98
Cədvəldən görünür ki, hər 1 kq azot gübrəsinin hesabına ispanaqda
7,55 mq, xaç-salatda 4,06 mq nitratlar toplanır.
N gübrələrinin dozasının artırılmasına deyil, eləcə də istehsal olunan
məhsulda, C bitaminin, şəkər və digər maddələrinin azalmasına, nəticədə
onun bioloji qiymətinin düşməsinə səbəb olur.
Tərəvəzlərdə nitratların toplanmasında istifadə olunan gübrələrin for-
ması və məhsulun yığılma müddəti də mühüm rol oynayır. nitratların miq-
darı bitkinin arqanlarından da asılı olaraq fərqlənir. Onlar ksilema və toxu-
malarda, vakuolları yaxşı inkişaf etmiş hüceyrələrdə və digər hissələrdə çox
olur. Bitkinin bu orqanlarda qida maddələri nəql olunur. Belə ki, kökdə,
gövdədə və yarpaq pulcuqlarında nitratlar daha çoxdur, nəinki yarpaq
ayasında. Generativ orqanlarda nitratlar ya olmur və ya vegetativ orqanlara
nisbətən dəfələrlə az olur.
Azot gübrələri təbii suları çirkləndirir. Su obyektlərində N-un olması
həm təbii, həm də antropogen faktor kimi müəyyənləşdirilir. Məsələn, N
gübrələrinin saxlanma, hazırlanma və tətbiq prosesində texnoloji pozuntular
verilən miqdarın 3-20%-ə qədəri su obyektlərinə düşür ki, bu da neqativ
nəticələr verir.
Nitratların yuyulma prosesi çəmənliklərin şumlanmasını tezləşdirir,
növbəli əkində dənli və becərilən bitkilərin payını artırır, aralıq bitkilərin
becərilməsini tam və ya qismən inkar edir (cədvəl 2.11.)
Dostları ilə paylaş: