Leyla Alı qızı Mehdibəyli


Dissertasiya  işinin  quruluşu  və  həcmi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix30.12.2021
ölçüsü1,34 Mb.
#49300
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
Leyla - Serotonin dissertasiya yekun variant

Dissertasiya  işinin  quruluşu  və  həcmi.  Dissertasiya işi giriş, ədəbiyyat 

icma


lı,  tədqiqatın  material  və  medodları,  nəticələr  və  onların  müzakirəsini 

özünd


ə  əks  etdirən  3  fəsil,  nəticələr  və  istifadə  edilmiş  ədəbiyyat  siyahısından 

ibar


ət  olmaqla  ümumi  həcmi  74  səhifədə  cəmlənmişdir.  Dissertasiya  işinin 

yazılışında 89 ədəbiyyata (onlardan 1-i azərbaycan, 3-ü türk, 1-i rus və 84-ü ingilis 

dilind

ədir) istinad edilmiş, 7 cədvəl və 10 şəkil verilmişdir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


10 

 

I FƏSİL 



1. 

ƏDƏBİYYAT İCMALI 

1.1.  Serotonin hormonunun k

əşfi 


1930-cu  ill

ərdə  İtalyan  farmakoloqu  Vittorio  Erspamer  dovşanlar, 

qu

rbağalar  da  daxil  olmaqla  müxtəlif  növlərin  dərilərində  və  bağırsaq 



kanallarında aşkar olunan müxtəlif amin maddələrinin, saya əzələdə yığılma və 

ya  daralma  xüsusiyy

ətləri  ilə  maraqlanmışdır.  Onu  maraqlandıran  maddə 

bağırsaqda  enteroxromaffin  hüceyrələrində  aşkar  olundu  [84].  1937-ci  ildə 

Erspamer  Vialli  il

ə  birlikdə  dovşanların  mədəsinin  selikli  qişasından,  xüsusilə 

onun  enteroxromaffin  hüceyr

ələrindən  alınan  ekstraktdan  bilinməyən  bir 

madd

əni  izolyasiya  etdi  [26].  Bəziləri  belə  fərz  edirdi  ki,  bu  yalnız  adrenalindir, 



ancaq iki il sonra Erspamer, 

flüoressensiya metodlarından istifadə edərək aşkar 

edil

ən  bu  maddənin  əvvəllər  bilinməyən  bir  amin  qrupuna  malik  olan  katexol 



tör

əməsi  olduğunu  göstərə  bilmişdir.  1938-ci  ildə  Erspamer,  onun  mədə-

bağırsaq  traktındakı  mənbəyinə  görə  və  kimyəvi  tərkibinə  görə  amin 

olduğundan, aşkar olunan maddəni "enteramin" olaraq adlandırmışdır [68].  

Serotoninin k

əşf edilməsində böyük rola malik olan alimlərdən biri də Irwin 

Page 

olmuşdur.  O,  qandakı  endogen  daraldıcı  faktorların  varlığı  ilə,  ən  yaxşı 



şəkildə hipertenziyanın izah edilə biləcəyini hiss etmişdir. Lakin, qanda belə bir 

faktorun mövcudl

uğu üçün tədqiqat aparıldığında, qan laxtalanana qədər başqa 

bir  madd

ə  istehsal  olunduğu  aşkar  edilmişdir.  Hipertenziyanı  yaradan  faktor 

üz

ərində hər hansı bir irəliləyiş əldə etmədən əvvəl, bu serum maddəsinin qan 



komponentl

ərindən çıxarılmasının lazım olduğunu anlayan Dr. Page tərəfindən 

çox  qabiliyy

ətli  üzvi  kimyaçı  Maurice  Rapport  və  eyni  dərəcədə  təcrübəli, 

biokimyaçı Arda Green işə götürüldü. 

Maurice  Rapport  t

ərəfindən  5  mərhələli  proses  ilə  (zülalların  etanol  ilə 

çökdürülm

əsi,  duzların  asetonla  çökdürülməsi,  inaktiv  maddələrin  xloroform 



11 

 

ekstraksiyası,  aktiv  maddənin  butanol  ekstrasksiyası  və  nəhayət,  diliturik  turşu 



presipitasiyası)  çox  az  miqdarda  daraldıcı  təsirə  malik  olan  maddə  izolyasiya 

olunmuşdur. 1948-ci ilin iyununda, qismən təmizlənmə ilk dəfə olaraq "Biological 



Chemistry

"  jurnalında  nəşr  olunmuşdur  [66].  Dr.  Rapport  izolyasiya  üzərində 

işlərini  davam  etdirdi.  O,  əlavə  iki  mərhələ  ilə  (digər  həll  olan  maddələrin 

uzaqlaşdırılması  üçün  aseton  ilə  çökdürmə  və  metanol  ekstraksiyası)  incə, 

romb

şəkilli, solğun sarı kristalların alınmasına nail olmuşdur. Bu iş 24 sentyabr 



1948-ci ild

ə “Science”-də çap olunmuşdur [65]. Lakin, kimyəvi strukturu hələ də 

m

əlum  olmamışdır.  1948-ci  ilin  payızında  Maurice  Rapport,  Kolumbiya 



Universitetind

ə vəzifəsini yerinə yetirmək üçün Cleveland Klinikasından ayrılmış 

v

ə  serotonin  üzərində  işlərini  dayandırmışdır.  Lakin,  vədinə  baxmayaraq,  o, 



struktur axtarışını dayandıra bilməmişdir [84]. 

N

əhayət, 1949-cu ilin may ayında, serotoninin strukturu 5-hidroksitriptamin 



olaraq  t

əyin  olundu.  Serotoninin  uyğun  hala  gətirildiyi  1951-ci  ilə  qədər,  dr. 

Rapport,  ilk  araşdırma  üçün  sintetik  Upjohn  Pharmaceutical  və  Abbott 

laboratoriyalarındakı  kimyaçılarla  əməkdaşlıq  etmişdir.  Bu,  serotonin  tədqiqatı 

üçün  böyük  bir 

sıçrayış  idi  və  bu  vaxta  qədər  serotoninin  fizioloji  təsirlərini 

öyr

ənmək üçün yeganə yol, Green və Rapport-un Cleveland Klinikasında etdiyi 



kimi serumdan t

əcrid edərək olmuşdur. 1951-ci ildə Maurice Rapport tərəfindən 

t

əklif edilən bu maddənin strukturu kimyəvi sintez ilə təsdiqlənmişdir. 1951-ci ilə 



q

ədər  serotoninin  təcrid  olunmuş  və  sintez  olunmasına  baxmayaraq,  hələ  də 

onu

n funksiyası məsələsi aydınlaşdırılmamış qalmışdır [84].  



Serotonin tarixind

əki növbəti böyük irəliləyiş, onun beyində kəşf olunması 

olmu

şdur. 1951-ci ildə Betty Mack Twarog, Mytilus-da daraldıcı neyrotransmitter 



olaraq  asetilxolini  t

əsbit  etmiş,  lakin  rahatlaşdırıcı  neyrotransmitter  isə  təyin 

etm

ək  mümkün  olmamışdır.  Cleveland  Klinikasından  serotonin  haqqında  olan 



m

əqalələr  Twarog-un  diqqətini  cəlb  etdi.  Lakin,  serotonin  yalnız  məməlilərin 

serumunda aşkar olunan damardaraldıcı maddə idi və neyrotransmitter kimi hər 



12 

 

hansı  bir  funksiyaya  malik  olacağına  inanmaq  üçün  heç  bir  əsas  yox  idi.  Eyni 



ild

ə,  Erspamerin  məqalələri,  meduzaların  tüpürcək  vəzlərində  enteramin 

old

uğunu  və  bu  maddənin  molyusk  ürəyini  həyəcanlandıra  biləcəyini  göstərdi. 



Betty  Twarog  v

ə  John  Welsh  tüpürcək  sekresiyalarında  neyrotransmitterlərlə 

əlaqəli  toksinlərin  olması  qənaətinə  gəldilər.  Beləliklə,  enteramin  "tutmağı" 

inhibir


ə  edən  bilinməyən  neyrotransmitter  ola  bilər.  Qısa  müddətdən  sonra, 

serotonin  v

ə enteramin eyni maddə olaraq təyin olunduqdan sonra Dr. Twarog 

v

ə  Welsh,  Abbott  Laboratoriyalarından  serotonin  tələb  etdi  və  bununla  da, 



bilinm

əyən  neyrotransmitterin  həqiqətən  serotonin  olduğu  sübut  olundu  [84]. 

Ümumiyy

ətlə,  1952-ci  ilədək  enteramin  elmi  ədəbiyyatda  nisbətən  daha  geniş 

istifad

əyə  malik  idi.  1952-ci  ildə  enteramin  və  serotoninin  eyni  maddə  olduğu 

sübut  edildi  [67].  1953-cü  ild

ə  isə  neyrofizioloqlar Irvine Page  və  Betty  Twarog 

baş beyində serotonin aşkar etdilər [78]. 

 

1.2.   Serotoninin sintezi v



ə metabolizmi 

 Serotonin orqanizmin müxt

əlif toxumalarında sintez edilə bilən bioloji aktiv 

madd

ədir. Insan orqanizmində aşkar olunan serotoninin ümumi miqdarının 80%-



ə  qədəri  bağırsaqdakı  enteroxromaffin  hüceyrələri  tərəfindən  sintez  olunur  və 

bağırsaq  hərəkətliliyinin  tənzimlənməsində  mühüm  rol  oynayır.  Mərkəzi  sinir 

sistemind

ə sintez olunan 20% serotonin isə əhval-ruhiyyənin, iştah və yuxunun 

t

ənzimlənməsi ilə yanaşı, hafizə və öyrənmə ilə də sıx əlaqədardır [59].   



Serotonin  struktur  olaraq  monoamin  qrupuna  daxildir  v

ə  triptofanın 

hüceyr

ədaxili  katabolizm  məhsullarından  biridir.  Orqanizmdə  katabolizmə 



uğradılan  triptofanın  1%-ə  qədərindən  serotonin  sintez  edilir  [1].  Serotonin 

triptofan  ami

n  turşusundan  2  mərhələdən  ibarət  olan  reaksiya  vasitəsilə  sintez 

olunur.  İlk  mərhələ  triptofan  hidroksilaza  fermenti  (TPH,  EC  1.14.16.4)  ilə, 

ikinci  m

ərhələ isə aromatik  amin  turşu  dekarboksilaza  fermenti (AADC, EC 




13 

 

4.1.1.28)  il



ə  kataliz  olunur  [59].  Əvvəlcə  triptofan  katabolizm  prosesində 

oksidl


əşərək 5-hidroksitriptofana, bundan sonra isə dekarboksilləşmə yolu ilə 5-

hidroksitriptamin

ə (serotonin) çevrilir [1]. 

 

Şəkil 1.1. Triptofan amin turşusundan serotoninin biosintezi 



Triptofan  hidr

oksilazanın müxtəlif genlər tərəfindən sintez edilən,  tph1 və 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin