilir.
Alınmış əyrilərin interpretasiyası zamanı nominal diametr (baltanın diametrinə bərabər) xətti keçirilir. Quyu diametrinin slindirik həcmi aşağıdakı düsturla hesablanır:

V R2 H
(2.2)

burada, R-radiusdur dioqram üzərindən götürülmüş qiymətdir (R=D/2-D quyu diametridir)- m- lə; H-quyuda seçilmiş intervaldır, m-lə.


Slindir formalı quyu diametrinin həcminin öyrənilməsi aşağıdakı ardıcılıqla aparılır: diaqram üzərində sahələr seçilir (təxminən eyni diametrə bərabər) və bu sahələrin daban və tavanının dərinliyi təyin edilir, dabanla tavanın dərinliklər fərqi hesablanır. Bundan sonra slindrin oturacağındakı diametr (radius) təyin edilir və yuxarıda qeyd edilmiş düsturdan istifadə edilərək seçilmiş sahənin həcmi hesablanır. Alınmış nəticələr toplanılaraq quyu oxunun ümumi həcmi hesablanır. Nəhayət, buraxılacaq istismar kəmərinin daxili diametri və dərinliyi nəzərə alınaraq istismar kəmərinin slindrik həcmi hesablanır. Quyu üçün hesablanmış ümumi həcmidən

istismar kəməri üçün hesablanmış həcmin fərqi, kəmər arxası boşluqların ümumi həcmini verir. Bu məlumatdan istifadə edilərək, kəmər arxasına vurulacaq sementin həcmi hesablanır (şəkil 2.2).

Şəkil 2.2. Quyuda kəmər və sementin vəziyyəti. 1-kəmər; 2-sement; 3-quyu divarı

Quyu diametri quyunun geoloji kəsilişi ilə sıx əlaqədardır. Quyunun həqiqi diametri onu qazıyan baltanın diametrindən fərqlənir.


Quyu diametrinin artması, ümumiyyətlə, tərkibində gil, mergel, gilli qum, dolomit və daş duz olan süxurlarda müşahidə olunur.
Qumdaşı, karbonat və başqa süxurlarda quyu diametri balta diametrindən az fərglənir. Bəzi hallarda, xüsusən qazılma müddətində keçirici süxurların qarşısında gil qabığının əmələ gəlməsi nəticəsində quyu diametri kiçilə bilər.
Quyu diametrinin ölçülməsində kavernomer adlanan quyu cihazından istifadə edilir. Kavernomerin quruluşu aşağıdakı kimidir: quyu diametrini təyini üçün bir neçə qollardan (4, 6, 8 ədəd) istifadə edilir ki, bu qollar yaylar vasitəsilə quyu divarına sıxılır və diametrdən asılı olaraq dəyişilir. Qollara ştoklar birləşdirilmişdir ki, bu ştok üzərində çıxıntılar var. Çıxıntı reoxord üzərində diametrdən asılı olaraq hərəkət edir. Nəticədə, müqavimət dəyişilir ki, bu dəyişilmə kavernomerin bağlı hallındakı nöqtə ilə diametrin dəyişilməsində çıxıntının reoxord üzərində yerləşdiyi nöqtə arasındakı potensiala bərabər olur və bu potensial quyu diametrinə uyğun gəlir (şəkil 3.3).

Şəkil 3.3. Kavernomerin quruluşu. 1-qollar; 2-yumuruq şəkilli qollar; 3-yay; 4-reaxord; 5-sürüşən kontakt; 6-ştok; 7-quyu divarı.
Tədqiqat zamanı diametrin ölçülmüş qiymətinin dəqiqliyini artırmaq üçün cihaz daimi olaraq etalinirovka (dərəcələnmədən) keçməlidir. Belə ki, quyu diametri (d), potensiallar fərqi (
u) və cərəyan müddəti (İ) bir-biri ilə aşağıdakı kimi əlaqədardır.

d d 0

  • c u

i


(3.1)

Burada d0 – kavernomer bağlı haldakı diametr, c – isə kavernomer sabitdir və


C I (d 2 d1)

u2 u1
(3.2)

düstürü ilə təyin edilir. Burada d1 d 2 – müxtəlif halqaların diametri; diametrlərə uyğun potensiallar fərqi (şəkil 3.4).

Şəkil 3.4. Kavernomerin dərəcələnmə qrafiki.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin