Leyla Alı qızı Mehdibəyli



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix30.12.2021
ölçüsü1,34 Mb.
#49300
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
Leyla - Serotonin dissertasiya yekun variant

Reseptor 

İnsan 

geni 

Struktur 

Aqonistl

ər 

Antoqonistl

ər 

Terapevtik 

h

ədəf 

5HT

2A

 

13q14


q21 


GPCR 

bufotenin, 

ergonovine, 

lisuride,  

LSD, mescaline, 

myristicin, 

psilocin, 

psilocybin, 

yohimbine 

aripiprazole, clozapine, 

cyproheptadine, eplivanserin, 

etoperidone, iloperidone, 

ketanserin, methysergide, 

mirtazapine, nefazodone, 

olanzapine, quetiapine, 

risperidone, ritanserin, 

trazodone, ziprasidone 

Depressiya 

Narahatlıq 

Şizofreniya  

D

ərketmə  



Qidalanma 

Yuxu pozulması 



 

5-HT


2A

-

nın  strukturunda  və  funksiyasında  anormallıq  şizofreniya, 



depressiy

a/narahatlıq və narkotik asılılığı da daxil olmaqla, bir sıra xəstəliklərlə 

əlaqələndirilir.  Bundan  əlavə,  bir  çox  halüsinogen  dərmanlar  5-HT

2A

  üçün 



aqonist  kimi  f

əaliyyət  göstərərək  psixoaktiv  effektlər  verir.  Farmakoloji 

t

ədqiqatlar  göstərir  ki,  5-HT



2A

-n

ın  yüksək  yaxınlıqlı  antoqonistləri  atipik 



antipsixotikl

ərdir,  çünki  onlar  şizofreniyanın  müsbət  və  mənfi  əlamətlərini 

azaltmaq üçün effektiv t

əsir göstərirlər [87].  

5-HT

2A

 reseptorunun aktivl



əşdirilməsi ACTH, kortikosteron, oksitosin, renin və 

prolaktin 

sekresiyasının stimullaşdırılmasına gətirib çıxarır. 5-HT

2A

 reseptorunun 



inhibirl

əşməsi  isə  davranışa  təsir  göstərir.  Şizofreniyanın  müalicəsində  müxtəlif 

reseptora 

bağlanma  yaxınlığı  olan  5-HT

2A

  antaqonistl



əri  (risperidon,  ritanserin, 

serokel, olanzapin v

ə s.) istifadə olunur [40]. 

 

 



37 

 

1.5.2.  5-HT



2A 

reseptor geninin polimorfizmi v

ə xəstəliklər arasında əlaqə 

5HT


2A

 

reseptorunu  kodlaşdıran  5-HT2A  geni,  13q14-q21  lokalizasiyada 



yerl

əşir və siçovul, siçan, insanlarda 471 amin turşu ardıcıllığını kodlaşdırır. Bu 

gen  2  intronla  ayr

ılmış  3  ekzondan  ibarət  olub,  ölçüsü  20  kb-dən  çoxdur.  5-

HT2A  geni  bir  çox  polimorfizml

ərə  malikdir.    İnsan  5-HT2A  reseptor  geninin 

kodlaşdırma  bölgəsində  ən  azı  yeddi  tək  nukleotid  polimorfizmi  aşkar 

ol

unmuşdur. Bu polimorfizmlərdən beşi (T25N, I197V, S421F, A447V və H452Y) 



amin  turşu  ardıcıllığında  dəyişikliklərə  gətirib  çıxarır.  Yeddi  tək  nukleotid 

polimorfizminin  qalan  ikisi  (T102C  v

ə  C516T)  isə  5-HT

2A

  reseptorunun  amin 



turşu ardıcıllığını dəyişdirmir [12]. 

5-HT2A-


nı  əhatə  edən  çoxsaylı  tədqiqat  işinin  mərkəzində  yer  alan  bir 

polimorfizm, kodon 102-d

ə (T/C, rs6313) tək nukleotid polimorfizmdir (SNP). Bu 

polimorfizmd

ə,  5-HT2A-nın  kodon  102-də  timin  (T)  və  ya  sitozin  (C)  əsası  ola 

bil


ər.  5-HT2A  kodon  102  polimorfizmi,  5-HT

2A

  reseptor  pro



teininin  amin  turşu 

ardıcıllığının  dəyişdirilməsinə  gətirib  çıxarmır,  belə  ki,  hər  iki  allel  34-cü 

mövqed

ə  serin  amin  turşusunu  kodlaşdırır  [79].  Eyni  zamanda  pomotor 



sah

əsinin 1438-ci mövqeyində, 5-HT2A-nın 102 T/C polimorfizmi ilə güclü əlaqə 

qeyri-b

ərabərliyinə  malik  olan,  G-A  dəyişikliyi  də  qeydə  alınmışdır  (A-1438G 

(rs6311)) [35].  

Son  ill


ərdə  çoxsaylı  molekulyar  genetik  tədqiqatlar  serotonin  sisteminə 

yön


əldilmişdir  və  bu  sistemin  intihar  davranışının,  aqressiyanın  patogenezində 

rol  oynamas

ı  irəli  sürülmüşdür.  Biopsi  tədqiqatları,  qismən  müvafiq  genlərin 

ekspressiyasına  təsir  edən  funksional  polimorfizmlər  səbəbi  ilə,  kontrol 

iştirakçılar  ilə  müqayisədə  intihar  qurbanlarının  beynində  daha  az  serotonin 

transporter 

bağlanma  sahələrinin  olmasını  və  serotonin  2A  (5-HT

2A



reseptorlarının daha çox ekspressiyasının olmasını bildirmişdir [71]. 


38 

 

Lin v



ə əməkdaşları, Böyük Britaniya və Yapon populyasiyasını əhatə edən 

t

ədqiqat  işlərində,  13q14-q21  lokalizasiyası  və  şizofreniya  arasında  əlaqə 



olmasını  təklif  etdilər  [56].  Bundan  sonra,  5HT  reseptor  geninə  malik  olan 

xromosomun  bu  hiss

əsi  bir  neçə  tədqiqatçının  diqqət  mərkəzinə  çevrildi  və  bu 

lokusun,  serotonergik  sistemin  müxt

əlif  neyroendokrin  funksiyaları,  habelə 

depressiya, naraha

tlıq və yorğunluğu tənzimləməsini təmin etməsi təklif olundu. 

Sonrakı  cəhdlər  çoxsaylı  neyropsixiatrik  xəstəliklərin  patogenezində  eyni  gen 

lokusundan (5-HT2A) olan iki t

ək nukleotid polimorfizmlərinin (rs6311 və rs6313) 

mümkün 

əlaqəsinə  dair  məlumatlar  vermişdir.  Promotor  hissəsində  SNP-nin 

(rs6311),  genin  promotor  f

əaliyyətinə  təsir  göstərdiyi  müəyyən  edilmişdir. 

Promotor  f

əaliyyətinin  çatışmazlığının  (rs6311-də)  bir  neçə  populyasiya 

arasında şizofreniya da daxil olmaqla, neyropsixiatrik xəstəliklərə səbəb olmağı 

t

əklif  edilmişdir.  Lakin,  nəşr  olunan  bir  çox  tədqiqatlara baxmayaraq,  indiyədək 



əldə  edilən  nəticələr  müxtəlif  olmuşdur.  Ruslar,  Tatarlar  və  Başqırdları  əhatə 

ed

ən  analiz,  rus  əhalisində  rs6311-dəki  genotip  tezlikləri  ilə  şizofreniyada 



arasında  əhəmiyyətli  əlaqənin  mövcud  olmasını  qeyd  etdi,  lakin  Tatarlar  və 

Başqırdlarda  SNP  ilə  şizofreniya  arasında  əhəmiyyətli  bir  əlaqə 

göst

ərilməmişdir.  Rs6313-ü  əhatə  edən  bir  tədqiqatda,  Şərqi  Asiya  və  Avropa 



əhalisi  arasında  əhəmiyyətli  allelik  heterogenliyin  olduğu  aşkar  edilmişdir.  Belə 

ki,  Çin,  Yapon,  Sinqapur  v

ə  Koreya  populyasiyaları  da  daxil  olmaqla,  Şərqi 

Asiya 


əhalisində,  T  alelinin  yayılması  ilə  əlaqədar  olaraq  SNP  (rs6313)  və 

şizofreniya arasında əlaqə olduğu qeyd olunur. Ancaq bəzi digər tədqiqatlarda, 

C  v

ə  ya  T  allelinin  (rs6313)  ekspressiyası  və  xəstəlik  arasında  heç  bir  əlaqə 



tapılmamışdır [75].  

Şizofreniyada  serotonin  reseptorlarının  rolu,  bəzi  antipsixotik  dərmanların 

serotonin  reseptorlarına  təsir  etməsi  və  bəzi  serotoninə  bənzər  molekulların 

(m

əsələn,  D  lysergic  aciddiethylamide  (LSD))  qabarıq  psixogenetik  təsirlərə 



sahib  olmasına  görə  önə  sürülmüşdür.  T102C  polimorfizmini  psixiatrik 


39 

 

diaqnozlar  v



ə  əlaqəli  şəxsiyyət  fenotipləri  ilə  əlaqələndirən  bəzi  sübutlar 

mövcuddur.  Bir  meta-analizd

ə  T102C  polimorfizminin  C  alleli  və  şizofreniya 

arasında  əlaqə  olduğu  göstərilmişdir.  Serotonin  dopaminergik  neyronları 

modulyasiya  etdiyin

ə  görə,  serotonin  reseptor  geninin  polimorfizminin 

şizofreniya  xəstələrində  klinik  xüsusiyyətlər  və  spesifik  idrak  funksiyaları  ilə 

əlaqələndirilməsi  mümkündür  [82].  Baxmayaraq  ki,  rs6313  və  rs6314-ün  bioloji 

mexanizmi  aydınlaşdırılmamışdır,  tədqiqatlar  hər  iki  polimorfizmin  şizofreniya 

riski üçün namiz

əd olduğunu göstərməkdədir [18]. 

Qeyd  etm

ək  lazımdır  ki,  bir  sıra  tədqiqatlarda  rs6313  ilə  şizofreniya 

arasında  əlaqənin  olması  qeyd  edilmiş  [6,50],  bəzilərində  isə  əlaqə 

tapılmamışdır [7,86]. Daha zəif idrak funksiyasının rs6313-nin T-alleli ilə əlaqəli 

olduğu  təsbit  edilmişdir  [79].  Ancaq  başqa  bir  araşdırmada  daha  zəif  vizual 

diqq

ətin C-alleli ilə əlaqəli olduğunu təsbit edilmişdir [82]. Bu fərqli nəticələr, iki 



araşdırma arasındakı əhəmiyyətli etnik fərqliliklər nəticəsində ola bilər. 

 

Araşdırmalarda  5-HT



2A

  polimorfizml

ərinin, şizofreniyada  xüsusilə  də,  icra 

funksiyası,  yaddaş  və  diqqət  funksiyasına  təsiri  araşdırılmışdır.  Üçok  və 

əməkdaşları, şizofreniya xəstəsi olan 82 nəfərdə TT və CC homoziqot qruplarla 

müqayis


ədə,  TC  genotipinin  davamlı  diqqət  və  dalğınlıq  ilə  bağlı  daha  aşağı 

performans  il

ə  əlaqədar  olduğunu  bildirmişdir  [79].  T102C  CC  genotipinin 

şizofreniyada  yüksək  tezlikdə  olması  bildirilir  və  buna  görə  də  sıx  maraq 

doğurur.  Bununla  belə,  5-HT

2A

-



nın  diqqət  prosesləri  üzrə  spesifik  rolu  aydın 

şəkildə müəyyən edilməmişdir və daha aydın izah tələb edir [82].  

C-allel formas

ının həm sağlam kontrol nümunələrində, həm də şizofreniya 

x

əstələrində 5-HT2A-nın T allelindən daha az funksional olduğunu göstərən bəzi 



sübutlar var v

ə şizofreniya xəstələrində bu fərq daha da qabarıqdır [19]. 

DNT  metill

əşməsinin  şizofreniyada  əhəmiyyətli  epigenetik  mexanizm 

ol

duğu  düşünülür,  çünki  5-HT2A  DNT  metilləşməsinə  ətraf  mühit  təsirləri  ilkin 



nevroloji  n

əticələrlə  əlaqələndirilir.  5-HT2A  üçün,  DNT  metilləşməsinin 




40 

 

əksəriyyəti  promotor  və  I  ekzon  daxilində  baş  verir,  lakin  genin  digər 



bölg

ələrində də çox az DNT metilləşməsi fəaliyyəti vardır. 5-HT2A CpG sahələri, 

şizofreniya  xəstələrinin  prefrontal  korteksində  hipermetilləşmiş  (promotor 

bölg


ənin  -1438-ci  mövqeyində,  rs6311-ə  yaxın)  və  ya  hipometilləşdirilmişdir  (I 

ekzonun  102-ci  mövqeyind

ə,  rs6313-ə  yaxın),  bu  da  potensial  olaraq, 

şizofreniya  xəstələrində  zəif  5-HT2A  ekspressiyasına  səbəb  olur.  İntihar  meyli 

olan 

əsas  psixoz  xəstələrində  periferik  leykositlərdə  rs6313-də  DNT 



metill

əşməsinin  artması  bildirilmişdir.  DNT  metilləşməsinin  5-HT2A  mRNT 

ekspr

essiyasını  dəyişdirməsinin  aydın  olmasına  baxmayaraq,  5-HT2A 



polimorfizm

inin  mRNT  ekspressiyasına  da  təsir  göstərdiyi  və  bəlkə  də  CpG 

saytlar

ının tanınmasını dəyişdirməsi bildirilmişdir [18]. Bir araşdırmada promotor 

DNT  metill

əşməsinin  təsirləri  nəzərə  alınmayaraq,  5-HT2A  rs6314-ün  mRNT 

ekspressiya d

əyişiklikləri ilə əlaqəli olduğu təsbit edilmişdir [13]. 

Şizofreniya  üçün  dərman  müalicəsi,  əsasən,  proksimal  molekulyar 

h

ədəfləri dopamin (DA) və serotoninin G zülalla əlaqəli reseptorları olan tipik və 



atipik antipsixotik d

ərmanlardan ibarətdir. Tipik antipsixotik dərmanlar (məsələn, 

xlorpromazin,  haloperidol  v

ə  flufenazin)  güclü  DA  D2  reseptor  blokadasını 

nümayiş  etdirir  və  şizofreniyanın  pozitiv  simptomlarını  effektiv  şəkildə  müalicə 

ed

ərkən,  atipik  antipsixotik  dərmanlar  (məsələn,  klozapin,  olanzapin,  ketiapin, 



(serotonin  resep

torları,  xüsusilə  5-HT2A  üçün  yüksək  uyğunluğa  malikdir))  isə 

şizofreniyanın müsbət və mənfi əlamətlərini effektiv şəkildə müalicə edir. Kliniki 

t

ədqiqatlar  göstərir  ki,  atipik  antipsixotik  dərmanları  qəbul  edən  şizofreniklərin 



d

ərmanlara  qarşı  reaksiyalarında  geniş  dəyişkənlik  nümayiş  olunur.  Əslində, 

şizofreniklərin  30-60%-i  və  müalicəyə  davamlı  olan  əsas  depressiyalı  şəxslərin 

10-65%-i  atipik  antipsixotikl

ərlə  müalicədən  sonra  yaxşılaşmır;  digərləri  isə 

h

əyati təhlükəli ola biləcək yan təsirlər yaşayır [20]. 



5-HT

2A

-



nın  quipazin  və  3-triflüorometilfenilpiperazin  də  daxil  olmaqla, 

reseptor  aqonistl

ərinin  bağlanması  yolu  ilə  prefrontal  idraka  təsir  göstərdiyi 



41 

 



əyyən  edilmişdir  [32].  Prefrontal  idrak  funksiyasındakı  çatışmazlıqlar 

(m

əsələn,  icraçı  rollar  və  işçi  yaddaş)  şizofreniyanın  əsas  xüsusiyyətidir. 



Farmakoloji v

ə ekspressiya tədqiqatlarına əsaslanaraq, nəticələr susdurulmuş 5-

HT2A  mRNA  ekspressiyasının,  reseptor  sıxlığının  və  ya  fəaliyyətinin 

azal


masının şizofreniya ilə əlaqəli olduğunu göstərir [18].  

Maple  v


ə  başqaları  stresə  bağlı  5-HT2A  ekspressiyasının  adaptasiya 

f

unksiyası  olduğunu  və  şizofreniya  xəstələrində  pozulduğunu  irəli  sürmüşdür. 



Sağlam  fərdlərdə  5-HT2A-nın  artan  ekspressiyasına  işarə  edən  sübutların 

əksəriyyəti  ilə  yanaşı,  5-HT2A-nın  induksiya  olunmuş  ekspressiyasının  faydalı 

olmasına  baxmayaraq,  antipsixotiklərin  5-HT2A-nın  fəaliyyətinə  maneə 

tör


ətməsi  paradoksaldır  [58].  Bu  paradoks  halüsinogenlərin  (məsələn,  lysergic 

acid  diethylamide)  5-HT2A-

nın  aqonisti,  atipik  antipsixotiklərin  isə  antaqonistlər 

olması ilə daha da vurğulanır.  

İnsan  5-HT2A  genindəki  polimorfizmlər  dəyişən  yaddaş  prosesləri  ilə 

əlaqələndirilir. 

M

əsələn, 


reseptordakı 

His452-


nin 

tirozin 


qalığı 

ilə 


d

əyişdirilməsinə  səbəb  olan  5-HT2A  gen  polimorfizmi,  yetkinlər  arasında 

ya

ddaşın  bərpasında  əhəmiyyətli  pozulma  ilə  əlaqələndirilir.  Şizofreniklər  və 



sağlam kontrol arasında, 5-HT2A gen polimorfizmlərinin homoziqot CC (T102C) 

v

ə  GG  (A-1438G)  və  ya  T-allelin  (rs6314)  daşıyıcıları,  əhəmiyyətli  dərəcədə 



p

ozulmuş qısa müddətli verbal yaddaş nümayiş etdirirlər [87]. 

5-HT-

nin  yaddaşla  əlaqəsi  məməlilər  arasında  ümumiləşdirilir:  belə  ki, 



triptofan  beyin  5-HT  s

əviyyələrini  artırır  və  gəmiricilərdə,  yaşlılarda,  alzeimer 

x

əstələrində və şizofreniyada yaddaşı artırır. Bundan əlavə, kəskin və ya xroniki 



triptofan  tük

ənməsindən  sonra  beyin  5-HT  konsentrasiyalarının  azalması  ilə, 

siçanlarda qorxu yaddaşının, siçovullarda obyekt yaddaşının və insanlarda nəqli 

yaddaşın pozulması göstərilmişdir [87]. 



 


42 

 

EKSPERİMENTAL HİSSƏ 



II FƏSİL. TƏDQİQATIN MATERİAL VƏ METODLARI 

2.1.  T


ədqiqat obyektinin xarakteristikası 

Serotonin  sisteminin  5-HTT  v

ə  5-HT2A  genlərinin  polimorfizminin 

yoxlanılması  məqsədilə  aparılan  işlərdə tədqiqat  materialı  kimi,  ilk  olaraq, Bakı 

şəhəri  2  saylı  Kliniki  Psixiatriya  Xəstəxanasından  razılıq  əsasında  alınmış  qan 

nümun


ələrindən  ayrılmış  xromosom  DNT-si  istifadə  olunmuşdur.  2  saylı  Kliniki 

Psixiatriya  X

əstəxanasından  əksəriyyəti  şizofreniya  paranoid  forma  olmaqla, 

obsessiv-kompulsiv x

əstəlik, sui-qəsd cəhdləri, dissosiv–konversiv pozuntu, baş 

beyin  x


əstəliyi  və  s. kimi  psixoloji  xəstəlikləri  olan  30  nəfərdən  qan nümunələri 

toplanmışdır.  

T

ədqiqatda  kontrol  nümunələr  olaraq,  AMEA  Molekulyar  Biologiya  və 



Biotexnologiyalar 

İnstitutunun  müxtəlif  elm  sahələri  ilə  məşğul  olan  24  nəfər 

əməkdaşından qan nümunələri götürülmüşdür. 

 Eyni  zamanda,  5-HTT  v

ə  5-HT2A  genlərinin  polimorfizminin  müxtəlif 

idman  sah

ələrində  fəaliyyət  göstərən  idmançılarda  paylanmasının  tədqiq 

edilm


əsi  də  həyata  keçirilmişdir.  Bu  məqsədlə,  Azərbaycan  Dövlət  Bədən 

T

ərbiyəsi  və  İdman  Akademiyasından  əksəriyyəti  futbolçular  olmaqla,  ağır 



atletika,  sambo,  karate  kimi  müxt

əlif  idman  sahələrində  fəaliyyət  göstərən,  28 

n

əfər gənc idmançıdan razılıq əsasında qan nümunələri toplanmışdır.   



Qeyd etm

ək lazımdır ki, qan nümunələrinin toplanması beynəlxalq bioetika 

qanunlarına əsasən təcrübəli tibb bacıları tərəfindən steril şəraitdə aparılmış, bu 

normalara  müvafiq  olaraq  donorların  anonimliyi  qorunmuş  və  nümunələr  yalnız 

t

ədqiqat məqsədləri üçün istifadə olunmuşdur. 



 

 


43 

 

2.2.  Qan nümun



ələrindən nüvə DNT-nin ayrılması 

Qan  nümun

ələrindən  DNT-nin  ayrılması  məqsədilə  Rusiya  Federasiyası 

“Izogen” laboratoriyasının istehsal etdiyi “Diatom

TM

 

DNA Prep 200” reaktiv dəsti 



istifad

ə  olunmuşdur.  Müvafiq  qaydada  işarələnmiş  qan  nümunələrindən 

xromosom  DNT-sinin  ayr

ılması  üçün  proses  istehsalçının  təlimatı  əsasında 

aşağıdakı mərhələlər üzrə həyata keçirilmişdir:  

1) 


İlk  mərhələdə  lizis  prosesinin  həyata  keçirilməsi  üçün  əvvəlcədən 

nomr


ələnmiş sınaq  şüşələrinə 800 mkl Lizis Buferi tökülmüş və uyğun 

şəkildə  hər  bir  sınaq  şüşəsinin  üzərinə  qan  nümunələrindən  200  mkl 

əlavə  edilmişdir.  Sınaq  şüşələri  5-10  dəfə  çevirməklə  qarışdırılaraq 

termostata yerl

əşdirilmişdir. 

2) 


Qarışıq  termostatda  65ºC  temperaturda  5-7  dəq  müddətində 

saxlanılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  lizis  prosesinin  tam  olaraq 

getm

əsi üçün, sınaq şüşələri termostatda olarkən bir müddət sonra hər 



bir  sınaq  şüşəsi  çevirməklə  qarışdırılıb,  yenidən  termostata 

yerl


əşdirilmişdir. 

3)  Termostatdan  sonra  h

ər  sınaq  şüşəsindəki  qarışığın  üzərinə  40  mkl 

NukleosS  sorbentinin  homogen  suspenziy

ası  əlavə  edilmişdir. 

Suspenziya 

əlavə  edilməmişdən  qabaq  tam  homogen  vəziyyətə 

g

ətirilənə qədər intensiv şəkildə qarışdırılmışdır.  



4)  Sorbent 

əlavə  olundurdan  sonra  sınaq  şüşələri  rotatora  yerləşdirilərək 

20-30  dövr/d

əq  sürətlə  10  dəq  müddətində  qarışdırılmışdır.  Bundan 

sonra  sınaq  şüşələri  5000  dövr/dəq  sürətlə  10  san  ərzində 

sentrifuqalaşdırılmışdır.  

5)  Nümun

ələrin  sentrifuqalaşdırılmasından  sonra,  sınaq  şüşələrinin 

dibind

ə  yaranan  çöküntüyə  toxunmadan  supernatant  ehtiyatla  su 



şırnağı nasosu vasitəsi ilə kənarlaşdırılmışdır.  


44 

 

6) 



Sınaq şüşələrində qalan çöküntünün üzərinə 400 mkl Lizis Buferi əlavə 

edil


ərək 

vorteksd


ə 

homogen 


v

əziyyət 


əldə 

edil


ənə 

q

ədər 



qarışdırılmışdır.  Daha  sonra  hər  bir  sınaq  şüşəsinin  üzərinə  1  ml  işçi 

Duz  buferi 

əlavə  edilmiş  və  vorteksdə  qarışdırılmışdır.  Vorteks 

edildikd


ən  sonra  qarışıq  10  san  ərzində  5000  dövr/dəq  sürətlə 

se

ntrifuqalaşdırılmışdır.  Eyni  qayda  ilə  (bənd  5)  supernatant 



k

ənarlaşdırılmışdır.  

7)  Yenid

ən  sınaq  şüşələrində  qalan  çöküntünün  üzərinə  1  ml  işçi  Duz 

Buferi 

əlavə edilərək qarışıq vorteksdə homogenləşdirilmiş, daha sonra 

10  san 

ərzində  5000  dövr/dəq  sürətlə  sentrifuqalaşdırılmış  və 

supernatant k

ənarlaşdırılmışdır.  

8)  (7

) saylı bənd təkrar edilmişdir.  



9)  N

əhayət,  Yuma  proseslərindən  sonra  alınan  çöküntü  65

o

C-d


ə  3-4  dəq 

ərzində termostatda qurudulmuş və üzərinə 200 mkl ExtraGene E əlavə 

edilmişdir. Daha sonra qarışıq vorteksdə homogen vəziyyətə gətirilərək 

ardınca termostatda 65ºC-də 4-5 dəq ərzində saxlanılmışdır. 

10)   Q

arışıq  vorteksdə  bir  daha  qarışdırılaraq,  sonda  1  dəq  10000 

dövr/d

əq sürətlə sentrifuqalaşdırılmışdır.  



11)  Bundan  sonra  çöküntüy

ə  toxunmamaq  şərti  ilə  supernatantlar 

ehtiyatla  götürül

ərək  əvvəlcədən  nömrələnmiş  təmiz  sınaq  şüşələrinə 

keçirilm

işdir. Sonda ayrılmış DNT-lər isə –20ºC-də saxlanılmışdır.  

 

2.3.  DNT-nin  t



əmizlik  dərəcəsinin  və  qatılığının  spektrofotometrik  yolla 

t

əyini 



Qan  nümun

ələrindən  ekstraksiya  edilmiş  DNT  nümunələrinin  qatılığı  və 

t

əmizlik  dərəcəsi  spektrofotometriya  metodu  ilə  yoxlanılmışdır.  Bunun  üçün 



Epoch  Microplate  Spectr

ophotometr  cihazında,  Gen5  proqramının  köməyi  ilə 




45 

 

260 v



ə 280 nm dalğa uzunluqlarında DNT nümunələrinin optik sıxlıqları ölçülür. 

Düzgün  ekstraksiya  olunmuş  və    PZR  üçün  yararlı  olan  DNT  nümunələri  üçün 

optimal t

əmizlik dərəcəsi 1,8≤ [D260/D280] ≥2 təşkil edir.  

Ekstraksiya  edilmi

ş DNT-nin qatılığı 260 nm dalğa uzunluğunda ölçülmüş 

optik  sıxlığa  əsasən  təyin  edilir.  Həm  DNT,  həm  də  RNT  260  nm  dalğa 

uzunluqlu işığı udur. Bunun üçün "NanoDrop" spektrofotometrin qabında birinci 

xanaya  kontrol  kimi  2 

μl  ExtraGene  E  məhlulu,  digər  xanalara  isə  2  μl 

ekstrak

siya  edilmiş  DNT  nümunələri  əlavə  olunur  və  optik  sıxlıqları  ölçülür. 

Spektrofotometrd

ə  280  nm  dalğa  uzunluğunda  da  ölçmə  aparılır  ki,  bu  nöqtə 

zülallar  üçün  pik  nöqt

ədir. Zülallar, fenol, duzlar və digər çirkləndiricilər düzgün 

qiym

ətlərə təsir edib, xəta yaradır. Eyni zamanda 320 nm dalğa uzunluğunda da 



ölçülm

ə baş verə bilər, çünki nuklein turşuları və zülallar bu dalğa uzunluqlu işığı 

udmur.  

DNT-nin m

əhluldakı qatılığı aşağıdakı düstur əsasında hesablanılır: 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin