Ladə hadisələr: geofiziki fövq



Yüklə 136,49 Kb.
səhifə15/27
tarix26.04.2022
ölçüsü136,49 Kb.
#56424
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
mülki müdafiə mühazirə5

Qar uçqunu (marxallar)- bütün yüksək dağlıq sahələrdə müşahidə edilir. Bəzən güclü marxallar həcmi milyon kubometrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.

Qar uçqunu– 20-30 m/s sürəti ilə hərəkət edən qar kütləsidir. Qar uçqunu böyük dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur.

Qar uçqununun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar əriməsi, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir.

Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr ala, qalın qar altında qala bilərlər.

Mümkün qar uçqunu ərazilərindən uzaq olmaq məsləhətdir Onlara əsasən meylliliyi 30o və daha çox olan ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal meyllilik 20o- dən çox olduqda da baş verə bilər. Meyllilik 45o- dən çox olan yerlərdə isə qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.

Qar uçqunu təhlükəsi varsa, qar uçqununun mümkün istiqamətlərində nəzarət təşkil edilir. Yaranmış qar yığınlarının düşməsi üçün süni şərait yaradılır, müdafiə qurğuları qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır.

İstənilən havada meyliliyi 30o- dən çox olan dərələrdən keçmək məsləhət deyil. Meyliliyi 20o- dən çox olan dərələrdən isə qar yağandan yalnız 2-3 gün sonra keçmək olar. Qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 10-dan günəş batanadəkdir.

Yenicə yağmış qar bizə çox yüngül görünür, amma onun bir kubmetri 50- 60 kq çəkiyə malikdir. Çoxdan yağmış qarın bir kubmetrinin çəkisi 300-400 kq-dır. Yazda qar örtüyünə su hopur, bu da çəkinin iki dəfə artmasına səbəb olur.

İri ölçüdə qar uçqunu düşdükdə, məsələn, həcmi 100 min m3 olduqda, onun çəkisi 70 min ton ola bilər. Uçqun dayandıqda, qar o qədər sıxlaşır ki, hətta onu güclü buldozerlə təmizləmək mümkün olmur.

Qar uçqununun 3 növü müəyyən edilir:



  • Qarlı uçqunları - onun müəyyən düşmə kanalı olmur. Çox zaman bir neçə yüz metr ölçüsü olan qarlı yamac qopub, aşağıya sürüşür.

  • Novlu qar uçqunları - meşəsiz oyuqlar, çökəkliklərlə mütləq bir məcra ilə hərəkət edir.

  • Atlanan qar uçqunları - qayaların, buzluqların çıxıntılarından sərbəst sürətdə dərənin dibinə düşür.


Yüklə 136,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin