MıiKKonejı K., Spıo C. 'J
KOHOMUKC
. M.. 1992. c. .196.
61
qeyri-
müntəzəm xarakter daşıyırdı, vahid milli bazar yox idi,
ictimai t
ələbat əsasən yerli məhsul istehsalı hesabına ödənilirdi.
Ayrı-ayrı ölkələr daxilində ictimai əmək bölgüsünün zəif
inkişafı, onlar arasında müntəzəm ticarət əlaqələrinin
yaranmasına mane olurdu. Xarici ticarət əhəmiyyətli dərəcədə
inkişaf etmişdi və bütövlükdə feodal cəmiyyətinin tələbatının
ödənilməsində mühüm əhəmiyyət kəsb etmirdi.
Bütün bunlarla yanaşı feodalizmdə də qədim dünya
kontinental daxili bazarı inkişaf edərək kontinentlərarası bazara
çevrildi. Qədim Çin yalnız Hindistan ilə deyil, ərəb ölkələri və
C
ənubi Afrika ilə ticarət edirdi. Venesiya və Kenuya Avropanın
feodal ölkələri ilə bərabər Misir və Yaxın Şərq ölkələri ilə ticarət
edirdi. Vasko da Qamanın səyahəti bu iki regional beynəlxalq
bazarları birləşdirirdi, Kolumbun Amerikanı kəşf etməsi, Maqel-
lanın isə dünya səyahəti bütün regional bazarları birləşdirirdi.
Dem
əli, dünya bazarı XIX əsrdə deyil, xeyli əvvəl yaranmışdır.
Əlbəttə onlar möhkəm miqyasları ilə böyük deyildir. Lakin buna
baxmayaraq, onlar f
əaliyyət göstərirdilər. Xarici bazarlara əsasən
feodallar v
ə sənətkarlar mal göndərirdilər. Ona görə də,
feodalizm dövründə formalaşan əmtəə bazan öz sosial-iqtisadi
m
əzmununa görə sənətkar feodal bazarı idi.
Bir-birind
ən aralı yerləşən mülkiyyətçilərin istehsal
etdikl
əri məhsulların mübadilə üsulları feodalizm erasının
sonunda kapitalist müəssisələrinin yerləşməsi, sənayenin
əkinçilikdən ayrılması, müxtəlif rayonlarda kənd təsərrüfatının
İxtisaslaşması, sənayenin daha çox istehsal sahələrinə
parçalanmasının təsiri altında inkişaf edirdi.
62
Kapitalist
əmtəə istehsalının inkişafı sənayenin və kənd
t
əsərrüfatının hər bir sahəsi tədricən bir-biri üçün bazar olurdu.
İstehsalın ixtisaslaşması və dlfferensasiyası öz-özlüyündə ictimai
əmək bölgüsünün dərinləşməsi və genişlənməsidir. Əmək
bölgüsü dərinləşdikcə əmtəə istehsalı çoxalır, əmtəələrin
mübadilə dairəsi genişlənir, milli bazar əmələ gəlir. Kapitalist
istehsalının
ixtisaslaşması
prosesi
ayrı-ayrı
ölkələrin
s
ərhədlərindən kənara çıxdıqda, beynəlxalq əmtəə mübadiləsi ilə
t
amamlanır və bu əsasda yeni dünya bazarı İnkişaf edir.
Bel
əliklə, dünya bazarı bir-biri ilə əmtəə mübadiləsilə əlaqədar
olan ayrı-ayrı ölkələrin beynəlxalq istehsal ixtisaslaşmasına
əsaslanır və geniş təkrar İstehsal prosesini təmin etmək üçün bir
ölkədə istehsal olunan məhsulları digər ölkələrlə mübadilə
edirl
ər. Dünya bazarında əmtəələr mübadiləsi geniş təkrar
istehsal prosesini t
əmin edən prosesdir. Ona görə də, ayrı-ayrı
ölkələrin əmtəə istehsalçılarının əlaqələri əmtəələr vasitəsilə
h
əyata keçirilir, İstehsal miqyası artdıqca genişlənir.
Qeyd etm
ək lazımdır ki, lazımdır ki, vahid milli bazarların
v
ə dünya kontlnentlərarası bazarların formalaşmasına iri
kapitalist s
ənayesi təsir göstərdi. XVIII əsrin axırlarında İngiltərə,
XIX
əsr ərzində isə Avropanın və Amerikanın digər ölkələrində
s
ənaye sürətlə İnkişaf etməyə başladı. Bu milli bazarların
formalaşmasını sürətləndirdi və dünya kapitalist bazarının
formalaşmasına səbəb oldu. İri sənayenin bu yaradıcı rolunu
aşağıdakı amillər şərtləşdirmişdir:
I. Kapitali
st istehsalının yüksək mənfəət norması almağa
c
əhd göstərməsi. Bunun arxasınca qaçan sahibkarlar mənfəətin
mövcud səviyyəsi ilə razılaşmır, öz məhsullarını ölkəsindən
k
ənarda reallaşdırmaq üçün optimal şərait axtarırlar. Heç təsa
63
düfi deyildir ki, XIX əsr dünyanın iri sənaye ölkələri arasında
siyasi c
əhətdən bölgü əsri oldu. Bu ölkələrin hökumətləri siyasi
maraqlarından əlavə, öz sahibkarları üçün yüksək gəlirli bazarları
da t
əmin etdilər. Bu yolla da ölkələrarası iqtisadi əlaqələr
genişləndi;
II. S
ənətkarlıqdan və manufakturadan fərqli olaraq, iri
s
ənaye satış üçün külli miqdarda məhsul istehsal edir. Külli
miqdar m
ənfəət əldə etmək üçün sahibkarlar öz məhsullarını
yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdə də satmağa can
atırlar. Bu da həmçinin xarici ticarətin genişlənməsinə səbəb olur;
III. M
ənfəət dalınca qaçmaq ölkə daxilində müəssisələr
arasında kəskin mübarizə şəraitində keçir. Yüksək mənfəət əldə
etm
ək məqsədilə ayrı-ayrı sahələr onlar üçün bazar olan digər
milli sah
ələrin tələbatından çox məhsul istehsal edirlər. Müxtəlif
milli sah
ələrin inkişafında olan bu qeyri-bərabərlik daxili bazara
t
əsir edir. Texnoloji cəhətdən əlaqəli olan sahələr öz məhsullarını
xarici bazarda reallaşdırmağa çalışırlar.
IV.
İri maşınlı sənaye bazasında kütləvi məhsullar
istehsalı xammallara kütləvi tələbat yaradır. Sənayenin inkişafı
prosesind
ə əsas xammal göndərənlər inkişaf etmiş ölkələrdən
asılı ölkələrdir və onlar məcburi olaraq iqtisadi və qeyri-iqtisadi
metodlarla
iqtisadiyyatı
xammal
istiqamətində
i
xtisaslaşdırmışlar.,Göründüyü kimi, iri maşınlı sənaye yarandığı
andan etibar
ən müxtəlif ölkələrin, onların məhsullarının alıcısı
kimi deyil, eyni zamanda öz xammal məhsullarının satıcısı kimi
dünya bazarına meyl edirlər.
Dünya bazarı tam inkişafına yalnız ka’pitalist istehsalı və
geniş beynəlxalq əmək bölgüsü şəraitində çata bilər. Yalnız ka-
64
pitalist istehsal üsulu şəraitində dünya bazarı tam inkişaf etmiş
iqtisadi kateqoriya olur, beyn
əlxalq əmtəə dövriyyəsinin geniş və
h
ərtərəfli inkişafı dünya bazarında daim və kütləvi məhsul
istehsalı üçün şərait yaradır, bu isə beynəlxalq nəqliyyat və rabitə
vasit
ələrinin geniş şəbəkəsinin yaradılmasını tələb edir.
Dünya bazarı milli bazarların inkişafı nəticəsində
yaranmasına baxmayaraq, onlar arasında bəzi fərqləndirici
xüsusiyyətlər vardır. Ölkə daxilində və tədavüldə iştirak edənlər
dünya bazarına çıxmırlar. Milli bazarlarda əlaqələrin hərəkətini
iqtisadi amill
ər, müəssisələrarası iqtisadi əlaqələr şərtləndirirlər.
Dünya bazarına dövlətin xarici iqtisadi siyasəti böyük təsir
göstərir. Məsələn, xarici dövlətlərin mallarına dövlət yüksək
baryer qoyur, vilay
ətlər, kəndlər, şəhərlər arasında milli malların
h
ərəkətində isə belə baryerlər yoxdur. Nəhayət, dünya bazarında
dünya qiyməti fəaliyyət göstərir.
Dünya kapitalist bazarı öz inkişafında üç mərhələni keçir
v
ə kapitalist istehsal üsulunun inkişafı ilə müəyyən edilir;
1)
kapitalist istehsal üsulunun hazırlıq mərhələsi
(manufaktura dövrü);
2)
ayrı-ayrı müəssisələrin, maşınlı istehsal mərhələsi;
3)
kapitalizmin korporativ inkişaf mərhələsi.
Dünya kapitalist bazarının inkişafının hər bir mərhələsinin
xüsusiyyətləri vardır. Kapitalist istehsal üsulunun hazırlıq
m
ərhələsində dünya bazarı inkişaf etməmişdir. Bu mərhələdə
xarici ticar
ətdə əmtəələrin tədavülü prosesində vasitəçi rolu
oynayan ticar
ət kapitalı əsas rol oynayırdı. Məhsullar əsasən kiçik
əmtəə istehsalçıları və kapitalist manufakturası tərəfindən
istehsal olunurdu. Dünya bazarının 2-ci mərhələsi XVIII əsrin
axırında İngiltərədə olan sənaye çevrilişi dövrünü və XIX əsrin
65
70-ci ill
ərinin axırına qədər olan dövrü əhatə edir. Bu zaman
dünya kapitalist ticarəti tamamilə inkişaf etmişdir. İri maşınlı
s
ənayenin qələbəsi və iri sənaye və ticarət sistemləri artıq
meydana
g
əlmişdir.
Dünya
bazarı
özünün
başlanğıc
v
əziyyətindən çıxır və kapitalizm kateqoriyası kimi meydana gəlir.
Dünya bazarlarında sənaye kapitalı həlledici rol oynayır
v
ə ticarət kapitalını özünə tabe edir. Beynəlxalq əmtəə
mübadiləsinin əsasını İngiltərədən iri kapitalist sənayesi
m
əhsullarının ixracı və həmin ölkəyə xammal və ərzaq
m
əhsullarının idxalı təşkil edirdi. XIX əsrin 60-70-ci illərində
dünya bazarını müəyyən edən əsas əlamət inkişaf etmiş kapitalist
ölkələrinin, hər şeydən əvvəl öz inkişaf səviyyələrinə görə
İngiltərəni ötüb keçən ABŞ və Almaniyanın təsərrüfat həyatında
s
ənaye kapitalının əsas rolunu qəti möhkəmlətmək idi.
Kapitalizmin korporativ m
ərhələsi XIX əsrin 80-ci
ill
ərindən bu günə qədər olan dövrü əhatə edir. Bu dövr ayrı-ayrı
müəssisələrin kapitalizmin hakim korporasiyalarının müxtəlif
formalarına keçidilə xarakterizə olunur. Bu mərhələdə vahid
kapitalist t
əsərrüfat sisteminin formalaşması və maliyyə
kapitalının hakim olması əsasında hərtərəfli dünya bazarının
formalaşması başa çatır.
Müasir dünya bazarı, onun fəaliyyətinin xüsusiyyətlərini
açan bəzi əlamətlərə malikdir. Əsas xarakterik əlamət
kapitalizmin
əmtəə təbiəti ilə əlaqədardır. Bu onunla izah edilir ki,
ayrı-ayrı ölkələr arasında İqtisadi əlaqələr sərfəlilik, mənfəətlik
əsasında həyata keçir. Dünya kapitalist bazarı İsə sənaye
c
əhətdən inkişaf etmiş iri kapitalist ölkələrinin iqtisadi cəhətdən
gerid
ə qalmış ölkələri istismar etməsi nəticəsində müəssisələrin
m
ənfəət normalarının artmasında mühüm rol oynayır.
66
Dünya kapitalist bazarının ikinci mühüm əlaməti istehsal
v
ə rəqabətdə özbaşınalığın olmasıdır. Əgər hər bir müəssisədə
istehsal planauyğun həyata keçirsə, kapitalizm aləmi miqyasında
v
ə bütün dünyada bu proses nizamsız keçir. İqtisadiyyatın
ayrı-ayrı sahələri arasında istehsal vasitələrinin bölüşdürülməsi
kort
əbii baş verir. Əmtəə istehsalçısı kapitalı elə fəaliyyət
dövriyyəsinə qoymaq istəyir ki, mənfəət norması yüksək olsun.
İstehsal vasitələrinin ayrı-ayrılıqda və bütövlükdə dünyada
özbaşına
bölüşdürülməsi,
ayrı-ayrı
sferalar
arasında
disproporsiya yaradır. Ayrı-ayrı İstehsal sferalarında müvazinət
yaradılmasına cəhd göstərilməsinə baxmayaraq, hər bir
İstehsalçı elə istehsal dəyəri yaratmalıdır və elə məhsul istehsal
etm
əlidir ki, ictimai tələbatı ödəyə bilsin. Buna baxmayaraq,
iqtisadiyyatın müxtəlif sektorlarına bu meyl müvazinətin daimi
pozulmasına qarşı reaksiya kimi yaranır. Dünya kapitalist
bazarında kooperasiya və onun qeyri-sabit xarakteri kapitalist
istehsalını daim genişləndirir. Nəticədə proses daha da güclənir.
Dünya kapitalist bazarına ayrı-ayrı ölkələr arasında
r
əqabət mübarizəsi xasdır. Hal-hazırda bu rəqabət ABŞ,
Yaponiya, Avropa Şurasının digər ölkələri arasında gedir. İndi
korporativ kapitalizm dövründə dünya kapitalist bazarında
praktiki
olaraq elmi texnoloji kompleks (ETK) hökmranlıq edir.
Milli hökumətlər bu blok tərəflərindən himayə edilən beynəlxalq
iqtisadi
əməkdaşlığın bilavasitə iştirakçıları dünyanın iqtisadi
c
əhətdən bölünməsini həyata keçirirlər, dünyanın müxtəlif
bazarlarında əmtəələrin satılması və onların qiyməti haqqında
danışıqlar aparılır. Müasir dünya bazarının mühüm əlaməti
ondan ibar
ətdir ki, xarici ticarət sisteminə müxtəlif inkişaf
m
ərhələsində olan ölkələr cəlb edilmişlər. Beynəlxalq əmək
bölgüsündə
67
inkişaf etmiş kapitalist ölkələrilə yanaşı, inkişaf etməkdə olan
ölkələr, o cümlədən kapitalist istehsalı üsulundan qabaqcıl
istehsal üsuluna xas olan ölkələr də iştirak edirlər. Bunu hər
şeydən əvvəl, müxtəlif ölkə və regionlarda kapitalizmin müxtəlif
vaxtlarda
əmələ gəlməsi və onun inkişaf tempinin qeyri- bərabər
olması şərtləndirmişdir.
XX
əsr dünya kapitalist bazarı bir neçə dərin böhran
keçirmişdir. Bunlardan birincisi 1914-1918-ci illərdə baş vermiş
dünya müharibəsi ilə əlaqədar idi və dünya təsərrüfatı inkişafına
mühüm təsir göstərdi. Müharibə uzun müddət beynəlxalq əmtəə
mübadiləsini pozdu. Yalnız 1924-cü ildə dünya kapitalist
bazarında əmtəə dövriyyəsinin fiziki həcmi müharibədən əvvəlki
s
əviyyəyə çatdı. Bunu əlavə etmək lazımdır ki. Böyük Oktyabr
çevrilişindən sonra Rusiyada xarici ticarət dövriyyəsinin həcmi
ölkənin xarici iqtisadi əlaqələrini idarə etmək üçün fövqəladə
t
ədbirlər həyata keçirildiyindən xeyli məhdudlaşdı. Bu aksiya
n
əticəsində mühüm kapitalist dövlətləri tərəfindən Rusiya
iqtisadiyyatının inkişafına yönəldilən investisiyalar kəsildi,
m
əhsulların idxalı və ixracı üzərində ağır şərtlər qoyuldu. Dünya
kapitalist bazarında sonrakı dərin böhran ikinci dünya müharibəsi
qurtardıqdan sonra başladı, və o beynəlxalq iqtisadi münasibətlər
sisteminin bütün strukturunu əsaslı surətdə sarsıtdı.
Lakin 1945-ci ild
ən sonra beynəlxalq əmtəə mübadiləsi
Birinci Dünya müharibəsinə nisbətən tez həyata keçdi. Nəhayət,
müharibədən sonra dünya kapitalist bazarı kapitalizmin
müstəmləkəçilik sisteminin dağılması ilə əlaqədar yeni
çətinliklərlə qarşılaşdı. Milli azadlıq hərəkatı nəticəsində Asiya və
Afrika ölkələri müstəqillik əldə etdilər, bu da sənaye cəhətdən inki
68
şaf etmiş ölkələrin bazarlarını və iqtisadi hökmranlıqlarını ləğv
etdi v
ə inkişaf etmiş ölkələr həmin ölkələrdə öz məhsullarını
satmaqda v
ə kapital ixracında çətinlik çəkdilər.
Göstərmək lazımdır ki, bütün bu böhranlar son anlarda
aradan qaldırıldı. Bütövlükdə müharibədən sonrakı dövrün
f
ərqləndirici əlaməti beynəlxalq ticarətin inkişaf tempinin
əhəmiyyətli dərəcədə güclənməsi idi. Bu kapitalizmin bütün
dövrlərinə nisbətən özünün ən yüksək inkişaf mərhələsinə daxil
olması idi. Bu dövr ərzində ölkələrdən məhsul ixracının
sürətlənməsi müşahidə olunurdu. Belə ki, onun orta illik inkişaf
tempi 50-ci ill
ərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1975-ci illərdə isə
9,4% t
əşkil edirdi. Hətta 70-ci illərdə kəskin iqtisadi böhran vaxtı
kapitalizmin xarici iqtisadi f
əaliyyəti bütövlükdə kapitalizm
t
əsərrüfatına nisbətən müvəffəqiyyətlə inkişaf edirdi.
Müasir
dünya
bazarının
mühüm
fərqləndirici
əlamətlərindən biri ondan ibarətdir ki, sənaye cəhətdən inkişaf
etmiş dövlətlər milli bazarları qorumaq və öz məhsullarının
ixracını ço- xaltmaq üçün keçirilən tədbirlərdə daha məsuliyyətlə
iştirak edirlər. Burada söhbət proteksionizm siyasətindən gedir ki,
bu da manufaktura dövründə və iri maşınlı sənayenin ilkin
m
ərhələləri üçün xarakterik idi. İndi alış balanslaşdırılmadan
aparıldığından bir çox ölkələr yenidən proteksionizm siyasəti ilə
üzləşirlər.
Dünya kapitalizm bazarında gedən iri dəyişiklik yalnız
İkinci Dünya müharibəsinin nəticələri ilə deyil, beynəlxalq iqtisadi
münasibətlərin inkişaf xüsusiyyətləri ilə əlaqədardır. XX əsrin
ikinci yarısında sənaye cəhətdən inkişaf etmiş ölkələrin regional
iqtisadi blokları yaranır. EC (EC - European Commu- nity -
Avropa Birliyi), EACT (EACT - ingilisc
ə EFTA - European Free
Trade Assocition - Avropa Azad Ticar
ət Assosiasi
69
yası) son zamanlarda azad ticarətin Şimali Amerika zonası
(NAFTA - North American Free Trade Aqreement - S
ərbəst
ticar
ət haqqında Şimali Amerika Müqaviləsi), inkişaf etməkdə
olan ölkələr özlərinin iqtisadi birliklərini yaradırlar. Məsələn,
1975-ci ild
ə Latın Amerikası iqtisadi sistemi ölkələrinin regional
iqtisadi t
əşkilatı yaranır. Bu təşkilatın Latın Amerikası və Karib
d
ənizi ölkələri də daxil olmaqla 25 üzvü vardır, 1967-ci ildə
qarşılıqlı iqtisadi və sosial əlaqələr yaratmaq məqsədi ilə
C
ənubi-Şərqi Asiya dövlətlərinin ACEAH assosiasiyası yaranır.
Bruney, İndoneziya, Malaziya, Sinqapur və Filippin onun
üzvləridir. Dünyanın digər regionlarında da inteqrasiya prosesi
yaranır. İnteqrasiya qrupları arasında bütün ticarət iqtisadi
mane
ələr tədricən ləğv olunur, lakin üçüncü ölkələr üçün gömrük
ödənişləri və digər maneələr güclənir. Bu tədbirlər dünya
kapitalist bazarının inhisarlaşmasının yeni növüdür. Belə
blokların iqtisadi əsasları dünya təsərrüfatının müxtəlif
sektorlarında obyektiv olaraq səmərəliliyin yüksəlməsinə təminat
verir.
M
əhz
bu
meylin
n
əticəsində
is
ə
istehsalın
beyn
əlmiləlləşməsi daha da gücləndi.
Dünya bazarında rəqabət mübarizəsi kəskinləşmiş, onun
yeni metodları meydana gəlmişdir. Dünya aləmində elmi- texniki
inqilab r
əqabət mübarizəsinin yeni spesifik forması kimi çıxış edir.
Son ill
ərdə korporativ kapital rəqabət mübarizəsi qiymət
sferasından məlumat və hazır məhsulların yeniliyi, texniki
s
əviyyəsi, keyfiyyəti, onun hazırlanmasının, texniki xidmətinin
t
əkmilləşdirilməsi və əmtəə tədavülü şəbəkələrinin inkişafı və
yaxşılaşdırılmasına keçir. Xarici bazarda elmi-texniki kəşflər
korporasiyalar üçün mühüm amillərdən biridir. Belə ki, müasir
bazarlarda o sahibkar q
ələbə qazanır ki, dünya bazarına yeni,
70
müasir tələblərə cavab verən məhsul çıxarmaqla yanaşı, texniki
xarakterli yeni, daha kompleks xidm
ətlər təklif edir. Ona görə də,
dünya bazarının müasir şəraitdə yenilik və məhsulların təkmil
olması amilləri qiymət amilini qabaqlayır və başlıca rol oynayır.
Bundan başqa, dünya bazarında ayrı-ayrı məhsulların
r
əqabət qabiliyyətinə əsaslı təsir göstərən yeni meyllər əmələ
g
əlmişdir. Söhbət enerji böhranı vaxtı bir çox maşın növlərinin
adaptasiyasından (uyğunlaşmasından), həmçinin onların ətraf
mühitin qorunması tədbirlərinə uyğun olmasından gedir.
M
əhsulların keyfiyyətinin yaxşılaşması ilə yanaşı tədarük
sistemi d
ə təkmilləşir. İri beynəlxalq korporasiyaların öz
m
əhsulları xarici filiallar və onların nəzarətində olan müəssisələr
t
ərəfindən satılır.
İxrac olunan məhsulların əhəmiyyətli formalarından biri
yerli firma - agentl
ərdən (ingiliscə «agent» - geniş mənada başqa
şəxsin yerinə, onun nəzarəti altında işləyən şəxsdir: dar mənada
sövdələşmənin bağlanması və sair işlərin görülməsi üçün muzdla
tutulmuş səlahiyyətli şəxsdir) istifadə edilmişdir. Belə vasitəçilərin
t
ətbiq edilməsi iri investisiya tələb etmir, müvafiq ölkələrdə
özlərinin satış şəbəkələrini yaratmaqla firmaların maddi-texniki
bazarlarından istifadə edirlər.
Son 10-20 il
ərzində bir neçə korporasiyalar tərəfindən
ixrac sertifikatları və konsorsiumları geniş yayılmışdır. Bu
praktika İngiltərə və Fransada daha çox təzahür edir.
İri sənaye birlikləri tədarük şəbəkələrindən qarşılıqlı
sur
ətdə istifadə etməklə öz məhsullarını reallaşdırırlar. Birinci
növbədə bu rəqabət qabiliyyəti olmayan məhsulların satışı vaxtı
t
ətbiq olunur. Belə müqavilə növü İtaliyanın avtomobil firması
7
I
«Fiat» və Fransanın «Sitroen» firması arasında bağlanmışdır.
Korporasiyalar bazar problemini h
əll etmək üçün yeni iş
formasından istifadə edirlər. O, marketinq adlanır və onun
mahiyy
əti ondan ibarətdir ki, kompaniyalar uzun və qısa müddətli
irrıkan- larını, yeni maşın növlərini işləyib hazırlayır, bazarı
Öyrənir və onun inkişafının uzunmüddətli proqnozunu tərtib
edirl
ər. İri kompaniyalar və onların birlikləri və marketinq bazarda
istehsalın inkişaf tempinə və bazarda tələbatın xarakter və
tempin
ə təsir göstərməyə cəhd edirlər.
İri istehsalçılar və istehlakçılar arasında idxal-ixrac
əməliyyatları ilə yanaşı dünya bazarında son 20 il ərzində
m
əhsulların auksionda (latınca «auctio» - «böyümə», «artma»
dem
əkdir), birjalarda (ingiliscə excling - müntəzəm və təşkilati
bazar forması olub, maliyyə və ticarət sövdələşmələrinin
bağlanması üçün nəzərdə tutulan təşkilatdır) və ticarət
m
ərkəzlərində satış və alışı geniş yayılmışdır.
Beyn
əlxalq auksion (hərrac) - bu ayrı-ayrı partiya
m
əhsullarının satışı üsuludur ki, onları növbə ilə satılmaq,
baxmaq üçün nümayiş etdirirlər və iştirakçılar arasında ən yüksək
qiym
ət qoyan alıcılar tərəfindən alınmış hesab olunur. Beynəlxalq
auksionlarda x
əz, yun, tütün, çay, antikvar (əntiq) əşyaları, cins
atlar v
ə s. satılır. Salonda olan alıcılara qiymətlər təklif edilir.
Bir sıra beynəlxalq auksionlarda auksionist ən yüksək
qiym
ət elan edir. Alıcılardan heç biri elan edilən qiyməti
verm
ədikdə, qiyməti aşağı salırlar. Moskva, London, Nyu-York,
Monreal, Amsterdam, K
əlküttə və Kolumboda beynəlxalq
auksionlar keçirilir.
Birja -
topdansatış, o cümlədən beynəlxalq sabit və dəqiq
keyfiyy
ət parametrləri olan kütləvi məhsullar ticarəti (əmtəə
72
birjası) və ya qiymətli kağızlar, qızıl, valyuta (fond birjası)
sistematik alış-satış əməliyyatlarıdır.
Əmtəə birjası - beynəlxalq əmtəə bazarında daha çox
xammal v
ə kənd təsərrüfatı mallarının (taxıl, qənd, kakao, qəhvə,
kauçuk, əlvan metallar, pambıq və s.) kütləvi alqı-satqısıdır.
Əmtəə birjasında əvvəlcədən müəyyən edilmiş qiymətlərlə
müəyyən partiya mal nümunə və standartlara əvvəlcədən
baxılmadan realizə olunur. Sazişi imzalama anına qədər əmtəə
birjası faktiki əmtəə təklif etmir, əmtəələrin xüsusiyyətlərindən,
h
əmçinin onun istehsalının mövsümiliyindən asılı olaraq 8 aydan
14 aya q
ədər imzalanır. Belə ki, Nyu-York pambıq birjasında
pambığın alqı-satqısına digər müqavilə məhsulu dekabrda
görünmək şərti ilə iyunda bağlanır.
Müasir dövrdə beynəlxalq birja ticarətinin inkişafı
ziddiyy
ətli
xarakter
daşıyır.
Bir
tərəfdən
Elmi-Texniki
Kompleksinin rolunun
əhəmiyyətli dərəcədə artması ilə əlaqədar
olaraq,
əmtəə birjalarının əhəmiyyəti beynəlxalq ticarət mərkəzi
kimi azalır, digər tərəfdən, ticarət birjasının predmeti yeni qrup
əmtəələr; ağac materialları, iplik, ət və ət məhsulları, yun, digər
ya-
rımfabrikat növləri, hətta hazır məhsullar olur.
O ki, qaldı ticarətin mövqeyinə, onlar ticarətin elə
formasını təşkil edirlər ki, onda maşın nəqliyyat və avadanlıq
alıcısı ya onları almaq, ya da onların tikintisi üçün firmaları dəvət
edirl
ər. Müəyyən vaxt ərzində istəyənlər öz məhsulunu və ya
göstərilən vaxt ərzində öz təkliflərini edir və alıcı onlardan ən
əlverişlisini seçir.
Ticar
ət növlərinin fəaliyyət göstərməsi və onların geniş
yayılması onunla əlaqədardır ki, onlar ticarət forması kimi inkişaf
etm
əkdə olan ölkələr tərəfindən tez-tez tətbiq olunur.
73
Dünya bazarında təşkil olunan ticarət növlərinin 80%-i inkişaf
et
miş ölkələrin payına düşür. Bu dövlətlər o ticarət növünə
üstünlük verirlər ki, alışın bu forması onlara sərfəli qiymətlərlə
m
əhsullar seçməyə İmkan verir.
Bel
əliklə, aydın olur ki, dünya bazarında rəqabətin
k
əskinləşməsi, əmtəələrin texniki-iqtisadi göstəricilərinə tələbatın
artması, kapitalist firmalarını məcbur edir ki, istehsalın və
t
ədavülün forma və metodlarını daha da təkmilləşdirsinlər, xarici
quraşdırma müəssisələri təşkil etsinlər, xaricdə öz müəyssisə-
l
ərini və ya müştərək müəssisələr yaratsınlar. Son illərdə bu
istiqam
ətdə Yapon və Qərbi Avropa müəssisələri fəallıq
göstərirlər.
74
|