M ü n d ə r I c a t



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə102/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   437
2.3.3. Fosfor gübrələri  

Kənd  təsərrüfatında  istifadə  olunan  P  gübrələri  əsasən  suda  həll  olan 

bitkilər  tərəfindən  asan  mənimsənilən  olur:  Super  fosfat  və  ikiqat  super 

fosfat, eləcə də mürəkkəb gübrələr ammofost diammofost, nitroammofoska, 

karboammofoska. 

P ən mühüm biogen elementlərdən biridir, baxmayaraq ki, canlı orqa-

nizmlərin  P-a  tələbatı  N-a  nisbətən  10  qat  azdır,  o  bitkinin  əsas  qida  mən-

bəyidir və kütlə və enerji mübadiləsi çoxalma prosesində əsas rol oynayır.  

Tam  qiymətli  məhsul  almağa  şərait  yaratmaq  üçün  torpaqda  asan 

mənimsənilən  fosforun  olması  vacibdir.  Lakin  Rusiyanın  əkin  sahələrinin 

təxminən 1/3-i bu elementlə az aşağı və çox az aşağı miqdarda təmin olun-

muşdur ki, bu da qeyri-qaratorpaq zonasında ciddi problemlər yaradır. Bun-

dan başqa, əgər azot çatışmazlığını üzvi gübrələrlə və N fiksasiya etməyənlə 

əvəz  etmək  olarsa,  fosforun  çatışmazlığını  yalnız  mineral  gübrə  verməklə 

aradan  qaldırmaq  olar.  Fosfor  gübrələrinə  yüksək  tələbatın  ödənilməsi  ob-

yektiv labüdlükdür. Lakin bu zaman fosforla qidalanma probleminin bir sıra 

təbiəti mühafizə aspektlərini nəzərdən qaçırmaq olmaz.  

Fosfor gübrələri ilə birgə torpağa mühitdə torpaq mühitdə az hərəkət-

də olan çox saylı zəhərli maddələr düşür. Superfosfat kifayət qədər  yüksək  

miqdarda çirkləndirici maddələrin olması ilə fərqlənir (Barrauş, 1966). 

  

Maddə 



Miqdarı, q/kq 

As 


1,2-2,2 

Se 


0,0-4,5 

Co 


0-9 

Zn 


50-1430 

Ni 


7,32 

Cu 


4-79 

Pb 


7-92 


102 

 



20-180 

Cd 


50-170 

Cr 


66-243 

 

Bundan  başqa,  fosfor  gübrələrinin  tərkibində  fosforun  zəhərli  birləş-



mələri  olur.  Fosforun  çox  hissəsi,  gübrə  kimi  istifadə  olunan,  torpaqlarda 

qalır, onda olan Ca, Al, Fe  birləşir. Aparılan tədqiqatların nəticəsi göstərir 

ki, təbii fosforlarda  radioaktiv elementlər –U, Ra olur. Qiymətləndirmələrə 

uyğun olaraq 1t P

2

O

5



  bəzi fosfor filizlərində  30-40 kq 90 Sr tapılır.  

Təbii  fosfor  xammalın  turş  mühitdə  emalında  fosforun  əsas  hissəsi, 

eləcə də bütün stronsium  gübrələrdə qalır və onlarla birlikdə torpağa düşür, 

uzun  müddət  superfosfatın  verilməsi  (tərkibində  adətən  1,5  %  F  olur)  tor-

paqda  bitkinin  asan  mənimsəyə  biləcəyi  F  formasına  səbəb  olur.  Ramansk 

təcrübə sahəsində fosfatlarla gübrələnən torpaqda F miqdarı nəzarətlə müqa-

yisədə demək olar ki, iki dəfə çoxdur. Flüorun bitkilərdə fizioloji rolu hələ 

kifayət  qədər  öyrənilməyib.  O,  bir  çox  fermentlərin  aktivliyini  pisləşdirir 

(azaldır),  bu  da  fotosintez  və  zülalların  biosintezi  proseslərinə  mənfi  təsir 

göstərir.  

Koplan – Diksin məlumatlarına görə, Qeyri-Qaratorpaq zonanın əkin-

çiliyində  istifadə  olunan  fosfatlardan  665  min  ton  P

2

O

5



  su  obyektlərində 

toplanır: 

-

 

gübrələrin  daşınma  və  saxlanmasında  itki  olur  (34%  bütün  daxil 



olan) 

-

 



səthi  yuyulma  və  axınlarda  suda  həll  olunmuş  halda  və  eroziya 

məhsulları ilə birlikdə (21% bütün daxil olan miqdarın) 

-

 

aqrar  dövriyyədən  fosforun  düşməsi  nəticəsində  kommunal  təsərrü-



fatda  üzvi  maddələrin  utilizasiyasının  olmasından  və  heyvandarlıq  üzvi 

maddələrin utilizasiyasının 50%-ə qədər azalmasından. 

P

2

O



5

-in  miqdarının  təbii  sularda  yüksəlməsi  su  mənbələrinin  evtrof-

laşmasına gətirib çıxarır: yosunların biokütləsi bir çox göllərdə və su anbar-

larında  hazırda  həmin  ərazidə  olan  ümumi  kənd  təsərrüfat  məhsullarından 

çoxdur. 

Hesablanmışdır  ki,  1  kq  fosfor  daxil  olan  su  mənbələrində  100  kq 

fitoplankton  əmələ  gəlir,  suda  fosforun  qatılığı  0,01  mq/l  olduqda,  suyun 

çirklənməsi  başlayır,  buna  səbəb  yosunların  kütləvi  inkişafı,  çoxalmasıdır. 

Bu zaman suda onun qatılığı 0,9-3,5 mq/l-ə çatır (Mineyev, 1990) 

Suyun çiçəklənməsi təkcə sudan istifadəni pisləşdirmir, həm də onun 

tərkibində  suda  həll  olmuş  üzvi  birləşmələrin  miqdarını  artırır,  yosunların 

kütləvi inkişafı suda PH-ı yüksəldir. Əl-tor Xolera xəstəliyinin 1970-1971-ci 

illərdə  35  ölkədə  sürətlə  yayılması  bu  hadisə  ilə  bağlıdır.  Bir  qayda  olaraq 



103 

 

insan,  yosunlarla çirklənmiş sudan istifadə  etmir, çünki  bu sular dadına və 



qoxusuna görə fərqlənir. Buna baxmayaraq, öz toxumalarında toksinlər top-

lanmış balıqla qidalandıqda ciddi zəhərlənmə baş verir. Heyvanlar isə belə 

sulardan istifadə etməyə məcbur olurlar. Dünyanın bir çox regionlarında iri 

buynuzlu  heyvanların  və  digər  kənd  təsərrüfat  heyvanlarının  kütləvi  qırıl-

ması baş verir.  

Su anbarlarında evtroflaşması suyun təmizlənməsini bahalaşdırır. Belə 

ki,  1985-ci  ildə  Dnepropetrovsk  su  anbarlarında  koaqulyantların  təmizlən-

məsinə  650  min  dollar,  rekreasiya  zonasının  təmizlənməsinə  3  milyon  900 

min dollar ildə xərclənir. 

Suların  təbii  yolla  təmizlənməsinin  uzunluğunu  nəzərə  alsaq  (300  il 

yeraltı sular üçün 3,5 il – axan göllər üçün, 0,5 ay – axan çaylar üçün), eləcə 

də  fosfor  gübrələrində  müxtəlif  qarışıqların  olduğunu  nəzərə  alsaq  fosfor 

gübrələrinin tətbiqlərinə ciddi nəzarət etmək lazım gəldiyi aydın olur. Fosfor 

gübrələrini tətbiq etdikdə aşağıdakı faktorları nəzərə almaq lazımdır: 

-

 

gübrə kimi istifadə olunan xammal materialını;  



-

 

gübrələrdə  olan  torpağı  çirkləndirən  ağır  metalların  yol  verilən 



səviyyəsini, radionuklidləri və digər toksiki elementləri (birləşmələri). 

-

 



torpağa fosfor gübrələrini verməyin lazımı əməliyyatlarını (işin apa-

rılma  vaxtını,  gübrələnən  sahənin  yerləşməsini  münasib  işlərin  aparmağa 

lazımı  şəraitin  olması  və  s.),  eləcə  də  torpağı  fosforitləşdirdikdə  ekoloji 

məhdudiyyətə riayət etmək (cədvəl 2.12.) 




Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin