50) Sağlam insanın nəcisində zülal (Vişnyakov-Tribule müsbət reaksiyası) olurmu? A) Olur
B) Bütün cavablar düzgündür
C) Olmur
D) Zəif müsbət reaksiyası
E) Sərt müsbət reaksiyası
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
51) Qıcqırma (fermentativ) koliti üçün nə xasdır? A) Sıyığa bənzər stul
B) Duru, köpüklü stul
C) Formalaşmış stul
D) Məlhəmə bənzər stul
E) Düzgün cavab yoxdur
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
52) Spastik kolit üçün nə xasdır? A) «Qoyun nəcisi»nin forması
B) Nəcisin qələmə bənzər forması
C) Nəcisin lentə bənzər forması
D) Hər biri
E) İri kütləli nəcis
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
53) Çürük kolit zamanı nə müşahidə olunur? A) Sıyığa bənzər nəcis
B) Hər biri
C) Lentə bənzər formalı nəcis
D) «Qoyun nəcisi»
E) İri kütlələrlə olan nəcis
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s
54) Nəcisdə bilirubin nə vaxt aşkar olunur? A) Xroniki enteritdə
B) Disbakteriozda
C) Qastrit zamanı
D) Duodenitdə
E) Pankreatitdə
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
55) Nəcisin üzərində selik, qan və irin nə zaman rast gəlir? A) Hər birində
B) Heç birində
C) Babasil
D) Düz bağırsağın xərçəngində
E) Distal xoralı kolitdə
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
56) Renal proteinuriyalar nə ilə əlaqədardır? A) Sidik axarının iltihabı zamanı ekssudatın sidiyə düşməsi
B) Disproteinuriya
C) Böyrək daşları
D) Zülalların filtrasiya və reabsorbsiyasının pozulması
E) Bütün amillərlə
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997