57. Yumşaq damağın hərəki innervasiyası hansı sinir tərəfindən yerinə yetirilir:
A) Dil-udlaq siniri
B) Üz siniri
C) Üçlü sinir
D) Azan sinir
E) Əlavə sinir
58. Damaq badamcıqlarının yuxarı qütbündə təsadüf olunan çökəklik necə adlanır:
A) Turtual sinusu
B) Rozenmüller çökəkliyi
C) His büküşü
D) Gize çökəkliyi
E) Vallekula
59. Veber vəziləri harada yerləşir:
A) Damaq badamcıqlarının yuxarı qütbündə
B) Udlaqarxası sahədə
C) Dil badamcığının ətrafında
D) Damaq badamcıqlarının aşağı qütbündə
E) Paratonzillyar sahədə
60. Udlağın hansı funksiyası yoxdur:
A) Qoxu
B) Nitq
C) Tənəffüs
D) Qoruyucu
E) Rezonator
61. Piroqov-Valdeyer limfadenoid həlqəsinə hansı aiddir:
A) Hamısı
B) Dil badamcığı
C) Boru badamcıqları
D) Damaq badamcıqları
E) Burun-udlaq badamcığı
62. Hansı badamcığın kapsulu var:
A) Damaq
B) Hamısının
C) Burun-udlaq
D) Dil
E) Boru badamcığı
63. Aşağıdakılardan hansı badamcıqların funksiyasına aid deyil:
A) Eritropoez
B) Fermentativ funksiya
C) İmmunitetin formalaşmasında iştirak etmək
D) Limfopoez
E) Eliminasiya funksiyası
Dostları ilə paylaş: |