Kursun məqsədi


İşlənməyə nəzarətdə istifadə edilən quyu cihazları



Yüklə 0,75 Mb.
səhifə32/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
Kursun m qs di

İşlənməyə nəzarətdə istifadə edilən quyu cihazları


Yataqların işlənilməsinə nəzarətdə aşagıdakı quyu cihazları istifadə edilir:


Barometr: İstismar quyularında barometrin əsas məqsədi təzyiqin qradientinin öyrənməkdir ki, bununla da layda mayenin hərəkət sürəti, uyğun olaraq neft istehsalının tempi öyrənilir. Bu qiymət çox olduqca, neft yatağının energetik göstəriciləridə bir o qədər yüksək olur. Neft yatağının energetik vəziyyəti layla quyu oxunun kəsişdiyi yerdə öyrənilir, bu zaman aşağıdakı kəmiyyətlər təyin edilir: quyu dibində təzyiqin mütləq qiyməti; lay qarşısında yaranan depressiya təzyiqi; təzyiqin artımı (quyu dibi təzyiqinin ilkin və çari qiymətlərinin fərqi); dərinlikdən asılı olaraq yaranan hidravlik təzyiq. İstismar və vurucu quyularda işləyən intervalın qalınlığının artmasına uyğun nöqtədəki təzyiq quyudibi təzyiqi adlanır.
Quyudan maye alınmayan və maye vurulmayan halda quyu dibi təzyiq lay təzyiqinə ədədi qiymətcə yaxın olur, daha doğrusu quyu dinc vəziyyətdə olduqda quyu dibi təzyiqi lay təzyiqi adlanır. Quyudan maye çıxarılmağa başladıqdan sonra quyu dibi təzyiqi lay təzyiqindən depressiya qədər az olur. Quyuya su vurulduqda isə lay təzyiqi artım üzrə gedir. Quyuda təzyiqi ölçmək üçün müxtəlif monometirlərdən istifadə edilir. Bu cihazlarda datçik kimi elə element istifadə edilir ki, ətraf mühitin mexaniki təsirini bizim üçün əlverişli olan elektirik üsullarına çevirə bilir. Belə elementlərə: heliks yay; menbran; porşen-daima yük altında olan yayla; silifon yay və s. aid ola bilər. Təzyiq datçiki kimi pyezoelektrik, maqnitoupruqlu, kontaktlı müqavimətli datçiklərdə istifadə edilə bilər. Monometirlərə misal olaraq: MQH-1; MQH-3; MQH-4; MPP-1; MPP-2; MQD-36 və s. göstərmək olar. Manometrlə ölçü işləri quyuda həm statik, həmçinində
dinamik rejimdə yerinə yetirilir. Statik rejimdə dövrü olaraq ölçulmüş qiymətlərə görə qrafiki

asılılıq qurulur:


Pl
f t

. Layın dinamik vəziyyətində manometrlə ölçü işi rasxodomerlə



birlikdə yerinə yetirilir. Bu da məhsuldarlıq və qəbuletmə əmsalının qiymətləndirilməsinə imkan verir. Bu iki qiymətə əsasən indikator əyrisi qurulur.
Termometr: Quyu stasionar rejimdə olduqda quyuda temperatur dərinlik artdıqca yüksəlir. Tepraturun artması göstəricilərini geotermik pillə və geotermik qradientlə əlaqədardır. Geotermik
pillə–quyu oxu boyu metirlərlə intervalda, süxurda tempuraturun 1K (1K= 0C 273.16 ) artmasıdır. Geotermik qradient–100m intervallarda quyuda tempuraturun K dəyişmə ədədidir. Geotermik pillə və qradient muxtəlif məna kəsb edir və orta hesabla 33m/K və 3 K/100m təşkil edir. İstismar edilən neft yatağında temperatur prosesinin öyrənilməsi əsasən quyuda ilkin geotermik şəraitin təyin edilməsi məqsədini güdür. İstismar dövrü bu geotermik xüsusiyyətlər müqaisə edilərək laylarda temperatur dəyişməsi öyrənilir.
Quyuda temperatur ölçu işlərinin nəticəsi kimi izoterm və geotermik xəritələr qurulur. Bu da sonrakı dövürlərdə məhsuldar horizontlarda istismar zamanı temperatur dəyişməsinə nəzarət sənədi kimi istifadə edilir. İstismar quyularında süzgəclərdən maye və ya qaz daxil olduqda

temperatur anomaliyaları alınır. Bunlar hidrodinamik proseslərlə əlaqəlidir və təzyiqin dəyişməsindən asılıdır, bu Coul–Tompson effekti adlanır:

T
q
 e


(2.1)

T -geotermik və diaqramdakı temperaturlar arasındakı fərqdir; Pq, Pe-quyuda və laydakı



təzyiqlərdir;
-Coul–Tompson əmsalıdır. (Coul–Tompson əmsalı quyuya daxil olan qaz və

mayenin tərkibindən asılı olan əmsaldır. Qaz üçün mənfi işarəli; maye üçün müsbət işarəlidir). Tədqiqat üçün müxtəlif tipli termometirlərdən istifadə edilir, bunlara misal olaraq TEQ-36, STL- 28, T-7 və s. Bu cihazların əsas elementi mis məftildən ibarət olur ki, ətraf mühütdə temperatur dəyişməsinə mis məftil çox həssasdır, beləki müqaviməti dəyişilir. Artım və ya azalmadan alınan
U gərginliyi temperaturun dəyişməsilə mütənasib aslılıqda olur.
Sərfölçən (debitomer): Sərfölçənlə ölçü işləri zamanı istismar və vurucu quyularda məhsuldar kollektorların istismarında əhatə dairəsi təyin edilir. Ölçü işinin əsas məqsədi, kollektorların: vəziyyəti, qalınlığı və eynicinsliliyi, onun effektiv açılması, məhsuldarlıq əmsalının öyrənilməsidir. Bu məqsədlə hökmən istismar quyusunun kəsilişində elə intervallar aşkarlanmalıdır ki, buradan quyuya maye axını və onun hər lay üçün həcmimi (debit) qiymətləndirmək mümkün olsun. Vurucu quyularda isə, əksinə su qəbul edən layları və onların qəbuletmə həcmi qiymətləndirilir. Sərfölçən işinin nəticəsi kimi axın və qəbuletmə qrafikləri dərinliyə görə quyulur ki, buda axın və ya qəbuletmə profili adlanır. Sərfölçən işlərinin nəticəsi inteqral və differensial profillər şəklində təsvir edilir. İnteqral profil mayenin ümumi maye sərfinin qrafikidir (ölçü işindən aşağıda yerləşən bütün layların):


ht

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin