2.2.2. Ətraf mühitin çirklənməsi
Çirklənmə. Texnogeniz təsirin inteqral göstəricisi təbii ətraf mühitin
çirklənməsidir. Dar mənada çirklənmə hər hansı mühitə yeni, onun üçün
xarakterik olmayan fiziki, kimyəvi və bioloji agentlərin gətirilməsi və ya bu
agentlərin orta çoxillik təbii miqdarının yüksəldilməsidir. Məsələn, ―Təbiət
mühafizəsinin lüğətində‖ (1995) belə təyinat verilir: çirklənmə - öz yerində
olmayan, öz vaxtında və öz miqdarında (təbiət üçün təbii olan) olmayan,
təbii sistemi tarazlıqdan çıxaran, adət müşahidə olunan normadan
fərqləndirən hər şeydir. Çirklənmə istənilən agentdən baş verə bilər.
çirklənmə antropogen təsirlərdən baş verə bilər.
Ekoloji nöqteyi-nəzərdən çirklənmə təkcə yad komponentlərin
gətirilməsi deyil. İstənilən halda çirklənmə obyekti biosferin elementar
struktur vahidi – biogeosenoz olur, yadcinsli maddələrin olması ekoloji
faktorların təkamüldə formalaşmış rejimini dəyişir. Bu da mübadilə -
məhsul proseslərinin pozulmasına uyğun olaraq, bütövlükdə biogeosenozun
məhsuldarlığının düşməsinə səbəb olur. Çirklənmə ekoloji sistemlərin
deqradasiyasına gətirən ―maneələr‖ kompleksidir.
Q.V.Stadnitski və A.L.Radionovun fikrincə ekoloji nəzərdən çirklən-
dirici təsirlər daha adekvat əks olunur: istənilən ekoloji sistemin canlı kom-
ponentin struktur dəyişkənliyinə, maddələr dövranını qırır (arası kəsilir),
onların assimilyasiyasını enerji axınını dayandırır, nəticədə verilən ekosis-
temin məhsuldarlığını azaldır və ya ekosistemi dağıdır.
Əlbəttə ―çirklənmə‖ termininin Ağ evin (ABŞ, 1965) komissiyasının
məruzəsinin geniş mənası verilib. ―Ətraf mühitin keyfiyyətini bərpa etmək
üçün‖: çirklənmə ətraf mühitin əlverişsiz dəyişkənliyidir, hansı ki, bütöv-
lükdə və ya qismən insan fəaliyyətinin nəticəsidir; birbaşa və ya dolayısı ilə
ötürülən enerjinin paylanmasını dəyişir, radiasiyanın səviyyəsini, ətraf
mühitin fiziki-kimyəvi xassələrini və canlıların yaşama şəraitini dəyişir. Bu
dəyişikliklər insana birbaşa və ya dolayısı ilə kənd təsərrüfatı resurslarından
təsir edə bilən, sudan və ya digər bioloji məhsullardan keçə bilər. Əşyaların
fiziki xassələrini pisləşdirməklə də insana təsir edə bilərlər.
Öz fəaliyyətinə görə çirklənmə arzuolunmaz maddələr, (itkisidir)
enerji, əmək və vəsait itkisidir, hansı ki, xammal və materialların alınma-
82
sında istifadə olunur, geriyə dönməyən tullantıların artmasına, biosferdə
paylanmasına səbəb olur. Çirklənmə ekoloji sistemlərin dönməyən dağıl-
masına səbəb olur, mühitin qlobal fiziki-kimyəvi parametrlərinə təsir edir;
çirklənmə nəticəsində məhsuldar torpaqların itkisi baş verir. Ekoloji sistem-
lərin məhsuldarlığı aşağı düşür və bütövlükdə biosferin çirklənməsinin in-
sanların fiziki və mənəvi vəziyyəti birbaşa və ya dolayısı ilə pisləşir. Bey-
nəlxalq konvensiyanın materiallarında (1991) istehsal və obyektlərin aşağı-
dakı növləri ekoloji təhlükəli hesab olunur.
Atom sənayesi; energetika (atom, hidroqrafik və istilik elektrik stansi-
yaları, iri yanacaq yandırma qurğuları); qara və əlvan metallurgiya (dönmə-
yə marten peşələrinin qurulması, əlvan və qara metalların təşkili, maşın-
qayırma və metal emalı müəssisələri); neft-kimya, neft və qaz emalı; kimya
sənayesi (kimyəvi kombinatlar, asbest istehsalı, şüşə, mineral gübrələr,
pestisidlər və b.); faydalı qazıntı yataqları (neft və qaz daxil olmaqla); neft
və qazın, onların emalı məhsullarının daşınması; sellüloza, kağız, karton
istehsalı; toksiki və zəhərli tullantıların daşınması; döyüş ehtiyatlarının,
partlayıcı maddələrin və raket yanacaqlarının istehsalı, saxlanması və məhv
edilməsi, neft, neft-kimyəvi, kimyəvi, kimyəvi məhsulların, pestisidlərin
saxlanası üçün iri anbarlar; yol salınması (avtostrad) dəmir yol trasları, en-
mə zolağı 2000 m-dən çox olan aeroportlar; kənd təsərrüfatı obyektləri (hey-
vandarlıq kompleksləri, quşçuluq fabrikləri, meliorasiya sistemləri); səthi və
yeraltı suların iri su bəndləri; iri platinlər və su anbarları, böyük sahələrdə
meşələrin qırılması; yüngül sənaye (təmizləmə fabrikləri, yunların ağardıl-
ması, dəri zavodları, boyayıcı fabriklər). Göstərilən daimi mənbələrdən
başqa təbii ətraf mühiti böyük şəhərlərdə avtotransport, onlardan çıxan qaz
tullantıları böyük miqdarda çirklənmə mənbələridir.
Çirkləndirici faktorların təsnifatı. Çirkləndirici faktorlar fiziki-kimyəvi
parametrlərinə görə mexaniki, fiziki (energetik), kimyəvi və bioloji olurlar
(bölünürlər). Çirklənmənin mexaniki mənbəyi atmosferdə inert kül hissəcik-
ləridir, bərk hissəciklər suda və torpaqda müxtəlif cisimlər çirklənmənin
kimyəvi mənbəyi qaz formalı, maye və bərk kimyəvi elementlər və birləş-
mələrdir. Atmosferə düşən və təbii ətraf mühitin komponentləri ilə qarşılıqlı
təsirdə olan, çirklənmənin fiziki (energetik) mənbəyi istilik, səs-küy, vibra-
siyalar, ultrasəs, görünən infraqırmızı və ultrabənövşəyi işıq enerjisi spektr-
ləri, elektromaqnit sahələri, ionlaşdırıcı şüalar.
Bioloji çirklənmələr müxtəlif növ orqanizmlərlə bağlıdır, (insanın işti-
rakı ilə yaranan, onun özünə və canlı təbiətə ziyan vuran) son vaxtlar təbii
landşaftların və peyzajların urbanizasiyasının pozulması da çirklənməyə
daxil olub.
83
F.Ramad (1981) qeyd edir ki, çoxsaylı kriteriyalarına görə çirkləndiri-
cilərin hər bir təsnifatı qənaətbəxş ola bilməz. Müasir təsəvvürlər dünyasın-
dada ekoloji sistemlərin çirklənmə təsnifatı daha dolğundur (Stadnitskiy,
Radiona, 1988. şəkil 2. 1.).
Dostları ilə paylaş: |