Bioloji membranın quruluşu
Qliserofosfolipidlər
• Fosfatid turşusu ilə azot əsaslarının birləşmə
məhsullarıdır. Təbii qliserofosfolipidlərin molekul
strukturunda qliserin qalıgının birinci karbon atomu
doymuş, ikinci karbon atomu isə doymamış piy
turşusu ilə rabitəli olur.
Fosfatidilxolin
2
hidrofob hissə
Hidrofil başlıg
Fosfatid turşusu ilə xolinin mürəkkəb efirləridir.
Xolin fizioloji aktiv maddədir. Ilk dəfə yumurta
sarısında
(yunanca «lekithos»)
aşkar edildiyinə
görə onlara lesitinlər deyilir.
Fosfatidiletanolaminlər
• Fosfatid turşusu ilə kolaminin efirləşmə
məhsuludur. Ilk dəfə baş beyində
(latınca
ceptalus-
baş)
tapıldıgına görə onlara
kefalinlər də deyilir
Fosfatidilserinlər
• Fosfatid turşusunun serinlə birləşməsidir. Ilk dəfə
qaramalın baş beynində aşkar edilimişdir. Orqanizmdə
serin dekarboksilləşərək etanolaminə, o da
metilləşərək xolinə çevrilə bilir, yəni fosfatidilserinlər
həm fosfatidiletanolaminlərin, həm də
fosfatidilxolinlərin sintezinə cəlb edilə bilər
fosfatidilserin
fosfatidiletanolamin
fosfatidilxolin
Fosfatidilinozitlər
• Fosfatid turşusunun altıatomlu spirt olan
inozitlə birləşməsidir. Ilk dəfə vərəm
bakteriyalarında tapılmışdır. Sinir liflərinin
mielin qişasında daha coxdur
Plazmogenlər
• Qlierofosfolipdlərə aid olub qliserinin karbon atomu
piy turşusu ilə deyil, aldehid-spirtlə sadə efir
vasitəsilə birləşmişdir. Ilk dəfə plazmada tapıldıgı
üçün plazmogenlər adlanır. Plazmogen molekulu
üçün səciyyəvi cəhət onların tərkibinə daxil olan
doymamış spirtin birinci və ikinci karbon atomları
arasında ikiqat rabitənin olmasıdır. Azot əsaslarına
görə plazmogenlər 3 növü vardır:
• Fosfatidaletanolaminlər
• Fosfatidalxolinlər
• Fosfatidalserinlər
Sfinqofosfolipidlər
-sfinqomielinlər
• Molekul strukturunun tərkibinə daxil olan spirt
komponenti sfinqozindir. Sfinqozin tərkibinə 18
karbon atomu daxil olan doymamış, hidroksil
qrupuna malik aminspirtdir.onun piy turşuları ilə
əmələ gətirdikləri N-asil törəmələri
seramidlər
adlanır.
• Sfinqolipidlər sinir toxumasında geniş yayılmışdır.
Ona görə onlara sfinqomielinlər deyilir
Qlikosfinqolipidlər
• Molekul strukturuna sfinqozin və karbohidrat
qalıgından təşkil olunmuş mürəkkəb
lipidlərdir. Molekul strukturuna karbohidrat
qalıqlarının daxil oldugunu nəzərə alsaq,
qlikosfinqilipidləri
qlikozilseramidlər
də
adlandırmaq olar. Onlar baş beyində və sinir
toxumasında toplanır.
Qlikosfinqolipidlər
• Kimyəvi tərkibinə və monosaxarid qalıgının sayına görə
bölünür:
• Serebrozidlər
-
sinir hüceyrələrinin membranlarında (mielin
qişada)toplanan seramid-monosaxarid kompleksləridir.
• Seramidoliqosaxaridlər
-
qlikosfinqolipidlərin molekul
strukturuna heterooliqosaxaridlər daxil olan formalarıdır.
• Qanqliozidlər
-
molekul strukturunda sial turşusu olub,
kimyəvi strukturuna görə seramidoliqosaxaridlərə bənzəyir.
D-qalaktozanın
qalıgı
Seramid qalıgı
Sterinlər
Tsiklik triterpen törəməsi hesab etmək olar. Sterinlər və
onların mübadılə məhsulları steroidlər adı altında
birləşmişdir. Sterodlərin kimyəvi strukturunun asasını
tsiklopentanperhidrofenantren (steran) təşkil edir.
Steroidlərə aiddir:
Dostları ilə paylaş: |