edən produtsentlər tutur (avtotrof həlqə). Məhz bu həlqədə texnogenezin
məhsulları, xüsusilə qaz-toz tullantıları, birbaşa və dolayı yolla toplanır.
88
müəyyən olunur.
ġəkil 2.4. Zəncirdə mümkün olan əsas əlaqələr: zərərli təsirlər- bitki-
heyvan (Dassler və Bortitz, 1971)
Əsas görünməyən təsirlərə daxil edilir: bitki materiallarının zəhərli
maddələrin qazformalı və bərk komponentləri ilə çirklənməsi, hansı ki,
bitkinin ayrı-ayrı hisələrilə udulur, daxildə toplanır və ya yapışır (bəzi
komponentlər ilkin olaraq bitki və onun ayrı-ayrı orqanları üçün təhlükəli
olmasalar da, bitki materialının sonrakı istifadəsi zamanı zəhərli ola bilər);
bitkilərdə qısa müddətdə baş verən maddələr mübadiləsi reaksiyalarında
(məsələn, çirkləndirici inqridientlərin yüksək qatılığında) onlar gizli ilkin
təsirlər kimi özünü büruzə verirlər, hansı ki, mühitin digər fgaktorları ilə
birləşdikdə neqativ təsirləri güclənir; hüceyrə daxilində struktur dəyişmələri
baş verir.