M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə18/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   14   15   16   17   18   19   20   21   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

C
ədvəl 1 

1. ABŞ 
11. Yeni Zelandiya 
2. Sinqapur 
12. Kanada 
3. Honkonq 
13. Çili 
4. Yaponiya 
14. İsveç 
5. Danimarka 
15. Finlandiya 
6. Norveç 
16. Avstriya 
7. Niderland 
17. Belçika 
8. Lüksemburq 
18. Tayvan 
9. İsveçrə 
19. Böyük Britaniya 
10. Almaniya 
20. Fransa 
AHdpuanoe B./t KonKypennwcnoco6nocnth Poccuu
 « 
Atupoaoü )KonüMiiKe 
(Me.jKdynapodnhiıi öıvmec Poccuu).
 M, /997. 
Nsl. c.4. 
53 


1987-ci ild
ən 1993-cü ilə qədər bu siyahıya Yaponiya 
başçılıq edirdi. Lakin artıq 1994-cü ildə bəzi şəhərlərdə böhran 
v
əziyyətinin yaranması - ienin ABŞ dollarına nisbətən 
m
əzənnəsinin artması ilə 1995-ci ildən Yaponiya 4-cü yerə 
düşmüşdür. 
Müasir dünyada iqtisadi və elmi-texniki əlaqələrin inkişafı, 
beyn
əlxalq əmək bölgüsündə İştirak - daxili xalq təsərrüfatı 
m
əsələlərini həll etmək, eyni zamanda ölkələr arasında sülh, 
əmin-amanlıq və mehribanlıq münasibətlərinin güclənməsi üçün 
bir vasit
ədir. 
Az
ərbaycanın bir çox müəssisələri və birlikləri, 
korporasiya v
ə şirkətləri, firmaları, xarici partnyorlarla xarici 
iqtisadi 
əlaqələri inkişaf etdirirlər. Onlar təbii ehtiyatların istismarı 
layih
əsindən tutmuş onun istehsalı və nəql olunmasında, ətraf 
mühitin sağlamlaşdırılması və onun qorunmasında birlikdə iştirak 
edirl
ər və bunların sayəsində beynəlxalq əməkdaşlıq inkişaf edir 
v
ə dərinləşir. 
Xarici iqtisadi 
əlaqələrin bu formaları eyni zamanda milli 
iqtisadiyyatın inkişafına təsir edir. Bu təsirin nəticələrinin təhlili və 
istehsalın perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsi 
beyn
əlxalq əmək bölgüsü kateqoriyalarının məzmununu daha 
d
əqiq müəyyən edir. Bu kateqoriyanın dəqiq müəyyən 
edilm
əsinin vacibliyi eyni zamanda beynəlxalq iqtisadi 
əməkdaşlıq nəzəriyyəsinin inkişafı, həmçinin dünya təsərrüfat 
sistemi haqqında təlimin inkişafı İlə əlaqədardır. Göstərilən 
m
əsələlərin həlli beynəlxalq əmək bölgüsü kateqoriyasını 
olduqca aktual edir. 
Lakin h
ər şeydən əvvəl aydınlaşdırmaq lazımdır ki, ölkə 
daxilind
ə əmək bölgüsü nə deməkdir. Dünyanın hər hansı 
ölkəsində ayrıca götürülmüş hər hansı bir müəssisə cəmiyyət 
üçün 
54 


lazım olan bütün məhsulları istehsal edə bilməz. Müəssisələrdən 
h
ər biri müəyyən bir məhsulun istehsalı üzrə ixtisaslaşırlar və bu 
müəssisələrin ixtisaslaşması kimi xarakterizə olunur. 
Onlar 
bir 
neçə 
formada: 
peşəkar 
v
ə 
ərazi 
nöqteyi-nəzərindən çıxış edirlər. Predmet - müəssisələrin 
müəyyən növ məmulatlar istehsalını, peşəkar (professional) isə - 
müəssisədə işçilərin peşəyönümü - əsas sənət (toxucular, 
metallurqlar, neftçilər və s. üzrə məşğuliyyəti, ərazi isə - 
müəssisənin konkret yerləşdiyi məkanı göstərir. 
T
əsərrüfat subyektlərinin ixtisaslaşması onların istehsal 
etdikl
əri məhsulların bilavasitə mübadiləsi ilə başa çatır. Bunun 
n
əticəsi olaraq zavodlararası (fabriklərarası) əmək bölgüsü 
yaranır. Onlar əmək bölgüsünün universal formalarıdır. Əgər 
müəssisələrin qruplaşdırılması olmasaydı, bu əmək bölgüsünün 
yegan
ə forması olardı. Lakin zavodlar, fabriklər, şirkətlər və digər 
t
əsərrüfat subyektləri qarşılıqlı əlaqədə olan cəhdlə bir qrupda 
birl
əşirlər. Eyni cinsli məhsullar istehsalı sahələrində, yarım 
sah
ələrdə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, 
ticar
ət), bəzən isə iqtisadi ədəbiyyatlarda bunu xalq təsərrüfatı 
sah
ələri də adlandırırlar. 
Müəssisələr arasında mübadilədən asılı olaraq əmək 
bölgüsünün müxtəlif formaları əmələ gəlir. Əgər müxtəlif istehsal 
sah
ələrinin ixtisaslaşdırılmış müəssisələri arasında mübadilə 
olarsa, 
əmək bölgüsünün zavodlararası forması spesifik 
əlamətlər kəsb edir və sahədaxili forma alır. 
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxır ki, əmək 
bölgüsünü öyrənən zaman müəssisələrin ixtisaslaşması ilə əmək 
bölgüsü 
formalarını 
fərqləndirmək 
lazımdır. 
Təsərrüfat 
subyektl
ərinin ixtisaslaşması üç formada - predmet, professional 
v
ə 
55 


ərazi kimi özünü büruzə verir. Əksinə, əmək bölgüsü isə - sa- 
h
ədaxili, sahələrarası və regionlararası aspektdən əmələ gəlir. 
Onlardan h
ər ikisi isə özlərində əmək bölgüsünün hər iki 
xarakterik 
əlamətlərini - mübadilə və ixtisaslaşmanın üç formasını 
(predmet, professional v
ə ərazi) birləşdirir. 
Bel
əliklə, ölkə daxilində əmək bölgüsü - bu əmək təşkilinin 
el
ə sistemi və ya üsuludur ki, ayrı-ayrı təsərrüfat subyektləri öz 
güclərini müəyyən predmet istehsalı üzrə cəmləşdirirlər və sonra 
istehsal olunan m
əhsulları mübadilə edirlər. Deməli, əmək 
bölgüsü iki əlamətə görə ixtisaslaşma və mübadilə ilə xarakterizə 
olunur. 
İqtisadi ədəbiyyatlarda əmək bölgüsünün formaları ilə 
yanaşı növlərini də ayırırlar. 
Bu onunla 
əlaqədardır ki, bir ölkə miqyasında onun bir 
neçə növünü qeyd edirlər. Mövcud əlaqəyə görə İqtisadi 
ədəbiyyatda beynəlxalq səviyyədə müqayisə etmək üçün əmək 
bölgüsünün üç növünü - müəssisədaxill (və ya zavoddaxill), 
sah
ələrarası və ölkələrarası növlərini fərqləndirmək qərara 
alınmışdır. Əmək bölgüsünün baş verdiyi sferadan asılı olaraq 
onla
r ayrı-ayrı növlərə bölünür. 
Yuxarıda qeyd etdiyimiz kimi, əmək bölgüsünün mühüm 
m
əsələlərindən biri beynəlxalq əmək bölgüsü sahəsində 
qanunauyğunluqları öyrənməkdən ibarətdir. Belə ki, xüsusi əmək 
bölgüsünün spesifik xüsusiyyəti ondan ibarətdir ki, ölkə- daxili 
əmək bölgüsündən fərqli olaraq, beynəlxalq arenada tərəfdaşlar 
rolunda müxtəlif ölkələrin müəssisələri çıxış etməklərinə 
baxmayaraq, 
əmək bölgüsünün digər növlərinə aid olan 
xüsusiyyətlər ona da aiddir. Bir tərəfdən, beynəlxalq əmək 
bölgüsündə iştirak edən ölkələrin müəssisələri öz tələbatlarından 
.^6 


daha çox məhsul İstehsal edirlər. Digər tərəfdən isə ayrıca 
götürülmüş dövlətlərin təsərrüfat subyektləri şüurlu surətdə artıq 
m
əhsul istehsal etməklə, özləri istehsal etmədikləri və ya öz 
t
ələbatlarından az məhsul istehsal edilən mallara mübadilə 
edirl
ər. 
Bütövlükdə bu hadisə, özlüyündə müəssisələrin öz 
güclərini ayrı-ayrı məhsul növləri istehsalına yönəltmək və 
İstehsal olunmuş məhsulu ölkə daxilində deyil, qrup ölkələr və ya 
bütün dünya təsərrüfatı miqyasında mübadilə etməkdən ibarətdir. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, müəssisələrin 
beyn
əlxalq ixtisaslaşması həmçinin müəssisələrin ölkədaxili 
ixtisaslaşmasına uyğun olaraq (predmet, professional və ərazi) 
h
əyata keçir, müəssisələr qarşılıqlı əlaqədə olan beynəlxalq 
sistemd
ə iştirak edərək müəyyən növ məhsul istehsal edirlər, 
h
əmin istehsalda konkret sənətlə müəyyən qrup işçilər 
m
əşğuldurlar və bu müəssisələr konkret ərazidə yerləşirlər. 
Beyn
əlxalq əmək bölgüsü baxımından isə beynəlxalq 
al
əmdə istehsal fəaliyyətinin nəticələri müxtəlif sahələrə və 
istehsal növlərinə aid olan müəssisələr arasında baş verir. 
Beyn
əlxalq əmək bölgüsü hansı qrup müəssisələrdə 
mübadilə baş verməsindən asılı olaraq beynəlxalq əmək 
bölgüsünün müvafiq formaları - sahədaxili, sahəarası baş verir. 
Beyn
əlxalq aləmdə regionlararası əmək bölgüsü əvəzinə xalq 
t
əsərrüfatı forması əmələ gəlir ki, bu da bütövlükdə ölkələrarası 
əmək bölgüsünün vəziyyətini xarakterizə edir. 
Artıq qeyd edildiyi kimi, ümumi məhsul istehsalında 
ixracın xüsusi çəkisi ölkə resurslarının beynəlxalq əmək 
bölgüsündə iştirakı haqqında təsəvvür yaradır və bu ixrac kvotası 
adlanır. Tamamilə aydındır ki, kvota nə qədər yüksək olarsa bu 
57 


resursların beynəlxalq əmək bölgüsünə çox cəlb olduğunu 
göstərir. Bununla əlaqədar olaraq belə bir sual meydana çıxır ki, 
ümumi istehsalda ölkədə ixracın xüsusi çəkisi necə olmalıdır. 
İqtisadi inkişafın təhlili göstərir ki, bu ixrac kvotasının, hətta 
Ümumi Dünya Məhsulunun (ÜDM) istehsal həcmi ilə ölkə 
daxilind
ə istehlak olunan məhsullar arasındakı fərqə bərabər 
olmalıdır. Daxili istehlak nə qədər yüksək olarsa, ixrac kvotasının 
h
əcmi 50 və daha yüksək faizə çata bilər və bəzən ümumi 
istehsal h
əcminin 1 faizini təşkil edə bilər. 
Göründüyü kimi ümumi istehsal həcmində xaricə məhsul 
göndərməyin xüsusi çəkisi obyektiv hədd hesab olunur. Hər 
hansı bir ölkənin nə qədər məhsul istehsal etməsindən asılı 
olmayaraq xaric
ə məhsul göndərilməsinin xüsusi çəkisi ümumi 
m
əhsul istehsalının həcmi ilə həmin məhsulun ölkə daxilində 
istehlakı arasındakı fərqə bərabərdir. İxrac kvotasının səviyyəsini 
hansı amillər müəyyən edir? 
Bu amill
ərdən biri daxili bazarın həcmidir. İri dövlətlərdə 
(ölkələrdə) istehsalçılar üçün daxili bazarda xammal, materiallar 
v
ə işçi qüvvəsi tapmaq imkanları çoxdur və əhali istehlak malları 
tapmaqda çətinlik çəkmirlər. Yalnız çatmayan istehsal 
resurslarını və istehlak mallarını onlar kənardan alırlar, bunun 
əvəzində isə öz tələbatlarından artıq istehsal etdikləri məhsulları 
verirl
ər. Buradan aydındır ki, ÜDM-də ixracın xüsusi çəkisi inkişaf 
etmiş ölkələrdə kiçik ölkələrə nisbətən azdır. 
İxrac kvotasının həcmini müəyyən edən amillərdən biri 
ölkə əhalisinin sayı deyil, iqtisadi inkişaf səviyyəsini müəyyən 
ed
ən əhalinin hər nəfərinə düşən ÜDM-dir. 
İxrac kvotasının həcmi həmçinin ÜDM ilə müəyyən edilən 
ölkənin iqtisadi inkişafından asılıdır. İxrac kvotasının iqtisadi 
58 


inkişaf səviyyəsi bərabər olduqda ölkənin beynəlxalq əmək 
bölgüsündə iştirakı çoxdursa, həmin ölkənin ümumilikdə iqtisadi 
potensialı azdır. Belə ki, əhalinin hər nəfərinə düşən ÜDM 
istehsalına görə Belçika və Yaponiya eyni səviyyədədirlər. Lakin 
Yaponiyada ÜDM istehsalının ümumi həcmi Belçikanı 17 dəfə 
ötüb keçir, buna baxmayaraq Belçikada ixrac kvotası Yaponiyaya 
nisb
ətən 7-8 dəfə çoxdur. 
İxrac kvotası miqyasına ölkənin təbii resurslarla təmin 
edilm
əsi təsir göstərir. Məsələn, böyük neft ehtiyatlarına malik 
OPEK ölkələrində ixrac kvotası 50 faiz təşkil edir. Lakin bu amilin 
əhəmiyyətini mütləqləşdirmək lazım deyil. İş ondan ibarətdir ki, 
eyni inkişaf səviyyəsinə malik olan ölkələrdə təbli ehtiyatlarla 
t
əmin olunma deyil, onların olmaması beynəlxalq əmək 
bölgüsündə daha aktiv İştirakı stimullaşdırır. Belə ki, faydalı 
qazıntıları olmayan Yaponiya məcburi olaraq onları idxal etmiş və 
onu ixrac olunan mallar hesabına ödəməyə məcbur olmuşdur. O, 
ərazisinin və iqtisadi inkişaf səviyyəsinə görə bərabər olan 
Norveçə nisbətən beynəlxalq əmək bölgüsünə daha çox cəlb 
olunmuşdur. 
İxrac kvotasına təsir edən amillərdən biri milli 
İqtisadiyyatın sahə strukturudur. Artıq çoxdan belə bir 
qanunauyğunluq aşkar edilmişdir ki, ölkə iqtisadiyyatının 
strukturunda energetika, metallurgiya v
ə ağır sənayenin digər 
sah
ələri nə qədər yüksək xüsusi çəkiyə malik olurlarsa, onlar 
beyn
əlxalq əmək bölgüsünə bir o qədər az qoşulurlar. Əksinə, 
emaledici sah
ələr, hazır məmulatlar, detallar və texnoloji 
əməliyyatlar üzrə müxtəlif növ məhsulların ixtisaslaşmasını tələb 
edirl
ər. Məsələn, AFR və Fransa təbii ehtiyatlarına görə eyni 
qüvvəyə malikdirlər. Lakin Almaniyada maşınqayırmanın xüsusi 
çəkisi 38%, 
.59 


Fransada 33% t
əşkil edir. Ona görə də ixrac kvotasının səviyyəsi 
daha yüksəkdir. 
N
əhayət, ixrac kvotasının səviyyəsini müəyyən edərkən 
siyasi, sosial v
ə ictimai amillər müəyyən rol oynayır. Məsələn, 
Kubada ixrac edil
ən qəndə yüksək qiymət qoyulması və oraya 
göndərilən neft və xam mallara aşağı qiymət qoyulması SSRİ- yə 
6-
7 mlrd, dollara başa gəlirdi və onun ixrac kvotasının səviyyəsini 
aşağı salırdı. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin