1ci sual üzrə nəticə
Bu sualda bazarın anlayışı verildi, onun məzmunu təhlil edildi. Həmçinin bu
sualda bazarın iştirakçıları və onların hüquq və vəzifələri təsbit olunub. Bundan
başqa, bazarın növlərini qruplaşdıraraq ayrı – ayrılıqda onların izahı verildi.
9
Sual 2. Haqsız rəqabətin anlayışı və formaları.
Rəqabət latınca tərcümədə «toqquşma», «yüyürüşüb toplaşmaq», «axışıb
gəlmək» mənasını verir. Rəqabət bazarın iştirakçılarının bir-biri ilə yarışması kimi
qəbul olunur. Rəqabətin anlayışı «Haqsız rəqabət haqqında» Azərbaycan
Respublikasının 2 iyun 1995-ci il tarixli Qanununun 1- ci maddəsində verilmişdir.
Adı çəkilən normaya əsasən rəqabət - bazar subyektləri arasında sahibkarlıq
fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman
onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət)
dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə
məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır.
Kapitalların rəqabəti bir çox hallarda əmtəə bazarlarında təsərrüfat subyektlərinin
iqtisadi münasibətlərini müəyyən edir. Deyilənlərə müvafiq olaraq, əmtəə
bazarlarında kapitalın təmərküzünün metod və üsulları formalaşır. Rəqabət «bazar»
anlayışı kateqoriyasının ayrılmaz hissəsidir. R.K. Makkonnell yazırdı ki, «rəqabət
zamanı alıcılar – sahibkar, bazar – onların agenti, müəssisələr isə – onların
qullarıdır».
2
Azərbaycan Respublikasında rəqabət haqqında qanunvericiliyin məqsədi
rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin və bazar iqtisadiyyatının səmərəli
fəaliyyətini təmin etməkdir. Belə ki, AR Konstitusiyasının 15-ci maddəsinin 2-ci
hissəsinə müvafiq olaraq, «Azərbaycan dövləti…, azad sahibkarlığa təminat verir,
iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir». Qeyd etmək
lazımdır ki, belə dəstək inhisar və rəqabət haqqında qanunvericiliyin müxtəlif
normalarında nəzərdə tutulmuş hüquqi vasitə və üsulların vasitəsilə həyata
keçirilir.
Rəqabət – bazar iqtisadiyyatı inkişaf etmiş xarici ölkələr üçün əsas şərt
hesab olunur. Xüsusi mülkiyyətlə və azad sahibkarlıqla yanaşı, rəqabət də iqtisadi
inkişafın əsas faktorlarından biri hesab olunur. Məhz, rəqabət nəticəsində
məhsulun keyfiyyəti və bu məhsulun aşağı qiymətlərlə realizəsi təmin edilir.
2
Макконнелл К.Р., Брю С.Л. Экономикс. М., 1993. Т. I. сящ. 95.
10
Rəqabət-iqtisadi yarışmadır və aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:
1. müstəqil (rəqabət) hərəkətlərlə ifadə olunur;
2. rəqabət aparan subyektlər arasında həyata keçirilir;
3. Bazar adlanan, sahibkarlıq fəaliyyətinin müəyyən iqtisadi-hüquqi sahələrində
olur.
Haqsız rəqabət haqqında AR Qanununun 1-ci maddəsində təsbit olunan
anlayışlar aparatında haqsız rəqabətə anlayış verilmişdir. Həmin normaya əsasən,
haqsız rəqabət - bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud
qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla
da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq
nüfuzuna xələl yetirə bilən hərəkətlərdir.
Haqsız rəqabətin qanunvericilikdə verilən anlayışına nəzər yetirsək onun
məzmununda xüsusilə üç əlamətini göstərmək olar. İlkin əlamət kimi, sahibkarlıq
fəaliyyətində üstünlüklərin əldə edilməsindən ötrü təsərrüfat subyektlərin istənilən
hərəkətləri nəzərdə tutulur. Lakin, belə ümumi əlamət haqsız rəqabət haqqında
kifayət qədər tam təsvvür yaratmır, bazarda zəruri olan rəqabətin özünün hər bir
halda haqsız rəqabətdən fərqləndirilməsi üçün dəqiq meyarlarını təsbit etmir. Bu da
öz növbəsində, maraqlı şəxslərə imkan verir ki, haqsız rəqabəti təsərrüfat
subyektinin aktiv rəqabət mübarizəsinə başlanılması kimi nəzərdən keçirsin.
Ona görə də, haqsız rəqabətin anlayışı özündə ikinci mühüm əhəmiyyət kəsb
edən əlaməti təsbit edir. Bu, təsərrüfat subyektinin hərəkətlərinin, daha geniş
yayılmış və daim sahibkarlıq fəaliyyətində istifadə olunan sosial normalarla
qiymətləndirilməsidir: təsərrüfat subyektinin davranışı qanunvericiliyə, işgüzar
adətlərə, vicdanlılıq, ədalətlilik tələblərinə zidd olmamalıdır.
Nəhayət, haqsız rəqabətin üçüncü hüquqi əlamət, sadalanan sosial normaları
pozan, təsərrüfat subyektinin
hərəkətləri nəticəsində zərərli nəticələrin
yaranmasıdır. Haqsız rəqabətin mövcudluğunu təsdiq etməkdən ötrü, göstərilən
hərəkətlərin digər təsərrüfat subyektlərinə-rəqiblərinə zərər vurulması (və ya zərər
vura biləcəyi)və ya onların işgüzar nüfuzuna xələl gətirilməsi sübut olunsun.
11
Haqsız rəqabət haqqında AR Qanunun 3-cü maddəsi haqsız rəqabətin 6
konkret formalarını müəyyən edir:
1. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
2. rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
4. haqsız sahibkarlıq fəaliyyəti;
5. haqsız işgüzarlıq davranışı;
6. istehlakçıların çaşdırılması.
Adı çəkilən Qanun rəqibin təsərrüfat fəaliyyətinin təqlidi adlı formanı təsbit
edir. Azərbaycan dilinin izahlı lüğətində təqlid bənzətmə, yamsılama kimi mənaları
verir.
3
Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:
- rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və
xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna
olmaqla, özbaşına təqlid edilməsi;
- digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun
məhsulunun birbaşa təkrarlanması;
- eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı
kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə
nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının
qanunsuz istifadə edilməsi.
Haqsız rəqabətin digər forması olan rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan
salınmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir:
- digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan
və təhrif olunmuş məlumatların yayılması;
- rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif
olunmuş şəkildə açıqlanması.
Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən aşağıdakı hərəkətlərə
yol verilmir:
3
А.Ахундов. Азярбайъан дилинин изащлы лцьяти. Бакы, «Елм» няшриййаты, 2005. Сящ. 398.
12
- rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması,
kəsilməsi və dayandırılması;
- rəq
ibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə
onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.
Haqsız rəqabətin digər forması haqsız sahibkarlıq fəaliyyətidir. Qanuna əsasən
sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
- bazar subyektinin elmi-texniki, istehsalat və ya ticarət fəaliyyətinə dair
məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə
olunması və yayılması;
- rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat
qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
- əmtəələrin məcburi əlavə çeşidlə satışı;
- müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
- qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin
artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən
çıxarılması və ya dövriyyəyə buraxılmaması.
Sonuncu hərəkət nəzəriyyədə dempinq adlanır. Dempinq (latın sözü olub
dumpinq mənası aşağı salma deməkdir) – əmtəələrin süni şəkildə aşağı salınmış
qiymətlərlə satışıdır. Dempinq qiymətləri bazar qiymətlərindən əhəmiyyətli şəkildə
aşağıdır, habelə əmtəənin və ya xidmətin özünün dəyərindən də aşağı ola bilər.
Dempinqin aşağıdakı növləri var:
Daimi dempinq – əmtəələrin, onların dəyərindən aşağı qiymətə daimi
ixracıdır;
Qabaqcadan düşünülmüş dempinq – inhisar qiymətlərin müəyyən edilməsi
və rəqiblərin bazardan çıxarmaq məqsədi ilə ixracat qiymətlərinin müvəqqəti
olaraq aşağı salınmasıdır;
Təsədüfi dempinq – aşağı qiymətlərlə xarici bazarlara əmtəə ehtiyatlarının
epizodik satışıdır.
Haqsız rəqabtin formalarından biri də haqsız işgüzarlıq davranışıdır. İşgüzarlıq
13
davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:
- müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək
haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin
təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;
- rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə
əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik
törədilməsi.
Bazar
subyektlərinin istehlakçıları çaşdırmağa yönədilmiş aşağıdakı
hərəkətlərinə yol verilmir:
- əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və
başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin
xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə
edilməsi;
- əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə
təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
- əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam
və ya informasiya materialı kimi açıqlanması;
- əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq
məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi;
- əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının
gizlədilməsi.
Dostları ilə paylaş: |