863) Strongiloidozun təsdiqlənməsi üçün hansı material əlavə götürülməlidir?
A) Hər biri
B) Qan
C) Nəcis
D) Onurğa-beyni mayesi
E) Duodenal möhtəviyyat
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
864) Uşağın nəcisində dairəvi, rəngsiz, şəffaf, ikikonturlu təbəqə ilə örtülmüş qurd yumurtaları aşkar olunub. Təbəqələrin arasında sap şəklində filamentlər görünür. Yumurtanın mərkəzində isə 3 cüt qarmaq var. Bu yumurtalar hansı qurda aiddilər?
A) Öküz soliterə
B) Tükbaşa
C) Askaridaya
D) Cırtdan soliterə
E) Ankilistomaya
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
865) Preparatların müayinəsi zamanı örtük şüşənin altında əmələ gələn hava qovuqcuqları və yag damciları helmintlərin yumurtalarından nə ilə fərqlənir?
A) Müxtəlif ölçü ilə
B) İşıq sınması ilə halqa şəklində psevdoqişa ilə
C) Hər biri ilə
D) Möhtəviyyatın olmaması ilə
E) Tam dairəvi forma ilə
Ədəbiyyat: Микроскопическая диагностика малярии. ВОЗ, Копенгаген, 2000, 87 с.
866) Parazitoloji laboratoriyada dezinfeksiya məqsədi ilə sadalananlardan hansı işlədilir?
A) Karbol turşusu məhlulu
B) Xlor əhəngi məhlulu
C) Xloramin məhlulu
D) Qaynatma
E) Hər biri
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
867) Kato üsulu ilə nəcisin müayinəsi üçün hansı reaktivlər və avadanlıqlardan istifadə olunur?
A) Fenol
B) Hər biri
C) Qliserin
D) Hidrofil selofan
E) Malaxit yaşılı
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
868) Bəlğəmdə nə tapıla bilər?
A) Strongilidanın sürfələri
B) Hər biri
C) Protoskolekslər və exinokokk
D) Askaridanın sürfələri
E) Paraqonimus yumurtaları
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
Dostları ilə paylaş: |