64) Obturasion sarılıq zamanı sidikdə urobilinogenin təyini nədən xəbər verir?
A) Öd kisəsinin zədələnməsindən
B) Sərbəst bilirubinin artmasından
C) Öd yollarının keçiriciliyinin bərpasından
D) Öd yollarının tıxanmasından
E) Qara ciyərin funksiyasının bərpasından
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
65) «Ət suyu» rəngində sidik nə zaman qeyd olunur?
A) Böyrəklərin amiloidozu
B) Şəkərli diabetdə
C) Piyelonefrit
D) Kəskin diffuz qlomerulonefrit zamanı
E) Hər birində
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
66) Sidiyin səhər porsiyasının nisbi sıxlığı normada neçədir?
A) 1,040
B) 1,010
C) 1,015
D) 1,000
E) 1,004
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
67) Sidiyin çəhrayı və qırmızı rəngi nəyin mövcudluğundan xəbər verir?
A) Eritrositlər
B) Hər birinin
C) Hemoqlobin
D) Mioqlobin
E) Uroporfirinlər
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
68) Çox miqdarda lipid olduqda sidiyin rəngi hansıdır?
A) Süd
B) Qırmızı
C) Tünd–qonur
D) Yaşıllı–sarı
E) Saman–sarı
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
69) Sidik çöküntüsündə uratlar nəyin iştiraki ilə həll olur?
A) Spirt əlavə etdikdə
B) Efir əlavə etdikdə
C) Turşu əlavə etdikdə
D) Lyuqol məhlulu ilə
E) İsidilmə və qələvi əlavə etməklə
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
70) Silindruriya (görmə sahəsində 3-5 dənə) nə vaxt müşahidə olunur?
A) Hepatit
B) Nefrit, nefroz
C) Uretrit
D) Heç biri
E) Şəkərli diabet
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
Dostları ilə paylaş: |