ġəkil 2.3. Əlvan metallurgiya müəssisələri rayonunda bitki örtüyünün
vəziyyəti (Lazanovski və b., 1998)
Şəkil 2.3 texnogen proseslərin formalaşması və sonrakı təsirlərini gös-
tərir. İntensiv qaz-kül tullantıları mənbələri olan regionlarda bitki örtüyünün
deqradasiya dərəcəsinə görə zonalar kəskin fərqlənir: bitki olmur və ya
güclü məhv olur (―texnogen səhra‖ zonası); zəif məhv olmuş və zədələn-
məmiş (fon). Baxılan halda çirklənmiş torpaq və bitki sahəsi 19 min hektar,
onlardan 1,7 min hektarı çox güclü məhv olmuş zonadır.
İ.N.Lozanovskaya (1998) atmosfer havasının və torpağın qaz-gil tullan-
tıdan çirklənməsindən, təbii fitosenozların pozulması və hətta tam məhvindən,
bitki növlərinin mümkün olan floristik dəyişkənliklərindən, texnogen geokim-
yəvi əyalətlərin formalaşmasından və s. danışarkən ona diqqət yetirir ki, aktiv
çirklənmə zonası 5-10 km, bəzi hallarda otlarla km-lərlə uzana bilər.
Əgər aqroekosistemlərə diqqət yetirsək aşağıdakıları qeyd etmək olar.
Texnogenezin nəticələri torpağın vəziyyətinə mənfi təsir edir. Məsələn, tor-
pağın şum qatında yağış qurdlarının sayı tullantı mənbələrinə məsafəsindən
və istiqamətindən asılıdır. (E-şərq, W –qərb) (Luks 1981)
U* 250 E 600 E 750 E 950 E
S** 0 0,5 5 7,5
U 1150 E 1400 E 1500 E 400 W
87
S 9 16 33 63
U
*
-tullantı mənbəsindən uzaqlığı, m
S
**
torpağın 100 l şum qatında yağış qurdlarının sayı.
Bu arealın torpaqlarının tərkibində mində 200...2000 hissə As,
mində 100..200 hissə Pb və mində 1000 hissə Zn olur. Şum qatına qədər
600 m məsafədə yağış qurdları praktiki olaraq olmur, bu torpağın
―ölməsini‖ təsdiq edir.
Çirklənmənin təsiri nəticəsində aqroekosistemin məhsuldarlığı aşağı
düşür (cədvəl 2.8). İki il ərzində sağılan inəklərin çirklənmiş yemlərlə yem-
lənməsində süd məhsulu təmiz yemləmələrlə yemləndirilənlərdən 19,8%
aşağı olur. Çirklənmiş yemlərlə yemləndirilən iri buynuzlu mal-qaranın çə-
kisi 19,4-37,5% aşağı düşür.
Dostları ilə paylaş: |