M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Cəmiyyət və bəşəriyyət, millət və ailə



Yüklə 0,71 Mb.
səhifə117/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   113   114   115   116   117   118   119   120   ...   184
muhazire FELSEFEyeni (1)

Cəmiyyət və bəşəriyyət, millət və ailə

Cəmiyyət müəyyən xalqlar çoxluğunun vahid-bütöv sistemidir. Cəmiyyət müxtəlif səviyyəli birliklə bağlı olan adamalrdan ibarət hansısa tamdır, bu da onları birgəlik adlandırmağa imkan verir, bu isə adamların kifayət qədər yüksək inkişaf səviyyəsində mümkündür. Qeyd etmək lazımdır ki, “cəmiyyət” sözünün kökü ”cəm”dir, bu da məhz təklərin, hansısa təkcələrin birləşməsini ifadə edir. Cəmiyyətdən əvvəl “sürü” olmuşdur, bu adamların birliyinin ibtidai forması üçün xarakterikdir. Birliyin bu forması lap qədim dövrlərə, əcdadlarımızın sürü halında yaşadığı dövrə gedir. ”Sürü” sözü heyvanlara şamil edilir – onların əksəriyyəti sürü halında yaşayırlar - sonradan “birlik” sözü, birgə yaşayış tərzinə şamil edilərək işlənmişdir. Hal-hazırda “birlik” həm də insan birliklərinə-müxtəlif böyüklükdə olan insanların birgə yaşayışına şamil edilir. Məsələn biz elmi birliklər, jurnalistlər birliyi ifadəsini işlədirik. Adi şüurda cəmiyyət anlayışı çox vaxt hansısa sayda olan adamların müəyyən məqsədlər üçün birləşməsi mənasında işlədilir: idman cəmiyyəti, rəssamlar cəmiyyəti və s. Ancaq bu cəmiyyətlər və ya birliklər bütöv dövləti yaradan çoxluq kimi cəmiyyətin bir hissəsidir. Bu anlayışı və onun əks etdirdiyi reallığı məhz bu mənada nəzərdən keçirəcəyik. S.Frank yazırdı ki, “sosial fəlsə­fə­nin problemi cəmiyyətin nə olması, onun insan həya­tın­da­kı əhəmiyyəti, onun həqiqi varlığı, onun bizim qarşımızda qoyduğu öhdəliklər məsələsidir”.



İnsan cəmiyyəti-canlı sistemin inkişafının adi mərhələsidir, onun əsas elementləri - adamlar, onların birgə fəaliyyətlərinin formaları, ilk növbədə əmək, əmək məhsulları, mülkiyyətin müxtəlif formaları və onun uğrunda əsrlər boyu gedən mübarizə, müxtəlif institutların məcmusu, ruhun, mənəvi aləmin zərif sahələridir. Cəmiyyətə həm də öz-özünü təşkil edən davranış sistemi, adamların bir-biri ilə və təbiətlə qarşılıqlı munasibəti kimi də baxmaq olar; axı cəmiyyət əvvəlcədən bütün kosmosla yox, bu və ya digər konkret cəmiyyətin yerləşdiyi ərazi ilə bilavasitə qarşılıqlı münasibət kontekstinə daxil olmuşdur. Biz bütövlükə insan cəmiyyəti haqqında danışanda bütün adamları özündə birləşdirən birliyi nəzərdə tuturuq. Bunsuz cəmiyyət yalnız müəyyən sayda, ayrı-ayrı yaşayan, maraqları, məqsədləri, fəaliyyətləri, əmək fəallıqları, ənənələri, iqtisadi, mədəni və s. birlikləri olmayan adamlar demək olardı. Adamlar cəmiyyətdə yaşamaq üçün yaranmışlar. Cəmiyyət anlayışı yalnız indi yaşayan adamlar yox, həm də bütün keçmiş və gələcək nəsli, yəni bütün bəşəriyyəti əhatə edir. Bütövlük sistemində adamların birliyi onun üzvlərinin iradəsindən asılı olmayaraq yaşayır. İnsan cəmiyyətinə heç kim ərizə ilə qəbul olunmur; doğulmanın təbii faktı labüd olaraq insanı ictimai həyata daxil edir. Cəmiyyət özünün inkişafının istənilən mərhələsində - çoxsahəli birlikdir, adamların çoxsaylı rəngarəng əlaqə və münasibətlərinin mürəkkəb birləşməsidir. Cəmiyyətin həyatı onu təşkil edən adamların həyatı ilə başa çatmır. Cəmiyyət ayrı-ayrı adamların yarada bilmədiyi maddi və mənəvi dəyərlər yaradır: texnika, müəssisə, dil, elm, fəlsəfə, incəsənət, əxlaq, hüquq, siyasət və s. İnsan münasibətinin, fəaliyyətinin mürəkkəb və ziddiyyətli yumağı, kələfi və onların nəticələri bütöv kimi cəmiyyəti təşkil edir. İnsan cəmiyyəti - öz daxilində parçalanmış bütöv sistemdir, o, tarixən yaranmış və fasiləsiz olaraq inkişaf edir, keyfiyyət dəyişikliyinə uğrayaraq ardıcıl mərhələlər keçir. Bu sistemin ümumi qanunauyğunluğu bu sistemə daxil olan istənilən elementin xarakterini müəyyən edir, onun inkişafını istiqamətləndirir. Deməli bu sistem­dəki hər bir element tək kimi yox, tama aparan əlaqə kimi başa düşülməlidir.

Cəmiyyət – vahid sosial orqanizmdir, daxili təşkili bu quruluş üçün xarakterik olan müəyyən, çoxcəhətli əlaqələrin məcmusu kimi özünü gostərir, onun əsa­sında son anda insan əməyi dayanır. İnsan cəmiyyətinin sturukturu istehsalı və onun əsasında yaranan istehsal, iqtisadi sosial münasibətləri yaradır – o da özündə sinfi, milli, ailə münasibətlərini, siyasi münasibətləri və nəhayət cəmiyyət həyatının mənəvi sahəsini - elm, fəlsəfə, din, incəsənət, əxlaq və s. birləşdirir. Ümumiyyətlə cəmiyyət olmadığı kimi, ümumiyyətlə insan da yoxdur, adamların ictimai təşkilinin konkret formaları var. Konkret cəmiy­yətlərin bütün fərqlərinə baxmayaraq istənilən cəmiyyətin onu heyvan sürüsündən və ümumiyyətlə cəmiyyətdən fərqləndirən xüsusiyyətləri vardır.

Nəhayət bir daha qeyd edək ki, cəmiyyət – adam­ların həyatı fəaliyyətinin bütöv sistemidir. Cəmiyyət deyərkən, adamların əlaqəsi nəzərdə tutulur-hər biri ayrılıqda qarşılarına qoyduqları məqsədə çatmaqda çətinlik çəkdiklərindən nəticə əldə etmək üçün birləşirlər. Cəmiyyət elə tamdır ki, burada ayrı-ayrı adamlar iştirak edir, onun tərkibinə daxil olurlar, ancaq heç də adamların riyazi cəmi və ya mexaniki kütləsi deyildir. Biz cəmiyyət deyərkən məhz adamların birliyini nəzərdə tuturuq, bununla belə insan cəmiyyətini müxtəlif heyvan birlik­lərindən - bu instinkt, bioloji tələbatdan doğan birlikdir-fərqləndiririk. Didroya görə, cəmiyyət insana digər heyvanlar üzərində hakimiyyət verir. Cəmiyyətin hesabına insan quruda olan hökmranlığı ilə qane olmur, öz hakimiyyətini dəniz də şamil etməyə can atır. Bu ittifaq onu həblərlə xəstəliklərdən ayırır, qocalığına kömək edir, kədərli olanda təsəlli verir. Cəmiyyət insana öz taleyi ilə mübarizə aparmaq üçün güc verir. Ünsiyyətcilliyi məhv etməklə siz insan nəslini dağıtmış olursunuz-həyatın və onun bütün xoşbəxtliyinin qorunması bundan asılıdır.

Vətəndaş cəmiyyəti ideyasına da diqqət yetirmək lazımdır. Vətəndaş cəmiyyəti-insan hüququnun müda­fiəsi prinsipinin fəaliyyət göstərdiyi hüquqi dövlət sistemində yaşayan ayrı-ayrı adamların vəhdətidir. Həqiqi vətəndaş cəmiyyətində hər bir adam məqsəd və ali dəyərdir. Lakin insan haqqı adamlarla münasibətsiz öz təlabatlarını ödəyə, öz məqsədlərinə tam cəfa bilməz. Bütün bunlar hamı üçün yaxşı olmağın zəruri şərtidir. Axı hər bir adamın həyatı ictimai birliklə bağlıdır, deməli tam adamların qarşılıqlı münasibətidir, elə bir əsasdır ki, bütün vətəndaşların azadlığı onun üzərində qurulur, onların təbii bacarıqları inkişaf edir. Adamların birliyində bütün irrasional, qanunauyğun və təsadüfü olanlar təzahür edir. Hegelə görə, vətəndaş cəmiyyəti - onun üzvlərinin birliyin sərbəst subyekti kimi öz təlabatları və təhlükəsizliklərini və mülkiyyətlərini qorumaq üçün hüquqi quruluş əsasında birləşmələridir.

Cəmiyyətdə öz mövqeyinə, maraqlarına və cəhdlərinə görə müxtəlif sosial siniflər var. Onların mənşəyi ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. Bəziləri onların mənbəyini ya mənəvi keyfiyyətlərdə, adamların psixoloji xüsusiyyətlərində, ya da onların dini baxışlarında, dünyagörüşlərində (Feyerbax demişkən sa­ray­dan fərqli olaraq adamlar mağaralarda başqa cür düşünürlər) digərləri bunu yaxşı yaşamaqda (yerindən asılı olmayaraq adamlara maddi istehsal sistemində) görür­dülər. Hegelə görə, siniflər var-dövlətin, gəlirin qeyri-bərabər bölünməsindən yaranır, əməyin xarakterindən doğur: əkinçiliklə məşğul olan kəndlilər fabrik və zavodlarda, tikintidə çalışan fəhlələr, məmurlar sinfini təşkil edən xidmətçilər, əqli əməklə məşğul olan adamlar-alimlər, rəssamlar, incəsənət xadimləri. Çox təəssüf ki, uzun illər bu adamlar “təbəqə” kimi qəbul olunmuşdur. Əslində ziyalılar əqli əməklə məşğul olan ictimai sinifdir. Son vaxtlar müasir sosial fəlsəfi ədəbiyyatlarda “orta sinif” ifadəsi işlənməyə başlamışdır. Cəmiyyətin sosial strukturu tarixən yaranmış, nizamlı, bütöv kimi cəmiyyətin müxtəlif elementləri arasındakı əlaqə və münasibətlərin - ayrı-ayrı fərdlər və insanların tarixi birlik formaları (qəbilə, tayfa, xalq, millət, ailə) siniflər, sosial qruplar - nisbətən möhkəm sistemidir.



Cəmiyyətin sosial strukturunu anlamaq üçün əsas əhəmiyyət kəsb edən anlayışlar istehsal üsulu, əmək bölgüsünün iqtisadi sahəsi anlayışlarıdır. Dünyaya gələn ardıcıl olaraq mürəkkəbləşən təhsil və tərbiyə mərhələləri keçən cəmiyyət üzvləri öz intellektual, əxlaqi və digər göstəriciləri ilə oxşar deyillər, ən əsası isə öz meylləri, maraqları, xarakterləri, həyatı və məişət imkanları ilə fərqlənirlər. Hər bir gənc vətəndaş qanunauyğun və ya təsadüf nəticəsində müəyyən ictimai qrupa düşür. İqtisadi baxımdan ağıllı qurulan və mənən inkişaf etmiş cəmiy­yətdə S.Simonun dediyi “Hər kəsə bacarığına, hər kəsə işinə görə” prinsip həyata keçirilməlidir. Təəssüf ki, bu prinsip yalnız ideal cəmiyyətdə reallaşa bilər. Ən ağıllı cəmiyyətdə, belə bərabərlik yalnız qanun qarşısında ola bilər, yerdə qalanlar da qarşısında bərabərsizlik vardır: adamlar doğulandan əql və xarakterlərinə görə bərabər deyillər. Onlardan biri bir cür fəaliyyətə, digərləri başqa fəaliyyətə olurlar. Cəmiyyətə - bütövün marağı üçün - bütün fəaliyyət növləri həm bütövlükdə cəmiyyət, həm də ayrı-ayrı adamlar üçün lazımdır. Siniflər, sosial qruplar arasındakı sərhədlər nisbidir, dəyişkəndir. Bu o deməkdir ki, bu və ya digər sinfin, bu və ya digər sosial qrupun hər bir nümayəndəsi üçün ictimai miqrasiyanın real imkanları mövcuddur.

Heç bir cəmiyyət qürurlu şəkildə tək real mövcud ola bilməz. Bu və ya digər cəmiyyət nə qədər cox inkişaf edirsə digər cəmiyyətlərlə də bir o qədər çox mümkün olan əlaqəyə girir, daha mürəkkəb əlaqə və münasibətlər qurur. Bu artıq ibtidai icma quruluşunda olmuşdur. O vaxtdan birlik və cəmiyyətlərin qarşılıqlı əlaqəsi güclənir və mürəkkəbləşir. Adamlar həm özlərinin bioloji təbiətləri, həm əvvəlcədən daxil olduqları Kainat qanunlarına, həm də ictimai mahiyyətlərinə görə vahid “planetar ailənin” üzvləridirlər. Bizim hər birimiz bu və ya digər dövlətin vətəndaşı kimi eyni vaxtda həm də sözün geniş mənasında bütün bəşəriyyətin vətandaşlarıyıq. Axı müəyyən mənada o dünya birliyində baş verənlərə görə mənəvi məsuliyyəti öz çiyinlərində daşıyır. Bu və ya digər adamın mənəvi həyatı nə qədər zəngin olsa da, onun əqli nə qədər yüksək inkişaf etsə də o bəşəriyyətin mənəvi dəyərlərini mənimsəməsə, başqa xalqların və tarixin xəzinəsindən bəhrələnməsə istər-istəməz məhdud olacaqdır. Bəşəriyyətin zənginliyi bu və ya digər cəmiyyətin, xüsusən də ayrı-ayrı adamların zənginliyindən daha genişdir. Xalqlar öz məğzlərinə görə dünyada birlikdə yaşamağa “kökləniblər”. Bəşəriyyətə bir yerə toplanmış varlıqların (çox güman ki, şərti olaraq) məcmusu kimi baxmaq olar: insan yaş dövrlərini keçərək böyüdüyü kimi, bəşəriyyət də nəsillərdən keçərək yetkinləşir. İnkişafın ümuminsani prinsiplərinə tabe olan hər bir cəmiyyət, hər bir millət öz böyüməsində öz xüsüsi mədəniyyət yolunu keçməli olur, bu vaxt bu və ya digər dərəcədə ən ümumi dünya qarşılıqlı əlaqəsinə girir. Cəmiyyət həyatının və vahid tam kimi bəşəriyyət tarixinin məğzi ətrafında düşünərkən etiraf etməliyik ki, bizim həyatımızda yalnız sağ olanlar yox, həm də bəşəriyytin tarixi axarında qavranılmağa layiq olan ölənlər də böyük rol oynayırlar V.Solovyova görə, onlar yaşayanlar üzərində ikiqat üstünlük təşkil edirlər: həm onların aydın surətləri, həm də gizli himayələri - mədəni kütlə mexanizimi kimi təsir edir - onun vasitəsi ilə “axirət dünyada uyuyan əql” şəxsi və Yerdə tərəqqi edən bəşəriyyət tarixinə təsir edir. Olümdən sonrakı varlığın həm obyektiv, həm də subyektiv mənası yaşayanların mövcudluğu ilə sıx vəhdətdə müəyyən olunur. Beləliklə həm ölənlər, həm də yaşayanların öz xüsusi realıqları var: birincilərdə o daha layiqli və mülayimdir, ikincilərdə isə o daha azad və açıq hərəkətdə, fəaliyyətdədir. Aydındır ki, onların hər ikisinin həyatının yetkiliyi onların hərtərəfli qarşılıqlı əlaqələrindədir: biz ölənlərin ruhu qarşısında baş əyirik, onları xatırlayırıq, onlar isə öz qoyduqları böyük və xırda işlər hesabına bizim təcrübəmizi zənginləşdirirlər, bizə həyatı və işlərimizi öyrədirlər. Dünya qayda qanunu­nun mənası və ən ümumi tarixin yekunu bəşəriyyətin bu tamlığındadır, bu iki başlanğıcın birliyi hər şeyi yerinə qoyur. Bu çox çətin məsələdir - məsələni vaxtilə Kant ortaya qoymuş Solovyov isə onu inkişaf etdirmişdir: bəşəriyyət nəslinin vəhdəti və hər bir canlıda ilahinin qığılcımının olması bütün dövrlərdə mütəfəkkirləri düşündürmüşdür. Ölülərin nə vaxtsa diriləcəyi məsələsi bütün dövrlərdə birmənalı qarşılanmışdır.

Beləliklə, bəşəriyyət adlananın tərkibinə sağlardan çox ölülər daxildir. Bu fikir təsəlliverici və humanistdir: o bəşəriyyətin ümumi nailiyyətlərini təşkil edən əqli və əxlaqi dəyərlərin varisliyini xatırladır: o həm də onu xatırladır ki, artıq öz dünyasını dəyişənlər öz ideyaları, öz işləri, öz nümunələri ilə bizim aramızda yaşamaqda davam edirlər. Bu fikir əlbəttə yalnız bütün bəşəriyyətin yolunu işıqlandıran böyük dahilərə aid deyildir, o həm də ciddi, sadə fikir və işləri ilə, öz həyatlarını yaşayan əxlaqi və sosial ideyalı öz varlığının məhdud səviyyəsində saxlayan adamları da aiddir. Tarix müəyyən mənada xalqların müqəddəs kitabı bir növ onların varlığının və fəaliyyətinin güzgüsü, kəşflərin və davranış prinsiplərinin əsası, əcdadlarımızın varisliyə cağırışı indinin tamamlanması, dərk olunması və gələcəyə nümunədir. Humanist düşünən adamlar əmindirlər ki, hec bir xalq başqasına nisbətən qeyri-adi əqlə malik deyildir. Dünyada elə bir xalq yoxdur ki, o tarixə layiqsiz, heç bir əhəmiyyəti olmayan xalq kimi daxil olsun. Eyni zamanda xüsusi secilmiş xalqlar da yoxdur. Belə demək olar: bəşəriyyət bizim ikimizdədir, biz isə bütün bəşəriyyətin daxilindəyik. Hər bir xalqın tarixində də bir dövr olur ki, bu vaxt həmin xalq vətəninin rifahı naminə dünya təcrübəsindən istifadə edir. Vətənə olan məhəbbət bütün dünyaya olan məhəbbətlə birlikdə olur. Biliyin işığını mənimsəyən xalq öz qonşularına ziyan vurmur. Dövlətlər nə qədər savadlı, maarifçi olarlarsa, onlar bir o qədər öz ideyalarını bir-birinə ötürə bilirlər, ümumdünya əqlinin gücü və fəaliyyəti bir o qədər artmış olur. Ən yeni əlaqə, kütləvi informasiya vasitələri hesabına xalqların ünsiyyəti xeyli artmışdir, hamı dərk edir ki, bəşəriyyət vahid tamdır. İndi tam qətiyyətlə demək olar ki, “Şərqsiz Qərb, Qərbsiz isə Şərq yoxdur”. Elm və texnikanın nailiyyətləri dünyanın yalnız çoxşəkilli yox, həm də bütöv olduğunu dərk etməyə imkan verir, maddi və mənəvi dəyərlərin mubadiləsi üçün yeni imkanlar açır. Həm də heç vaxt demək olmaz ki, guya Qərb həmişə ixtiralar etmiş, Şərq isə onu qəbul etmişdir. Tərəqqi daha çox ikitərəfli hərəkəti olan küçəyə oxşayır: müxtəlif saatlarda maşın axını müxtəlif olur. Məhz Şərqdən avropalılar ərəb rəqəqmini götürmüşlər, riyaziyyatın, astronomiyanın, tibbin nailiyyətləri də ərəblərin adı ilə bağlıdır: çinlilər dünyaya kağız, kompas, barıt vermişlər. XVIII əsr fransız maarifçi - ensiklopedistlərini qədim Çin filosofu Konfutsinin ideyaları ruhlandırmışdır - o hələ 2500 il əvvəl demişdir ki, “jen” (humanistlik, insanilik) ictimai münasibətlərin əsası olmalıdır. Qarşı tərəfdən də hərəkət başlanır: XIX əsrin ikinci yarısında uzun müddətli təcriddən əl çəkən Yaponiya Qərbdən elmi-texniki nailiyyətləri götürməyə başladı. Eyni zamanda Tokuqava dövrünün yapon gül qravyuraları Avropa rəssamlarını ruhlandırmış, Qərb rəssamlığına meydan oxumuşdur.

Çoxşaxəli olan bəşəriyyət həm də bütövdür - o lap çoxdan, XXI əsrdən xeyli əvvəl belə olmuşdur. Sivili­zasiya təhlükə ilə üzləşəndə biz onun köklərinin necə sıx bir-birinə bağlı olduğunu hiss etdik. Bəşəriyyət dinc, işgüzar, xeyirxah dialoqa maraqlıdır, o müharibələrə son qoyulmasını, elmi- texniki və mədəni tərəqqini, təbiətə yaxşı münasibəti, həyatının normal olmasını istəyir. Bizim planetdə bütün xalqlara yer var, biz sülh, əmin-amanlıq şəraitində yaşamağa, vəziyyətimizi yaxşılaşdırmağa can atmalıyıq. Xalqların və millətlərin birləşməsinə, onların qırılmaz əlaqələrinin yaranmasına kömək edən hər şey bəşəriyyət üçün edilən xeyixahlıqdır. Biz hamımız Kai­natın övladlarıyıq, hamımız sosial varlıq dalğasında bir gəmidə - Yer adlı səmtə üzürük.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin