M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   47   48   49   50   51   52   53   54   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

'' Xarici ticar
ət, 1997-2001-ci illər. Statistika məcmuə. Bakı, 2002-ci 
il. 
192 


Diaqram 4 
Az
ərbaycan Respublikasının idxai-ixrac əməliyyatlarında 
2002-ci il 
ərzində uzaq xarici ölkələrin və MDB ölkələrinin 
xüsusi çəkisi (faizlə) 
□ Uzaq xarici ölkələr 
□ MDB ölkələri 
193 


1995- 2002-ci ill
ər ərzində xarici ticarət fəaliyyətilə məşğul 
olan şəxslərin və ticarət tərəfdaşlan olan ölkələrin sayı 
İllər
Şəxslər
Ölkələr
c
əmi
o cümlədən
hüquqi
fiziki
1995
5250 
4876 
374 
67 
1996
7286 
4474 
1812 
75 
1997
8278 
4211 
4067 
84 
'1998
12572 
4488 
8084 
109 
1999
9896 
3299 
6667 
128 
2000
7466 
2789 
4677 
123 
2001
6025 
2609 
3416 
124 
2002
6055 
2589 
3466 
129 
194 


IV FƏSİL 
AZƏRBAYCANIN XARİCİ İQTİSADİ 
ƏLAQƏLƏRİNİN MÜASİR VƏZİYYƏTİ VƏ ONUN 
SƏMƏRƏLİLİYİ 
4.1. XARİCİ TİCARƏT-İQTİSADİ ƏLAQƏLƏRİ VƏ ONUN 
İQTİSADİ SƏMƏRƏLİLİYİ 
Az
ərbaycan Respublikasının xarici ticarət-iqtlsadi 
əlaqələrini şərti olaraq iki mərhələyə bölmək olar: 
1) 
Müstəqillik elan olunanadək SSRİ-nin tərkibində olan 
Az
ərbaycanın ticarət-iqtisadi əlaqələri. 
2) 
Müstəqil Azərbaycan Respublikasının ticarət-iqtisadi 
əlaqələri. 
Birinci m
ərhələdə Azərbaycanın ticarət-iqtisadi 
əlaqələrinə iki aspektdən yanaşmaq lazımdır: 
l
Az
ərbaycan ittifaq respublikaları ilə qarşılıqlı surətdə geniş 
ticar
ət-iqtisadi əlaqələrə malik idi. Lakin bu əlaqələr itti- faqdaxili 
(dövlətdaxili) əlaqələr səciyyəsini daşıyırdı, onlar ayrı- ayrı ittifaq 
respublikalarının iqtisadi mənafeyindən daha çox vahid xalq 
t
əsərrüfatı kompleksinin tələbləri baxımından qiymətləndirilirdi. 
Ona görə də, bu tipli iqtisadi-ticarət əlaqələrinə xarici ticarət 
n
əzəriyyəsinin müddəalarını tam reallaşdıran əlaqələr kimi 
baxmaq mümkün deyildir; 
2. 
Bu dövrdə müttəfiq respublikaların, o cümlədən 
Az
ərbaycanın uzaq xaricdə olan iqtisadi əlaqələrini inkar etmək 
ol 
195 


maz. Bu zaman Az
ərbaycanın sənaye məhsullarının bir hissəsi 
xarici ölkələrə göndərilirdi. Lakin bu əlaqələrdə Azərbaycan 
iqtisadi maraqlarını reallaşdıran dövlət (subyekt) kimi iştirak 
etmirdi, müstəqil tərəf kimi öz iddia və tələblərini həyata keçirə 
bilmirdi v
ə əslində belə bir mexanizmə malik deyildi. SSRİ 
dövründə xarici ticarət dövlətin inhisarında idi. Bu işi yalnız ittifaq 
orqanlarının xarici iqtisadi əlaqələr strukturları həyata keçirirdi. 
Respublikaların idarəetmə orqanlarının bu işdə məhdud 
s
əlahiyyətləri tam formal xarakter daşıyırdı. Şübhəsiz, sərbəst 
ixrac-
idxal balansı, hesablaşmalar aparan müstəqil Beynəlxalq 
valyuta bankı, milli valyutası, idarəetmə strukturları və s. 
atributları olmayan respublikada müstəqil, xarici ticarət siyasəti 
h
əyata keçirmək mümkün deyildi. 
Lakin bundan asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı 
t
əcrid olunmuş şəkildə deyil, geniş ticarət-iqtisadi əlaqələri ilə 
f
əaliyyət göstərmişdir.y 
İttifaqın dağıldığı son ildə (1991-ci il) ölkənin milli gəlirinin 
1,6%-i 
Az
ərbaycan Respublikasının payına düşmüşdü. 
Az
ərbaycanın əhalisi ölkə əhalisinin 2,3%-ni, ərazjsi isə ölkə 
ərazisinin 0,4%-ni təşkil edirdi. İttifaqa neft və qaz hasilatı üçün 
t
ələb edilən avadanlığın 70%-indən çoxu, istehisal olunan məişət 
kondisionerl
ərinin hamısı, xam ipəyin 15%-i, yunun 24%-i, xam 
pambığın 7%-i, pambıq mahlıcının 9,4%-i, meyvə-tərəvəz 
konservl
ərinin 4,5%-i, üzümün 29%-i, yaşıl çay yarpağının 
4.6%-i, meyv
ə və giləmeyvənin 10-11%-i respublikamızın payına 
düşürdü. 
Bu dövrdə respublikadan kənara 6,7 mlrd.rublluq məhsul 
göndərilmiş, 4,2 mlrd.rublluq məhsullar isə gətirilmişdi. 
Respublikaya idxal olunan m
əhsulların tərkibində yüngül sənaye 
m
əhsulları 2,4%, yeyinti sənaye məhsulları 23,4%, yana 
196 


caq-energetika s
ənaye məhsulları 18,4%, kimya və neft-kimya 
m
əhsulları 9,8%, maşınqayırma və boru prokatı məhsulları 15% 
t
əşkil edirdi. 
Respublikada istehsal olunan qara metal m
əhsullannm 
80%-i, kimya v
ə neft-kimya sənaye məhsullarının 64%-i, 
maşınqayırma məhsulları və yanacağın 30%-i, yüngül sənaye 
m
əhsullarının təxminən 65%-i respublikadan kənara aparılırdı. 
Respublikaya 
g
ətirilən 
m
əhsulların 
strukturunda 
maşınqayırma və metal emalı məhsulları - 29,1%, yüngül və 
yeyinti s
ənaye məhsulları 33% təşkil edirdi, qara metallurgiya 
m
əhsullarına tələbatın 90%-i, əlvan metallurgiyaya tələbatın 
41%-i respublikaya k
ənardan gətirilən məhsullar hesabına 
ödənilirdi. 
K
ənd təsərrüfatı və yeyinti sənyaesində ixrac idxaldan 
3,0-3,6 d
əfə çox idi. İxracın 90%-i bitkiçilik məhsulları (pambıq, 
üzüm, tütün və s.) təşkil edirdi. Taxıla tələbatın 30%-i, ət və ət 
m
əhsullarına tələbatın 43%-i, südə tələbatın 43,7%-i, kartofa 
t
ələbatın 32,3%-i, balıq və balıq məhsullarına tələbatın 7,8%-i 
daxili imkanlar hesabına ödənilirdi. 
Respublikanın o dövrü üçün iqtisadi-ticarət əlaqələrini bir 
m
ənalı qiymətləndirmək olmaz. Bu əlaqələr müsbət və mənfi 
c
əhətlərə malikdir. Belə ki, iqtisadi-ticarət əlaqələri dünya 
bazarının 
tələblərinə 
uyğun 
istehsal 
strukturunu 
formalaşdırmağa şərait yaratmır və təsir etmirdi. Nəticədə 
respublika 
iqtisadiyyatının 
strukturu 
dünya 
bazarının 
t
ələblərindən geri qalırdı. 
1992-1993-
cü illərdə Azərbaycanın xarici iqtisadi 
əlaqələrinə kəmiyyət və keyfiyyət baxımından müəyyən 
d
əyişikliklər baş vermişdir. Bu zaman həm keçmiş ittifaq 
respublikaları ilə, həm də başqa xarici ölkələrlə iqtisadi əlaqələr 
inkişaf edirdi. Azərbaycanın ittifaq respublikaları ilə ticarət 
əlaqələrində əv 
197 


v
əlki dövrün təsiri hiss olunurdu. Respublikada keçən dövr 
ərzində yaradılmış sənaye potensialı onun bu ölkələrlə iqtisadi 
əməkdaşlığı üçün baza rolunu oynayırdı. Məsələn, 1992-ci ildə 
Az
ərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət 
dövriyyəsi ixrac üzrə 102,2 mlrd.rubl, idxal üzrə 85,0 mlrd.rubl 
t
əşkil etmişdir. Xarici ticarət dövriyyəsində əsas yeri Rusiya 
tutmuşdur. İdxalın 41,8%-i, ixracın 47,6%-i onun payına 
düşmüşdür. İkinci yeri isə Ukrayna tuturdu. İdxalın 35,3%-i, 
ixracın 18,7%-i onun payına düşürdü. 
Bu dövrdə idxalın strukturu köhnə iqtisadi əlaqələrin 
n
əticəsi olmaqla və əsasən aşağıdakı məhsullardan ibarət idi: 
metal, xam neft, ağac materialları, xəz, istehsal-texniki təyinatlı 
maşın və mexanizmlər və ərzaq məhsulları. 
Az
ərbaycandan ixrac olunan məhsullara isə neft, kimya 
s
ənayesi məhsulları, spirtli içkilər, metallurgiya məmulatı, cihaz 
v
ə avadanlıqlar aid idi. 
Bel
əliklə, idxal və ixracın strukturunun təhlili göstərir ki
Az
ərbaycan keçmiş ittifaq respublikaları ilə xarici iqtisadi 
əlaqələrində yalnız xammal mənbəyi yox, eyni zamanda inkişaf 
etmiş sənayesi olan, hazır məhsul ixrac edən tərəf-müqabil kimi 
iştirak edirdi. 
1992-ci ild
ən etibarən digər xarici dövlətlərlə (uzaq 
xaricl
ə) ticarət əlaqələri üstünlük təşkil etmişdir. Lakin bu əlaqələr 
k
əmiyyət və strukturca qənaətbəxş olmamışdır. Ona görə ki, idxal 
v
ə ixrac olunan məhsulların çeşidi çox məhdud idi. İdxal olunan 
m
əhsullar arasında əsas yeri ərzaq məhsulları, dərman, ixracın 
əsasını isə neft məhsulları, pambıq, qara və əlvan metallar və s. 
t
əşkil edirdi. Deməli, əslində uzaq xariclə ticarətdə Azərbaycan 
əsasən ucuz xammal ölkəsi kimi çıxış edirdi. 
1 9 8


H
əm də strateji əhəmiyyətli xammal və məhsulların əvəzinə 
ərzaq məhsulları alınması səmərəli deyildi və inkişaf etmiş heç 
bir ölkənin təcrübəsində bu hal məqbul sayılmır. 
Bu dövrdə respublikanın xarici ticarət əlaqələrini 
s
əciyyələndirən bir əlamət də barter sövdələşmələrindən geniş 
istifad
ə olunması ilə bərabər, barterdən tədricən valyuta ilə 
satışa keçilməsidir. Əlbəttə, sağlam İqtisadi-ticarət əlaqələri 
baxımından barter qeyri-normal hadisədir. Respublikanın dünya 
bazarına qovuşması və bunun üçün şəraitin yaradılmasındakı 
çatışmazlıqlar, xüsusən milli valyutanın dönərli olmaması bəzi 
sövdələşmələrə getməyə məcbur edirdi. İlk dəfə olaraq 1992-ci 
ild
ə neft və pambığın valyuta ilə satışı üzrə sövdələşmələr 
edilmişdir. 
Müstəqil dövlət kimi Azərbaycanın xarici ticarət 
əlaqələrinin vəziyyəti haqqında daha tam təsəvvür əldə etmək 
üçün 1991-2000-ci illərdə Azərbaycanın xarici ticarət balansına 
diqq
ət yetirmək məqsədəuyğundur. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin