876) Helmint yumurtalarını və ibtidailərin sistalarını eyni zamanda hansı üsulla aşkar etmək olar?
A) Fülleborn
B) Perianal qaşıntı
C) Formalin-efir çöküntüsü
D) Berman
E) Hər biri ilə
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
877) Perianal qaşıntı hansı helmintin diaqnostikasında istifadə olunur?
A) Enterobioz
B) Opistorxoz
C) Askaridoz
D) Nanafiyetoz
E) Strongiloidoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
878) Nəcis Berman üsulu hansı müddətə müayinə olunmalıdir?
A) Sınağı soyuqda saxlayarkən hər vaxt
B) Təcili
C) Bir gün ərzində
D) Sınağ konservantda saxlamaq şərti ilə hər vaxt
E) Hər vaxt
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
879) Ankilostomidozun laborator diaqnostikasında istifadə olunan ən yararlı üsul hansıdır?
A) Perianal qaşıntı
B) Kato
C) Berman
D) Fülleborn
E) Krasilnikov
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
880) Hansı helmintoz təmas yolu ilə yoluxur?
A) Askarida
B) Hər biri
C) Tükbaş
D) Cırtdan soliter
E) Öküz soliter
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
881) KDL-da laboratoriyadaxili materialın müayinəsi zamanı hansı
helmintozlarla yoluxmaq mümkündür?
A) Askaridoz, difillobotriozla
B) Netkatorozla
C) Teniarinxozla
D) Exinokokkozla
E) Enterobioz, sisteserkoz, himenolipidozla
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
882) Strongiloidozu hansı üsulla təyin edirlər?
A) Kato
B) Berman
C) Hər biri ilə
D) Fülleborn
E) Krasilnikov
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология, Москва, 1991
Dostları ilə paylaş: |