Lentali konveyerləRİn hesablanmasi


Energetik yağlar haqqında ümumi məlumat



Yüklə 400,41 Kb.
səhifə27/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   22   23   24   25   26   27   28   29   30
Lentali konveyerl R n hesablanmasi

Energetik yağlar haqqında ümumi məlumat.
Texniki yağların funksiyası maşın və mexanizmlərdə sürtünməni azaltmaq, sürtünən hissələri soyutmaq, detalların sıradan çıxmasının qarşısını almaq və onları korroziyadan qorumaqdır. Sürtünmə azalan zaman mexanizmin faydalı işəmsalı artır. Onların köhnələmə sürəti aşağı düşür. İşlək hissələrin yağlanması onların sürtünən zamanı artmış temperaturunu aşağı salır, bununla da işləmək üçün sürtünən hissələrdə normal temperaturşəraiti yaradır.
Yanğın tənzimləmə sistemlərində adətən yağlar işçii və sürtgü mayesi kimi istifadə olunur. Elektrik avadanlıqlarında,izoləedici və soyuducu cisim kimi , daxili yanma mühərriklərin­də, kompressorlarda və başqa porşenli maşınlarda kipləyici mühit kimi də istifadə olunur. Qatı sürtgü yağları adətən sürtünmənin, korroziyanın qarşısını almaq üçün istifadə olunur.
Məlumdur ki, heç bir bərk cisim ideal hamar olmur. Kələ-kötürlülük dalğalılıq metallar bir0birinə sürtünən zaman daxili sürtünməni yaradır. Bu müqavimətə qarşı yönəlmiş qüvvə sürtünməsi qüvvəsi adlanır. Hər bir sürtünmə maşın mexanizminin f.i.ə-ni aşağı salır. Sürtünmə sürtünən səthlərin tez sıradan çıxmasına, maşın mexanizmlərinin işləmə müddətinin azalmasına səbəb olur və onların istismarına sərf olunan xərcləri artırır. Bəzi hallarda sürtünmə faydalıdır, tormoz qurğularında ötürücü mexanizmlərdə və s.

Sürtgü yağlarının və onların alınma üsulları.
Bütün texniki yağlar və eyni zamanda plastik sürtgü birləşməkləri sürtgü materiallarının üç növü var.

  1. Üzvi

  2. Mineral

  3. Sintetik

Üzvi materiallara bitki heyvan mənşəli yağlar, mineral yağlara yerin tərkibindən çıxan materiallardan alınan yağlar aiddir. Bunlara əsasən neftin fraksiyalarına və az miqdarda bərk ynacaq olan (torf yanar şist və s) alınan yağlar aiddir. Sintetik sürtgü yağlarına isə kimyəvi birləşmələrinin emalından alınan yağları aid etmək olar. Aqreqat halına görə sürtgü materiallarıüç növə bölünür.

  1. Plastik

  2. Maye

  3. Bərk

Sürtgü materialları adi temperaturda maye halında olarsa yağ və ya maye sürtgü yağı adlanır. Adi temperaturda bərk və ya krem şəklində olan qızdırıldıqda maye hala keçən sürtgü yağları plastik sürtgü yağları adlanır. Bərk sürtgü yağlarıçox böyük temperatur intervalında öz aqreqat halını dəyişmir. Adətən bərk sürtgü yağları maye və plastik sütrgü yağları birlikdə istifadə olunur. Qeyd etdiyimiz kimi mineral tərkibli yağ və sürtgü yağlarını neftdən alırıar. Bunlar neften sırasının karbohidrogenləridir.
Sürtgü yağlarının istehsalında istifadə olunan neftlər tərkibinə və fiziki kimyəvi xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa yüngül neftləraiddir. Bunlardan başqa həmin qrupa ağıl neftlər daxildir.Onların tərkibi əsasən naftenlərdən ibarət olur. Bu qrupa daxil olan neftlər energetik yağların istehsalında ən yaxşı xammaldır. İkinci qrupa tərkibində parafin, aromatik, karbohidratlar, asfoltenlər, qətran və az miqdarda naftenlərə aiddir. Bu qrupa əsasən Cənubi Sibir neftini misal göstərmək olar.
Adətən sürtgü yağları neftdən 350oC -də ayrılan fraksiyalardır. Hər bir neftin özünəməxsus temperaturunda sürtgü yağları ayrılır. Bundan başqa bu temperaturlarda sürtgü yağlarının tərkibinə arzuolunmaz komponentlər də daxil olur ki, bu da onun keyfiyyətinə mənfi təsir göstərir.

Şəkil 1.
M-Mazut YD-yağ distillatı SB-su buxarı Q-qudron
Mazutu 450oC-yə qədər qızdıraraq qaynatmaqla fraksiyalara ayrılır. Qurğu borulu sobada rektifikasiya sütununda istilik mübadilə aparatlarından ibarətdir. Nasos (1) vasitəsilə (2,3,4) istilik mübadilə aparatlarına ordan da (5) borulu sobaya ötürülür. Burada həmin mazut 450oC-yə qədər qızdırılır. Sobadan mazut buxarı vakuumlu rektifikasiya sütununa verilir. Burada yağ fraksiyalarının buxarılması gedir. Aşağı hissəsindən su buxarı verilir ki yağ fraksiyaları maksimum buxarlansın. Yanğın buxarı su buxarı ilə bir-birinə qarışaraq retifikasiya sütunu boyu yuxarıya doğru hərəkət edərək bir neçə soyuducu boşqablarından keçir. Müxtəlif temperaturlara uyğun kondensatlar ayrılır. Bu kondensatlar (2;3) istilik mübadilə aparatlarına və (10) soyuducuya göndərilir. Qalıq kimi yüksək qaynama temperaturuna malik olan qudron adlanır. (8) nasosu vasitəsilə (4) isyilik mübadilə qurğusu və (10) soyuducudan çıxaraq ayrı bir çənə yığılır. Kondensatlamış buxar və qazlar barometrik kondensatordan (7) keçərək soyuducu suyula yuyulur. Buxar kondensatlaşır qaz isə vakuumlu buxar ejektoru vasitəsilə sorulur. Bu isə (9) quyusuna tılır. Əsas mərələ yağ istehsalatında alınmış distillatların tənzimlənməsidir. Bunun da nəticəsində baza yağlar alınır.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin