413) Qanaxma vaxtı nə zaman uzanır? A) Hər biri düzgündür
B) DDL-sindrom
C) Trombositopeniyalar
D) Dezaqreqantlarla aspirinlə, heparinlə müalicə zamanı
E) Müxtəlif genezli trombositopeniyalar
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
414) Koaquloqramma nədir? A) Hemokoaquloloji testlər dəsti
B) Protrombin vaxtının təyini
C) Koaqulometrdə hemostazın müayinəsi
D) Trombositlərin aqreqasiya xassələrinin müayinəsi
E) Hemostaz sisteminin müayinəsi
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
415) Hemostazın kompleks qiymətləndirilməsinə nə daxil edilməlidir? A) Fibrinolitik sistemin müayinəsi
B) Trombositar-damar sahəsinin müayinəsi
C) Plazma hissəsinin müayinəsi
D) Antikoaqulyant potensialın müayinəsi
E) Hər biri
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)
416) AHTВ nəyi əks etdirir? A) Antikoaqulyant sahənin vəziyyətini
B) Fibrinolitik sistemin vəziyyətini
C) Hemostazın trombositar sahəsinin vəziyyətini
D) Qanın reoloji xassələrini
E) Protrombinazanın daxili aktivləşmə yolunu
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козинцов и В.А.Макарова)
417) Beynəlxalq tələblərə görə dolayı təsirli antikoaqulyantlara nəzarət üçün nəyi təyin edirlər? A) Protrombin indeksi
B) Kvikə görə protrombin
C) Protrombin nisbəti
D) Protrombin vaxtı
E) Beynəlxalq normallaşdırılmış nisbət
Ədəbiyyat: Исследования системы крови в клинической практике (под редакцией Г.И.Козина и В.А.Макарова)