Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Qanın laxtalanmasında neçə plazma amili iştirak edir?



Yüklə 409,91 Kb.
səhifə381/594
tarix02.01.2022
ölçüsü409,91 Kb.
#1976
1   ...   377   378   379   380   381   382   383   384   ...   594
573) Qanın laxtalanmasında neçə plazma amili iştirak edir?
A) 10

B) 9


C) 13

D) 3


E) 8

Qanın laxtalanması çox mürəkkəb fermentativ prosesdir. Bu prosesdə qanın plazmasında, qan hüceyrələrində və toxumalarda yerləşən çoxlu faktorlar iştirak edirlər. Qanın laxtalanma prosesində 13 plazma faktoru iştirak edir və onlar rum hərfləri ilə işarə olunur.


Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В.Катасонова, С.А.Петросова. «Клинические лабораторные исследования», Москва «Медицина» 1984 стр.184
574) Hansı plazma amili laxtalanmanın bütün keçid dövrlərində iştirak edir?
A) Fibrinogen

B) Protrombin

C) Ca ionları

D) Prokonvertin

E) Prouer-Stüart amili
Qanın laxtalanmasında 13 plazma faktoru iştirak edir. Onlardan biri kalsium (Ca) ionlarıdır. Ca ionları qanın laxtalanma prosesinin müxtəlif mərhələlərində iştirak edir: trombokinazanın əmələ gəlməsində, protrombininin trombinə çevrilməsində, fibrinin həll olan formasından (fibrin S) həll olmayan formasına (fibrin İ) keçməsində.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В.Катасонова, С.А.Петросова. «Клинические лабораторные исследования», Москва «Медицина» 1984 стр.183
575) Trombositar amil olan serotonin qanın laxtalanmasında hansı funksiyanı yerinə yetirir?
A) Toxuma tromboplastininin təsirini aktivləşdirir

B) Qanın trombokinazasını əmələ gətirir

C) Fibrinogenin fibrinə çevrilməsini sürətləndirir

D) Trombinin əmələ gəlməsini sürətləndirir

E) Damardaraldıcı və damar divarlarının keçiricilik qabiliyyətini azaldır

Trombositlərin hasil etdiyi serotonin kapilyarların zədələnməsi zamanı baş verən reflektor spazmı (qısa müddət qanaxmanın qarşısını alır) bir müddət saxlayır. O damarların daralmasına səbəb olur və damar divarlarının keçiricilik qabiliyyətini azaldır.


Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В.Катасонова, С.А.Петросова. «Клинические лабораторные исследования», Москва «Медицина» 1984 стр.183

Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin