Liii fəsil İdman üzrə fənn proqramı


LV Fəsil. Baza pilləsində fənn kompetensiyaları



Yüklə 61,26 Kb.
səhifə19/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   ...   16   17   18   19   20   21   22   23   24
Liii f sil dman zr f nn proqram

LV Fəsil.
Baza pilləsində fənn kompetensiyaları

VII-IX Siniflər
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət və vərdişlər

Fəal iştirak

İd.VII-IX.1. Şagird fiziki və psixi sağlamlığın və cəmiyyətdə müvəffəqiyyət qazanmağın əhəmiyyətli şərtlərindən biri kimi sağlam həyat qaydasını mənimsəyə bilər.


İd.VII-IX.2. Şagirdin fiziki fəallığı özünün fizioloji və psixoloji inkişafı ilə əlaqələndirmək bacarığı vardır.


İd.VII-IX.3. Şagird təhlükəsizliyə əməl etməyin zəruriliyini və mürəkkəb vəziyyətlərdən çıxmaq imkanlarına yiyələnməyi dərk edə bilir.

İd.VII-IX.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxara bilər.



İd.VII-IX.5. Şagird onun sağlamlığını yaxşılaşdıracaq idman fəallıqlarında iştirak edə bilər.


İd.VII-IX.6. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.


İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları


İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.VII-IX.1. Şagird fiziki və psixi sağlamlığın və cəmiyyətdə müvəffəqiyyət qazanmağın əhəmiyyətli şərtlərindən biri kimi sağlam həyat qaydasını mənimsəyə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • idman formasını saxlamaq məqsədilə müntəzəm fiziki fəallıqlara qoşulmuşdursa;

  • qidanın miqdarının və keyfiyyətinin sağlamlığa və ümumi fiziki vəziyyətə təsirini, tarazlaşdırılmış qidanın mahiyyətini (kalorilərin çoxluğu və qıtlığını) dərk edirsə;

  • artıq çəkinin və həkimin nəzarəti olmadan keçirilmiş pəhrizin (arıqlamaq pəhrizini) mümkün təhlükəliliyini qeyd edə bilirsə;

  • psixoaktiv maddələrin – narkotik vasitələrin, alkoqolun, psixotropik dərmanların və tütündən istifadə etməyin insanın fiziki və psixi sağlamlığına, onun sosial statusuna necə təsir göstərdiyini dərk edirsə.


Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin