Birinci sualda bazarın anlayışı verilir, növləri göstərilir və iştirakçıların
təsnifatı aparılır. İkinci sualda, haqsız rəqabətin anlayışı, yaranması əsasları,
formaları və haqsız rəqabət haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyətdən danışılır.
Üçüncü sualda isə inhisarçılığın anlayışı verilir, növləri göstərilir,
antinhisar fəaliyyətin həyata keçirilməsi əsasları təsbit olunur.
4
Sual 1. Bazarın anlayışı, növləri və ümumi xarakteristikası.
Qeyd etmək lazımdır ki, sadalanan bu anlayışların özlərini analiz etməyə
ehtyiac yoxdur, çünki, hətta gətirilmiş bu misallardan da görünür ki, «bazar»
məfhumuna hər bir mütəxəssis öz məzmununu daxil edir, konkret ixtisas üçün
mahiyyət kəsb edən qaydada onu tədqiq edir və bunlara uyğun olaraq bazar
növlərinə ayırır. Buna əsasən, belə bir qənaətə gəlmək olar ki, biznes hüququ
nəzəriyyəsində, qismən isə, bütövlükdə hüquqşünaslıqda da «bazar» məfhumunun
hüquqi anlamı işlənib hazırlanmalıdır ki, o da öz növbəsində onun haqqında
«bazarı» hüquqa nizamlamanın obyekti kimi, sahibkarlıq fəaliyətinin xarici mühiti
kimi, iqtisadi həyatı sahəsi kimi tösəvvür yaratsın.
«Bazar» məfhumunun hüquqi anlayışı, hər şeydən əvvəl, leqallıq,
qanunvericilik müəyyənləşdirilməsindən çıxış etməlidir.
Qanunverici «bazar» məfhumundan istifadə edərkən, ancaq əmtəə bazarına
tətbiqi baxımından onun anlayışının müəyyənləşdirir. Əmtəə bazarın əmtəə
dövryiyəsi sahəsi təsəvvürünü yaradır ki, həmin bazarda belə əmtəənin əvəzedicisi
yoxdur ya da bir-birini əvəz edən əmtəələr mövcuddur. Eyni zamanda onu da qeyd
etmək lazımdır ki, iqtisadi imkanlarından asılı olaraq alıcı malı (əmtəəni) ya
müəyyənləşdirilmiş konkret bir bazarda, ya da həmin bazardan kənarda olan bir
ərazidə alır. Onu da qeyd etmək lazımdır ki, «bazar» məfhumu çox tez-tez hüquqi
ədəbiyyatlarda istfiadə olunur, əlbəttə etiraf etmək lazımdır ki, onun məzmunlu
anlayışı heç birisində verilmir. Bura yalnız S.E.Cilinskinin işi istisnalıq təşkil edir,
çünki o, göstərir ki, bazar hüquq nizamlama obyektidir (Cilinski S.E. «Pravovaə
osnova predprinimatelskoy deyatelğnosti (predpinimatelğskoe pravo)». M.,1998).
Müəllif «bazarın» hüquqi nizamlama obyekti olmasının iqtisadi xarakteristikasını,
prinsipal mahyyyəti mühüm anlayışı nəzərə çarpdırır. O yazır: «Bazar ictimai
münasabitlərin müəyyən sistemidir, özü də ki, ictimai münasibətlər öz növbəsində
istənilən hüquq sahəsinin predmetini təşkil edir. Daha sonra, bazarın subyektləri
satıcı və alıcılardır ki, bir qayda olaraq, bazarda eyni zamanda hər iki qismində
(həm alıcı – həm də satıcı) çıxış edirlər. Nəhayət, bazarın obyektləri əmtəə və
5
puldur. «Bazar» məfhumuna verilmiş belə bir anlayışla tam razılaşmaq olar, çünki
o həm məzmunca birtərəfli və dolğundur, həm də bazarın ayrı-ayrı elementlərini
göstərməklə onun (bazarın) hüquqi nizamlanmasının imkanını (mümkünlüyünü)
müəyyənləşdirir».
Məhz hüququn nizamlayıcı imkanlarını aşkarlamaq məqsədilə, bazarın
hüquqi anlayışının baş vermiş sosial və iqtisadi prosesərin yaranmasının
mahiyyətini və xüsusiyyətlərini əhatə etməsi lazımdır. Təbiidir, belə olduğu
halda, qanunun həmin anda mövcud olan müddəalarını nəzərə almaq lazımdır.
İqtisadi ədəbiyyatlarda bazarın bir neçə anlayışı verilir. Bazar:
1. Əmtəə istehsalı və dövriyyəsi qanunları əsasında təşkil olunmuş mübadilə,
əmtəə mübadiləsi münasibətlərinin məcmusudur;
2. Alıcı və satıcıların qarşılıqlı təsir mexanizmi, ehtiyac və təklif münasibətləridir;
3. Məhsul istehsalçıları və istehlakçıları arasında ölkə daxilində və ya ölkələr
arasında mübadilə dairəsidir.
Qeyd olunan anlayışlar bazarın hüquqi mənada anlayışının ifadə olunmasına
da kifayət qədər əsas verə bilər. Belə ki, hüquqi mənada bazar dedikdə əmtəələrin,
işlərin, xidmətlərin və digər nemətlərin dövr etməsi prosesində yaranan bazar
münasibətlərinin məcmusu başa düşülür.
Dövriyyə obyektindən asılı olaraq, bazarın aşağıdakı növlərini fərqləndirmək
olar:
1. Əmtəə bazarı;
2. Maliyyə xidmətləri bazarı;
3. Əmək bazarı (işçi qüvvəsi bazarı);
4. Qeyri-maddi nemətlər bazarı və s.
«Dövriyyə sahəsi» kimi bazarın anlayışı onun xarici xüsusiyyətlərini
müəyyən etməyə imkan verir. Bu xüsusiyyətlər aşağıdakı sərhədlərlə müəyyən
olunur:
1. Bazarın məhsul sərhədləri;
2. Bazarın coqrafi sərhədləri.
6
Bazarın məhsul sərhədləri dedikdə qarşılıqlı əvəz olunan məhsulların qrupu
başa düşülür. Bazarın məhsul sərhədlərinin müəyyən edilməsi dedikdə, məhsulun
istehlak xüsusiyyətlərinin, əvəzedici məhsulların müəyyən edilməsi, əmtəələr
qrupunun formalaşdırılması başa düşülür. Əmtəə sərhədlərinin məzmununu
əmtəənin qarşılıqlı əvəz olunması haqqında istehlakçıların (alıcıların) mənafeləri
əsas götürülür.
Bazarın coqrafi sərhədləri dedikdə, alıcıların məhsulları ala bildikləri və
onun kənarda bu imkanlarının olmadığı ərazi başa düşülür. Coqrafi sərhədlər
alıcıların bir qisminin göstərilən ərazidə müvafiq məhsulu əldə etmək imkanını
məhdudlaşdıran iqtisadi, texnoloci, inzibati maneələrlə müəyyən olunur. Coqrafi
sərhədlər müəyyən olunarkən bir çox amillər nəzərə alınınr, xüsusilə də:
1. Alıcının satıcı ilə əlaqə saxlaya bilməsi üçün nəqliyyat vasitələrinin
mövcudluğu;
2. ərazidə məhsulların gətirilib və aparılması üçün inzibati məhdudiyyətlərin
olmaması;
3. Bazar sərhədləri daxilində müvafiq məhsullar üzərində qiymət hədlərinin
uyğunlaşdırılması.
Bazarın quruluşu kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunur.
Bazarın kəmiyyət göstəricilərinə aşağıdakılar aiddir:
1. bazarda fəaliyyət göstərən satıcıların sayı;
2. satıcının bazarda malik olduğu pay;
3. Bazar təmərküzünün göstəriciləri.
Bazarın keyfiyyət göstəricilərinə isə aşağıdakılar aiddir:
1. potensial rəqiblərin bazara çıxması üçün maneələrin olub-olmaması, maneələrin
aradan qaldırılması üçün mövcud imkan dərəcələri.
- məhsulu hazırlamaq üçün kifayət qədər maddi-texniki bazaya, kadr və
texnologiyaya malik olan, lakin müxtəlif səbəblərdən bu imkanları həyata
keçirməyən sahibkarlıq subyektləri;
- məhsulu hazırlayan, laki nonu bazarda realizə etməyən sahibkarlıq subyektləri.
2. bazarın beynəlxal və reqionalarası ticarət üçün açıq olması.
7
Fikirlərimizi ümumiləşdirib bazarın aşağıdakı hüquqi anlayışını təqdim
etmək olar: bazar – bir-birini əvəz edən ayrıca növ əmtəənin, işin və xidmətin
dövriyyə sahəsini və ya təsərrürfat dövriyyəsinin hüquqi reciminin müəyyən edən
hüquqi normalar məcmusudur.
Bazarın quruluşunun dörd növünü göstərmək olar:
1. Mükəmməl rəqabət bazarı – bu növ bazar özündə aşağıdakı xüsusiyyətləri əks
etdirir:
- bazarda çoxlu sayda müstəqil təsərrüfat subyektlərinin olmasını;
- heç kəs və heç bir vasitə ilə bazara giriş məhdudlaşdırılmır;
- təsərrüfat subyektləri bazar qiymətlərinə nəzarətdə iştirak etmirlər.
İqtisadi ədəbiyyatlarda bazarın bu növü «təmiz bazar» adlandırılır. Ona görə ki,
o, dövlətin müdaxiləsindən azaddır və inhisarçılıqdan təmizdir.
2. Mütləq inhisarçılıq bazarı – təmiz bazarın bilavasitə əksidir. Bu növ bazarda
məhsul yeganə təsərrüfat subyekti tərəfindən istehsal olunur və bu məhsulun
əvəzləyicisi olmur. Həmçinin, bu növ bazara yeni istehsalçıların daxil olmasına bir
sıra maneələrinin yaradılmasını özündə ehtiva edir.
3. İnhisar rəqabət bazarı – müxtəlif məhsulların istehsalı və realizəsi ilə məşğul
olan sahibkarlıq fəaliyyəti subyektlərinin müəyyən sayını nəzərdə tutur.
Sahibkarlardan hər biri çalışır ki, bazarda əmətəələr arasında onun məhsulunun
nadir və ən yaxşısı olduğunu istehlakçıları inandırsın. Bu növ bazarda satıcıların
bazara daxil olması və çıxması üçün heç bir məhdudiyyət yoxdur.
4. Oliqopoliya
1
bazarı. Bazarda oliqopoliya rəqabəti zamanı bir neçə iri sahibkarın
hökmran mövqeyə malik olmasıdır. Bu bazara yeni sahibkarlıq subyektlərinin
daxil olması üçün yalnız bazarda hökmran mövqeyə malik olan bir neçə subyektin
yüksək gəlirinin əldə etməsini təmin etdikdən sonra mümkündür.
Bazarın iştirakçıları. Bazar fəalyiyətinin subyektləri, həm əmtəəni alan və
onu realizə edən, həm də əmtəə mübadiləsi qaydalarını müəyyən edən və onlara
riayət edilməsinə nəzarəti həyata keçirən şəxslərdir.
1
Олигополийа (йунанъа олигополео сюзц олуб, мянасы олиго – бир нечя, полео – сатырам демякдир.
8
Fəaliyyətin ixtisaslaşdırılması kriteriyası üzrə bazarın bütün iştirakçıları ilkin
olaraq iki qrupa bölünə bilər.
Bazarın peşəkar iştirakçıları birinci qrupu təşkil edir. Bu qrupdan olan
şəxslərə sahibkarlıq fəaliyyəti subyektlərini və idarəetmə orqanlarını aid etmək
olar.
İkinci qrupu isə bazar münasibətlərinin qeyri-peşəkar iştirakçıları təşkil edir
ki, onlara da məişət istehlakçılarını aid edilir.
İcra hakimiyyəti orqanları, onların vəzifəli şəxslərini də bazarın peşəkar
iştirakçılarına aid etmək lazımdır. Bunu izah etmək üçün hər şeydən əvvəl
«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa
(04.02.1993) istinad edilməlidir. Qanunun 3-cü maddəsinə əsasən, antiinhisar
siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları sadalanır:
antinhisar fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan
qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə
fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində Azərbaycan
Respublikasında antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının
mərkəzi icra hakimiyyəti orqanı adı çəkilən qanunun tələblərinin pozulmasına görə
icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş
digər səlahiyyətləri yerinə yetirə bilər.
Dostları ilə paylaş: |