2.2.
Texnogenez Ģəraitində aqroekosistemlərin funksiyalaĢması
2.2.1. Texnogenez
İnsanlar təbii mühitin maddə və problemlərini fasiləsiz dəyişməklə və
yenidən formalaşdırmaqla özünə əlverişli şərait və yaşama mühiti yaradır.
Cəmiyyətin inkişafının daha yüksək pilləsində mü-hitin özünün yenidən
formalaşması baş verir. Nəticədə hər bir əmək məhsulu insanla təbiətin bir-
gə təsirinin nəticəsi kimi üzə çıxır, cəmiyyətin istehsal gücünün inkişafının
səviyyəsi isə belə qarşılıqlı təsirin miqyasında əks olunur. İstehsal gücündən
asılı olaraq təbii-ehtiyyatlar potensialından istifadə genişlənir, ictimai isteh-
sal təbii mühitin ―iştirak‖ dərəcəsi artır ki, nəticədə təbii komplekslərə və
onların komponentlərinə birtərəfli antropogen təsirin daim güclənməsi ilə
şərtlənir. Şübhəsiz ki, belə təsirlərin birbaşa nəticəsi texnogenez prosesinin
formalaşması və inkişafıdır.
Texnogenez – bu insanın istehsal fəaliyyətinin təsirindən təbii kom-
plekslərin dəyişməsi prosesidir. Biosferin yenidən formalaşması ilə nəticə-
lənir. Burada çoxsaylı geokimyəvi proseslər baş verir (insanların texniki və
texnoloji fəaliyyətinə bağlı), bir çox kimyəvi elementlərin qatılaşması və
yenidən qruplaşması, onların mineral və üzvi birləşmələri yaranır.
İnsanın sənaye, kənd təsərrüfatı və digər çoxplanlı fəaliyyəti nəti-
cəsində müxtəlif formalı maddənin böyük həcmdə texnogen miqrasiyası baş
verir. Bunların çoxu təbii ətraf mühiti çirkləndirir (cədvəl 2.5, 2.6, 2.7).
Kənd təsərrüfatının payına 1970-ci ildə 39%-dən çox tullantı düşür.
Bu rəqəm son vaxtlar xeyli artıb. Bunu təbiətin mühafizəsi tədbirlərində nə-
zərə almaq lazımdır, belə ki, texnogenez prosesləri, bir qayda olaraq ener-
80
getik, sənaye və nəqliyyat təsiri ilə izah olunur. Kənd təsərrüfatı tullantıları
struktur spesifikasından və onların sonrakı transformasiyasından özünəməx-
susluğu, təbii komponentlərlə (torpaq, su və b.) birbaşa təsiri çox aktiv baş
verir.
Dostları ilə paylaş: |