442. Menyer xəstəliyinin patogenezi nədir?
A) labirintin hidropsu
B) labirintin irinli iltihabı
C) labirint yarımdairəvi kanalında fistulanın əmələ gəlməsi
D) təbil boşluğunun irinli iltihabı
E) təbil boşluğunda transudatın toplanması
443. Menyer xəstəliyinin tutmaları zamanı hansı simptom olmur?
A) qulaqdan irin axma
B) qulaqda küy
C) sistem xarakterli baş gicəllənmə
D) eşitmənin zəifləməsi
E) müvazinət pozulması və vegetativ reaksiyalar
444. Menyer xəstəliyinin tutmaları zamanı hansı simptom olmur?
A) Otalgiya
B) Qulaqda səs
C) Müvazinət pozulması
D) Başgicəllənmə
E) Eşitmənin proqressivləşən zəifləməsi
445. Sistemşəkilli başgicəllənmə, qulaqda kuy və neyrosensor tipli eşitmə zəifliyi ilə xarakterizə olunan
xəstəlik hansıdır?
A) Menyer xəstəliyi
B) Otoskleroz
C) Xroniki irinli orta otitn
D) Kəskin tubootit
E) Adgeziv orta otit
Dostları ilə paylaş: |