Liii fəsil İdman üzrə fənn proqramı


İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər



Yüklə 61,26 Kb.
səhifə21/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
1   ...   16   17   18   19   20   21   22   23   24
Liii f sil dman zr f nn proqram

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.VII-IX.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxara bilər.
Nəticə göz önündədir, əgər şagird:

  • fəal məşqlərlə əvvəllər yiyələnilmiş əsas hərəki qabiliyyət-vərdişləri yaxşılaşdırırsa;

  • komandanın tamhüquqlu üzvü kimi komanda oyunlarında iştirak edirsə;

  • idmanın əsas növlərinə və idman oyunlarına yiyələnmişdirsə;

  • məşq zamanı (aerobika, ritmika, idman rəqsi) musiqinin müşayiətindən və rəqs fəndlərindən fəal istifadə edirsə;

  • yarışlardan və məşqlərdən əvvəl hazırlıq məşqlərini yerinə yetirirsə;

  • əqli işlə inkişaf etmiş yorğunluq halında bərpa məqsədi ilə fəal istirahətə (hərəkətli oyunlar, həvəsləndirici idman oyunları və s.) üstünlük verirsə.

İstiqamət: idmanda fəal iştirak
İd.VII-IX.5. Şagird onun sağlamlığını yaxşılaşdıracaq idman fəallıqlarında iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

  • proqramla nəzərdə tutulmuş idman növlərində iştirak edirsə;

  • müxtəlif növ idman yarışlarında iştirak edirsə;

  • müxtəlif müddətli və çətin yürüşlərdə iştirak edirsə;

  • fərdi məqsədlərlə əlaqədar fiziki təlimləri müntəzəm yerinə yetirirsə;

  • zamanın müəyyən intervalında öz nailiyyətlərini yoxlaya bilirsə;

  • cari idman fəallıqları və bununla əlaqədar fiziki vəziyyət barədə yazılar aparırsa.

İd.VII-IX.6. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
.
Nəticə göz önündədir, əgər şagird:

  • məhdud fiziki imkanlı həmyaşıdları ilə, başqa cinsdən, böyük və kiçikyaşlı uşaqlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə;

  • komanda oyunlarında iştirak edərkən intizama əməl edirsə, öz davranışa və emosiyalarına nəzarət edə bilirsə, təşviqata uymursa;

  • qələbəni və məğlubiyyəti adekvat dərk edirsə, hisslərinin büruzə verilməsində təmkinlidirsə;

  • ümumi idman məqsədlərinə nail olmaq üçün komanda yoldaşları ilə razılıq əsasında hərəkət edə bilirsə;

  • başqalarının təklif etdikləri ideyalara səmimi yanaşır, öz fikrini deməyə çalışırsa;

  • qarşısına məqsəd qoyur və bu məqsədi həyata keçirməyə çalışırsa;

  • ətraf mühitin təmizlənməsində fəal iştirak edirsə, ağaclara qulluq edirsə, ev heyvanlarına xidmət göstərirsə;

  • yaşca özündən kiçiklərə ətraf mühitdə davranış qaydalarını izah edirsə (zibil atmaq, ağacları zədələmək, heyvanları öldürmək);

  • idman yürüşləri zamanı zəiflərə və kiçikyaşlılara qayğı göstərirsə;

  • idman yeniliklərini fəal müzakirə və təhlil edirsə.



Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin