Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə31/45
tarix13.12.2023
ölçüsü0,75 Mb.
#175344
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
Kursun m qs di

Termometr


Termik üsullar temperaturun quyu oxu boyu dəyişilməsini öyrənir. Temperatur üsullarından istifadə edərək quyuda müxtəlif texniki və geoloji məsələlər öyrənilməklə bərabər quyu kəsilişi boyu süxurların temperatur xüsusiyyətləri də öyrənilir. Yer daxilində temperatur sahəsinin yaranması və ya dəyişilməsi 2 temperatur sahəsindən asılıdır:
1.təbii istilik sahəsi 2.süni istilik sahəsi
Təbii istilik sahəsi – yerin istilik xüsusiyyətində mühüm rol oynayır. Qeyd edilən istilik sahəsinin bir neçə mənbələri var:

  1. Radioaktiv elementlərin parçalanması – nüvə reaksiyası baş verdikdə külli miqdarda enerji ayrılır ki, bu da yerin istilik sahəsində mühüm rol oynayır;

  2. Yer daxilində baş verən fiziki – kimyəvi proseslər – yerin inkişafı dövründə baş verən tektonik hərəkətlərin nəticəsində, eləcə də yer qatında əmələ gələn kimyəvi reaksiyalar nəticəsində

  3. Günəş şüasının təsirindən – Günəş şüasının təsiri 3 cürdür:

  1. gündəlik (təsir dərinliyi 1-2 m)

  2. illik (təsir dərinliyi 10-40 m)

  3. əsrlik (təsir dərinliyi 1000m )

İllik temperaturun təsir etdiyi dərinlikdən aşağıda yerləşən qat neytral qat adlanır. Neytral qatdan aşağıdakı aşağıdakı qatlardakı temperaturun dəyişılməsi əsasən yerin daxili hissəsi

hesabına müəyyənləşdirilir.Bu dərinlikdən başlayaraq istilik axının istiqqaməti hər yerdə aşağıdan yuxarıya doğru yönəlmiş olur və temperatur monoton olaraq artır.
Süni istilik sahəsi qeyri – stasionar istilik sahələrinin öyrənilməsinə əsaslanır. Bu sahələr quyu gil məhlulu ilə doldurulduqda və ya laya su vurulduqda layın və vurulan mayenin temperaturları fərqi sahəsində baş verir. Belə sahələr bəzi hallarda quyuya elektroqızdırıcılar və ya sement məhlulu vurulduqda da müşahidə edilir. Quyuya qaz və ya su daxil olduqda Drossel effekti baş verir, yəni qaz sıxıldıqda və ya genişləndikdə temperatur ayrılması və ya udulması baş verir. Drossel effektini səciyyələndirən kəmiyyət Coul – Tomson effekti adlanır və bu əmsal mövcuddur ( ε ¿ . Coul –Tomson əmsalı vahid təzyiqin dəyişilməsi zaman temperaturun nə qədər dəyişilməsini göstərir. Coul –Tomson əmsalı neft,su və neft məhsullarında qazın nisbətən aşağı qiymətə malik olur, lakin qazda nu mənfi qiymətlə qeyd edilir. Su üçün ε =0,22 0 C\Mpa. Neft üçün (sıxlığı 0,85 q\sm3 olduqda) ε =0,414 0C\MPa.
Temperaturun artması göstəricilərini geotermik pillə geotermik qradiyentlə
dT

əlaqədardır. Temperatur dərinlikdən asılı olaraq dh
Γ ilə işarə edilir.
artma sürəti geotermik qradiyent adlanır və

Burada,
q – istilik axının sıxlığıdır;
-istilik keçirmə əmsalıdır;
dT
dh
T2 T1 h2 h1
q q


– mühitin xüsusi istilik müqavimətidir. Hər bir süxur üçün istilik axının sıxlığı müəyyən qiymətə malikdir. Eləcə də bu kəmiyyət süxurun məsaməliyinin maye ilə dolmasından asılıdır. Geotermik qradiyentin əksi geotermik pillə adlanşr:
1 G h2 h1 1
T1 T2 q


Geotermik pillə - quyu oxu boyu hər metrdə süxurda temperaturun 1K

(1K 0C  273.16)
artmasıdır.

Geotermik qradiyent - quyuda hər 100m
intervalda temperaturun K dəyişmə ədədidir.

Geotermik pillə və qradiyent müxtəlif məna kəsb edir və orta hesabla uyğun gəlir.
33m / K
3K /100m

Quyu boyu temperaturun dəyişməsini ölçmək üçün civəli və müqavimət termometrlərindən istifadə edilir. Aədətən, müqavimət termometri ətraf mühitin temperaturunu çox tez qəbul etdiyinə görə onun vasitəsi ilə fasiləsiz olaraq quyu boyu ölçü işləri aparıla bilər. Məhz buna görə də hazırda ən çox müqavimət termometrindən istifadə edilir.
Termometrin həssas elementini, müəyyən naqildən (mis) düzəldilmiş müqavimət və ya yüksək temperatur əmsalına malik yarımkeçirici təşkil edir.
Termometrlər müxtəlif tipli olmasına baxmayaraq prinsipcə eyni quruluşludurlar. Buna görə də nümunə kimi TEQ-36 termometrinin quruluşuna baxsaq kifayətdir (şəkil).


Şəkil. TEQ tipli termometrin quruluşu. G – generator4 Rt -istiliyə həssas müqavimət; ÖC-ölçü cihazı; T-tezlikölçən Qe-qeyd edici; C-tutum.


Termometr quyu cihazından (1) və zirehli birdamarlı kabelin (2) ikiməftilli xətti ilə birləşdirilmiş idarəedici paneldən (3) ibarətdir.


Quyu cıhazında elektoron generatoru (G1) yerləşdirilmişdir. Generatorun rəqs periodu onun rəqs konturuna daxil edilmiş R1 müqavimətinə mütənasibdir. R1 müqaviməti termometrin həssas elementini təşkil edir. Temperaturun dəyişməsinə müvafiq olaraq R1 müqaviməti dəyişdiyinə görə generatorun rəqs periodunun dəyişməsi də temperaturun dəyişməsi ilə əlaqədar olur.
Kabel vasitəsi ilə generatorun çıxışında dəyişən cərəyan yer üzərinə verilir. Buradan periodölçən (P) vasitəsi ilə dəyişən cərəyanın dəyişməsi müvafiq gərginliyə çevrilir, geydediciyə verilir və alınan gərginliklər fərqi ( u ) cihazı əhatə edən mühitin temperaturuna uyğun olur.
Termometri əhatə edən mühitin temperaturunun həssas elementə (mis şərtilə) təsiri aşağıdakı düsturla hesablanır:

R Rb (1  (t

  • tb))

( 3.5)

burada Rb -başlanğıc müqavimət, tb -başlanğıc temperatur, t -öyrənilən mühitin temperaturu,


-temperatur əmsalıdır-mis üçün 0,004-ə bərabərdir.
Mühütün temperaturu isə

t tb c( u j)


(3.6)

düstüru ilə təyin edilir. Burada c -cihaz sabitidir və cihazın dərəcələndirilməsi yolu ilə təyin edilir:

C t2 t1 J
u2 u1

( 3.7)



burada t1 , t2 - qurulmuş qrafik üzərində götürülmüş temperaturlar;
u1 ,
u2 -isə bu

temperaturlara uyğun potensiallar fərqi; J -cihaza verilən cəriyan şiddətidir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin