513. Rinne sınağında hansı göstəricilər müqayisə olunur?
A) hava və sümük keçiriciliyinin müddəti
B) iki qulağın hava keçiriciliyinin müddəti
C) iki qulağın sümük keçiriciliyinin müddəti
D) heç bir göstərici müqayisə olunmur
E) pıçıltı nitqinin qəbuletmə məsafəsi
514. Audioqramda sümük keçiriciliyi əsasən yüksək tezliklərdə aşağı düşərsə hansı aparatın xəstəliyi
haqqında düşünmək olar?
A) səsi qəbuledən aparatın
B) səsikeçirən aparatın
C) səsikeçirən və səsi qəbuledən aparatların
D) heç birinin
E) vestibulyar aparatın
515. İrinli orta otit zamanı eşitmə analizatorunun nəqledici sisteminin hansı elementi zədələnir?
A) təbil pərdəsi
B) xarici qulaq keçəcəyi
C) oval pəncərə
D) girdə pəncərə
E) oval və girdə pəncərə
516. Müayinə zamanı aşağıdakı şikayətlər və obyektiv əlamətlər olarsa eşitmə analizatorunun
vəziyyətini xarakterizə edin: eşitmə sağ qulaqda zəifləyib, təbil pərdəsində çapıqlı dəyişiklik var,
kamertonal müayinə zamanı hava keçiriciliyi aşağı düşüb, Rinne sınağı mənfidir, Veber sınağı zamanı
Dostları ilə paylaş: |