M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə65/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   61   62   63   64   65   66   67   68   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

Cihazın təsviri

Cihazın təsviri şəkil 1-də göstərilmişdir. Tədqiq olunan maye olaraq bitki yağını götürmək olar. Bu yağ C - silindrik qabına tökülür və silindirin yan səthindən bir-birindən müəyyən məsafədə yeriəşmiş iki a və b nişanələri qeyd olunur. Mis kuporusu məhlulu isə C1 qabına tökülür, C1 qabı C silindirik qabından hündürdə yerləşdirilir. Mis kuporusu məhlulu D damcıladıcısı vasitəsilə damcıladılır. Damcı maye içərisinə düşərkən onun a və b nöqtələri arasında keçmə müddəti saniyəölçən vasitəsilə təyin olunur və məlum məsafəsinə görə damcının düşmə sürəti tapılır.

İşin gedişi.

  1. C1 qabının D damcıladıcısı vasitəsilə mis kuporusu məhlulunun bir damcısının tədqiq olunan maye içərisinə daxil edib, onun hərəkətini izləyin. Damcı birinci nişan (a) xəttindən keçən anda saniyəölçəni işə salın və ikinci (b) nişanından keçdikdə isə onu dayandırın. Kürənin iki xətt arasındakı düşmə zamanı (t) və bu xətlər arasındakı məsafəni () bilərək onun düşmə sürətini tapın.

  2. Damcının r radiusunu onun kütləsinə əsasən hesablayın. Bu məqsədlə əvvəlcə qurudulmuş kiçik bir stəkanın boş kütləsini (m2) tərəzi vasitəsilə dəqiq təyin edin. D damcıladıcısını elə bir vəziyyətdə qoyun ki, borudan düşən damcıları saymaq mümkün olsun. Stəkanı borunun altına qoyaraq ona 50-60 damcı mis kuporusu məhlulu damcılladın və bu halda onun m3 kütləsini təyin edin. Təbiidir ki, bütün damcıların ümumi kütləsi olar. Damcıların ümumi n- sayını və onların ümumi m1 kütləsini bilərək, (8) ifadəsinə görə damcının r radiusunu hesablayın.

  3. Tapılmış və r -in qiymətlərinə görə (7) ifadəsinə əsasən -nin qiymətini hesablayın. ( Mis kuporusu məhlulunun və tədqiq olunan mayenin sıxlığının qiyməti laboratoriyada verilir).

  4. Təcrübəni 4-5 dəfə təkrar aparmaqla təcrübənin mütləq və nisbi xətasını hesablayın.


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin