499. Qulağın müayinə metodunu göstərin.
A) otoskopiya
B) rinoskopiya
C) larinqoskopiya
D) farinqoskopiya
E) stroboskopiya
500. Otoakustik emissiya metodu ilə müayinə qulağın hansı hissəsinin fəaliyyəti haqda məlumat
verir?
A) xarici tükcüklü hüceyrələrin fəaliyyəti haqda
B) xarici qulaq keçəcəyinin vəziyyəti haqda
C) orta qulaq, qulaq sümükcüklərinin vəziyyəti haqda
D) daxili tükcüklü hüceyrələrin vəziyyəti haqda
E) beyində eşitmənin aparıcı yolları haqda
501. Yaradılmış eşitmə potensiallarının qeydi metodu eşitmə analizatorunun hansı hissəsinin fəaliyyəti
haqda məlumat verir?
A) eşitmə siniri, aparıcı yollar, beyin kötüyündəki eşitmə mərkəzlərinin fəaliyyəti haqda
B) eşitmə analizatorunun reseptor hissəsinin fəaliyyəti, perilimfa və endolimfa haqda
C) səskeçirən aparatın və labirintin fəaliyyəti haqda
D) orta qulağın fəaliyyəti haqda
E) xarici qulağın fəaliyyəti haqda
502. Aşağıdakı anatomik törəmələrdən hansı ilbiz axacağının divarlarını təşkil edir?
A) əsas zar
B) torbacıq
C) təbil pərdəsi
D) kisəcik
E) otolit membranı
Dostları ilə paylaş: |