Şəkil 4. Başı düz saxlamaq üçün diyircəkli kəndirdən asılmış yük.
Osteoartrit və sümük oynaqlarında sürtünmə.
Oynaqlı birləşmiş sümüklər oynaq yerində qığırdaqla örtülü olduğundan onlar bir-birinə sürtünmür. Bundan əlavə qığırdağın özü də sinovial maye ilə əhatə olunduğundan sürtünmə demək olar ki, minimum olur. Bu mayenin tərkibində su var və insanın oynaqlı sümük birləşmələrində μ sürtünmənin qiyməti 0,005-0.002 intervalında olur.
Sadə bir misala, bud oynaqlarında sürtünmə qüvvəsinə baxaq. İnsanın hərəkət sürətindən asılı olan sürtünmə qüvvəsinin qiyməti
Ff = 2,5 μW = 2,5μmg (15)
bu düsturla hesablanır.
W adamın çəkisidir. Kütləsi 70kq olan, normal adamın bud oynaqlarında sürtünmə qüvvəsinin qiyməti
Ff ≥ (2,5)(0,005)(70)(9,8m/s2) = 8,58N (16)
olar.
Qocalma prosesində oynaqların vəziyyəti və sinovial mayenin tərkibi dəyişdiyindən sürtünmə qüvvəsinin də qiyməti dəyişir. Nəticədə mayenin “yağlama” qabiliyyəti aşağı düşdüyündən və qığırdaqlar nazikləşdiyindən sümüklər bir-birinə sürtünür. Sümüklərin sürtünməsi isə oynaqlarda istiliyin əmələ gəlməsinə səbəb olur
10
və uzun müddət davam edən bu hal oynaqların sıradan çıxmasına səbəb olur. Bundan başqa oynaqlarda soyuqdəymə halları çoxalır və ağrılar əmələ gəir. Biz bu hallarda sürtünmə əmsalının 0,5-ə yaxın olduğunu nəzərə alsaq, oynaqda sürtünmə qüvvəsinin qiyməti
Ff = (2,5)(0,5)(70) = 9,8m/s2) = 858N (17)
Qüvvənin bu qiymətində isə ağrıların kəskinləşməsi baş verir.
Nyuton qanunlarının molekullara tətbiqi.
Nyuton qanunlarını molekullara da tətbiq etməkolur. Buna misal olaraq şəkil5.də verilmiş zülal-zülal qarşılıqlı təsirini göstərmək olar. Xarici səthində bir-biriə uyğun gələn komplementar formaları (strukturları) olan iki zülal arasında qarşılıqlı təsir qüvvələri əmələ gəlir və onlar cəzb olunaraq birləşirlər.
Substrat
FSE
FS kompleksi
Aktiv
tərəf
Ferment
FSE = -FES
Dostları ilə paylaş: |