147) Zülalın sidiklə hansı miqdarda itməsi nefrotik sindromdan xəbər verir?
A) Hər hansı miqdarda
B) 1-3q
C) 0,5-1q
D) 3,5q- dan çox
E) 3-3,5q
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
148) Nə zaman sidiyin zülal spektri qan serumunun zülal spektri ilə identik olur?
A) Yüksək selektiv proteinuriyada
B) Mötədil selektiv proteinuriyada
C) Düzgün cavab yoxdur
D) Aşağı selektiv proteinuriyada
E) Hər biri
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
149) Unifikasiya ilə sidik zülalının keyfiyyət təyini üsulu hansıdır?
A) Azot turşusu ilə sınaq
B) Sulfosalisil turşusu ilə sınaq
C) Timol sınağı
D) Hər biri
E) Qaynatma ilə sınaq
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
150) Sidikdə silindrlərin olması və onların miqdarı nədən xəbər verir?
A) Düzgün cavab yoxdur
B) Zülalın miqdarını göstərir
C) Böyrəklərin zədələnmə dərəcəsini göstərir
D) Sidikdə zülalın miqdarını göstərir
E) Proteinuriyanın növündən asılıdır
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
151) Preparatda tək-tək olduqda nəyin diaqnostik əhəmiyyəti yoxdur?
A) Eritrositar silindirlər
B) Dənəli silindirlər
C) Mumabənzər silindirlər
D) Leykositar silindirlər
E) Gialin silindirlər
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
152) Zülalın hər q/l-nə sidiyin nisbi sıxlığını təyin etmək üçün hansı koefisient istifadə olunur?
A) 0,001
B) 0,004
C) 0,002
D) 0,005
E) 0,010
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
153) Gündəlik 3 litrdən çox sidik ifrazı nə vaxt qeyd olunur?
A) Sistitdə
B) Kəskin qlomerulonefritdə
C) Kəskin böyrək çatmamazlığında
D) Şəkərsiz diabetdə
E) Piyelonefritdə
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997
Dostları ilə paylaş: |