Şəkil 2. Uzaqlaşdırıcı əzələlərin yaratdığı qüvvələr
7
Bu rəqəmlər şəkili izah etmək üçün nisbi seçilmişdir. Əvəzləyici qüvvənin x oxunun müsbət istiqamətində qiyməti Fx və y oxunun müsbət istiqamətindəki qiymətini Fy aşağıdakı kimi yazmaq olar:
Fx = (75N)cos86˚ + (220N)cos78˚ + (100N)cos48˚ = 117,88N (10)
Fy = (75N)sin86˚ + (220N)sin78˚ + (100N)sin48˚ = 364,31N (11)
Əvəzləyici qüvvənin R qiymətini isə
R = √ F2x + F2y = 382,91N (12)
və bu qüvvənin x oxu ilə əmələ gətirdiyi bucaq θ-nın qiyməti
Fy
θ = tan-1 ─── 72,1˚ (13)
Fx
Çeynəməni təmin edən qüvvələr.
Çeynəmə zamanı bir qrup əzələlər alt və üst çənələrin hərəkətini təmin edir və dişlərin qidanı xırdalaması üçün lazım olan qüvvələri generasiya edir. Bu qüvvələr iki əzələ qrupu ilə gücləndirilir. Bunlardan ən böyüyü alt çənəni aşağı endirir və ağır açılır. Başqa bir əzələ bu əzələyə köməkçi rol oynayır və alt çənənin geri qayıtmasına yardım edir və ağız başlanır. Bu əzələlərin generasiya etdiyi qüvvələr və onların əvəzləyiciləri Şəkil 3.də göstərilmişdir.
Dartı sistemi və sümüklərin sınıqdan müalicəsi.
Sümüklərin sınığı zamanı onların müalicəsində dartı sistemindən istifadə edirlər. Bu sümüklərin hərəkətinin qarşısını alır və onarın tez bitişməsini təmin edir. Şəkil 4.də xəstənin başını tərpənməz saxlayan dartı sisteminin sxemi verilmişdir. Bu sistem 4 diyircəkdən, onları birləşdirən kəndirdən və yükdən ibarətdir. Diyircəklərdən birincisi xəstənin başında, ikinci və üçüncüsü onun başı üstündə tavana, dördüncüsü isə bir qədər aralı tavana birləşdirilmişdir. Kəndirin bir ucu xəstənin başındakı diyircəyə, o biri ucu isə 4-cü diyircəkdən asılmış M yükə bağlanır. Kəndirdə yaranan hər hansı gərginlik onun istənilən nöqtəsində kritik qiymətdən çox olan kimi kəndir qırılır.
Tutaq ki, kəndirdə yaranan gərginliyin qiyməti T. Bu qüvvə xəstənin başı üzərində yuxarı yönəlmiş kəndirə və onun I və III diyircəkdən keçən hissəsinə də tətbiq olunur. Onun da qiyməti T olacaq. Odur ki, xəstənin başına təsir edən yekun qiyməti T olacaq. Odur ki, xəstənin başına təsir edən qüvvənin yekun qiyməti
8
FT
FM
Ağız bağlı Ağız açıq
FT -FT
R -R
FM -FM
FT = gicgah əzələsinin qüvvəsi
R = əvəzləyici qüvvə
FM = çeynəmə əzələsinin qüvvəsi
Şəkil 3. Çeynəmə və gicgah əzələlərinin qüvvə vektorları və
onların əvəzləyici vektoru.
(üç kəndir olduğundan)
F = 3T (14)
olacaq.
9
2 3 4
M
1
Dostları ilə paylaş: |