491. Uşaqlarda otoskopiya zamanı qulaq seyvanı hansı istiqamətdə
çəkilməlidir?
A) aşağı və arxaya
B) yuxarı və arxaya
C) aşağı və önə
D) yuxarı və önə
E) düz istiqamətdə
492. Hansı anatomik törəmə təbil boşluğu ilə burunudlağı birləşdirir?
A) eşitmə borusu
B) oval pəncərə
C) girdə pəncərə
D) daxili qulaq keçəcəyi
E) xarici qulaq keçəcəyi
493. Eşitmə borusunun müayinə metodlarına nə
aiddir?
A) kateterizasiya
B) otoskopiya
C) palpasiya
D) rentgenoskopiya
E) rinoskopiya
494. Təbil pərdəsinin hərəkiliyini nə ilə müəyyən etmək olar?
A) pnevmatik qıfla
B) politser balonu ilə
C) otoskopiya ilə
D) qulaq kateteri ilə
E) rentgenografiya ilə
495. Uşaqlarda hansı xəstəliklər zamanı traqusa təzyiq etdikdə ağrı qeyd
olunur?
A) Kəskin xarici və orta otitlər zamanı
B) Labirintit zamanı
C) Xroniki irinli orta otit zamanı
D) Yevstaxiit zamanı
E) Antrit zamanı
496. Təbil boşluğunun içəri divarında hansı klinik əhəmiyyətli törəmələr
yerləşmir?
A) mağaraya giriş
B) oval pəncərə
C) girdə pəncərə
D) promontorium
E) üz siniri
497. Gicgah sümüyünün rentgenoloji müayinəsində hansı proyeksiyalardan istifadə olunur?
A) Şüller üsulu
B) kəllənin yan proyeksiyası
C) alın-burun proyeksiyası
D) yalnız aksial proyeksiya
E) burun-çənə proyeksiyası
498. Təbil boşluğunun yuxarı divarının dağılması zamanı orta qulağın iltihabı hara yayıla bilər?
A) orta kəllə çuxuruna
B) məməvari çıxıntıya
C) S-əbənzər sinusa
D) vidaci vena soğanağına
E) parotis vəziyə
Dostları ilə paylaş: |