M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə50/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
C fakepathmuhazir' felsefe'2021

Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. İbtidai insanların təbiət qüvvələri qarşısındakı zəifliyi, onlara təsir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur. Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.

Dinlərin tarixi göstərir ki, monoteizmdən əvvəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur.

Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad üç əsas xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər.

Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristianlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk xristianlığın bə'zi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi münasibəti və i.a. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir.

Fəlsəfi şüur. Fəlsəfi şüur da başqa şüur formaları kimi ictimai münasibətlərlə əlaqədardır. Bu əlaqə vasitəli xarakter daşıdığı üçün adətən o, hər hansı münasibətlər sisteminə bilavasitə aid edilmir. Fəlsəfə digər ictimai şüur formalarının təşəkkül tapmasının və inkişafının mexanizmini izah edir.

Fəlsəfə dünyaya baxış və bu dünyada insanın yeri haqqında ümumiləşmiş dünyagörüşü sistemini formalaşdırır. O, insanın dünyaya idrakı, sosial-siyasi, mənəvi-estetik və s. münasibətlərini tədqiq edir. Digər tərəfdən dünyagörüşün nəzəri əsası kimi sosial maraqlar və insanların həyat fəaliyyətinin müxtəlif formaları ilə əlaqədardır.

Sosial gerçəkliklə şərtlənən fəlsəfi şüur öz növbəsində ictimai varlığa fəal təsir göstərərək, yeni idealların, mənəvi və mədəni dəyərlərin yaranmasına kömək edir. Bu, hər şeydən öncə fəlsəfənin dünyagörüşünün əsası olması ilə şərtlənir

Fəlsəfə dünyagörüşü kimi insanların praktiki fəaliyyəti ilə, ictimai münasibətlərlə əlaqədardır. Müxtəlif tarixi dövrlərdə bu əlaqə müxtəlif olmuşdur. Ona görə də fəlsəfə təkcə dünyagörüşü deyil, həm də idrak nəzəriyyəsidir. Ontoloji mənada fəlsəfə varlıq-şüur münasibətlərini, qnoseoloji mənada isə dünyanın dərk olunmasının yollarını və üsullarını, onun daxili inkişaf dinamikasını izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunlarının dərk edilməsi fəlsəfənin qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də idrak prosesini tədqiq edir.

Fəlsəfə konkret elmlərdən ayrılmazdır, daima onların nailiyyətlərindən bəhrələnir.

Təbiət və ictimai həyat hadisələrinin tədqiq və izah edilməsi üçün ümumi metodların işlənilib hazırlanması da fəlsəfənin üzərinə düşür. Fəlsəfənin başlıca xüsusiyyəti onun dünyagörüşü olmasındadır. Yuxarıda xarakterizə olunan şüur formalarından başqa, bə"zən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur da ictimai şüurun müstəqil formaları hesab olunur.




Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin