2.1.5. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası
Məlumdur ki, yer atmosferinin yuxarı qatınm 1 sm
2
-a hər daqiqa 2 ka-
lori Günəş enerjisi düşür, bu günaş sabiti və ya konstantı adlanır. Işıq enerji-
sinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox deyildir. Günəş spek-
trinin yalnız FAR (dalgasının uzunluğu 380-710 nm, günaş radiasiyasının
21-46%-ni təşkil edən fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi
fotosintez prosesinda iştirak edir. Təbii və aqroekosistemlər fəaliyyət xüsu-
siyyətlərinə görə aşağıdaki fərqli xüsusiyyatlara malikdir.
74
1.Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə
xarakterikdir, bu onların əsaslı xassəsi - davamlılığa yönəldir, qruplaşanın
davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır. Aqro-
ekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin baş-
lıca istiqaməti suni usul olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məh-
suldarlığını yüksəltməkdir.
İnsan tərəfindən mədəniləişdirilmiş bitki və heyvan növləiri suni
seçmə hesabına «təkamül» keçirir və insanın köməyi olmadan onlar vəhşi
növləirləi rəqabətə girmək qabiliyyətinə malik deyildir.
2.Təbii eekosistemlərdə fıtosenozun ekoloji tərkibinin müxtəlifliyi
ayrı-ayrı illərdə hava şəraitinin tərəddüdü zamanı onun davamlığını təmin
edir. Bir neçə bitki növünün məhv olması digər növləirin məhsuldarlığının
yüksəlməsinə şəraityaradır. Bunun nəticəsində ayrı-ayrı illəirdə ekosistemdə
fıtosenoz bütvölükləi məhsulün müəyyən səviyyədə saxlanma qabiliyyətinə
malik olur. Tarla bitkiləirinin aqrosenozu isə monodominant, çox vaxt isə
eyniçeşidli qruplaşma kimi tazahür olunur. Əlverişsiz faktorların aqroseno-
zun bütün bitkiləirinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafı-
nın sıxılması (zəifləməsi) digər bitkiləirin sürətlə inkişafı ilə kompensasiya
oluna bilməz. Bunun nəticəsində aqrosenozun məhsuldarlığınm davamlılığı
təbii ekosistemlərdən aşağıdır.
3.Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müx-
təlifliyinin mövcudluğu bütün vegetasiya dövründə fıtosenoza tam (bütöv)
sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyatakeçirməyə, istilik,
rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməəa
imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya
mövsümündən qısa olur. Təbii fitosenozlarda müxtəlif bioloji ritmlara malik
olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında maksimum bio-
kütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və
inkişaf mərhələlərinin ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqro-
senozlarda isə eyni vaxtda baş verməsi məhsulverma prosesi ritminin müx-
təlif olmasına gətirib çıxarır.
4.Təbii və aqroekosistemlərin nıühüm fərqi ekosistemlərin daxilində
maddələr mübadiləsinin kompensasiya (əvəz) olunma dərəcəsi hesabolunur.
Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi elementlər)qapalı tsikllə,
yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə
tsiklə daxil olması orta hesabla tsikldən xaric olanmaddələrin miqdarına bə-
rabər olur, bu səbəbdən də tsikl daxilində hərbloka daxil olan maddə, təxmi-
nən oradan çıxan maddəyə bərabər olur.
75
Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrose-
nozlarda maddələrin bir hissəsi ekosistemdən birdəfəlik götürülür.
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə
insan tərəfindən idarə olunur. Məqsədinə çatmaq üçün insan aqrosenozda
təbii faktorların təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin böyümə və
inkişafına, xüsusilə qida məhsul vermə komponentlərə üstünlükverilir. Bu-
nunla əlaqədar əsas vəzifə minimal enerji və maddə sərf etməklə məhsul-
darlığın yüksəlməsinə şərait tapmaq, torpağın münbitliyini artırmaqdır. Bu
vəzifənin həlli aqrofıtosenozlar tərəfındən təbii resurslardan daha tam
istifadə etmək və aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olu-
nan tskillərini yaratmaqdır. Resurslardan istifadə dolğunluğu şortun genetik
xüsusiyyatləri, vegetasiyanın uzunluğu, birgə səpinlərdə komponentlərin
müxtəlif cinsliliyi və s. ilə müəyyən olunur. Buna görə M.S.Sokolov və b.
(1994) belə nəticəyə gəlir ki, aqrosistemlərin vəziyyətinə ən ciddi nəzarət
daha çox enerji sərfı tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. Bu
qrupa yarımaçıq sistemlər aiddir, burada xarici mühitlə (istixana, heyvan-
darlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral
və üzvi maddələrin dövranı tənzimlənir və yüksək dərəcəda nəzarət olunur.
Bu idarəolunan aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər - açıq
sistemlərdir. İnsan tərəfindən effektiv nəzarət nə qədər çox olarsa, onlar bir
o qədər sadə olar.
Yarımaçıq və açıq sistemlərda insanın sayi orqanizmlərin böyüməsinə
optimum şəraiti təmin edir və onların tərkibinə ciddi bioloji nəzarət olunur.
Buradan aşağıdaki praktiki məsələlər meydana gəlir:
-birincisi, mümkün qədər arzu olunmayan növləri tam kanarlaşdırmaq;
-ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin
seçilməsi;
-bütövlükdə qurumuş bitkilər və ölmüş fıtofaqlarla birlikdə əvvəl
udulmuş enerjinin ölü üzvi maddələrin tərkibinda saxlanır, ondan bir qədər
çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kanar edilir.
Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə
zəruri olan qida və bir çox texniki resursları əldə edir. Qeyd edildiyi kimi,
sayca artan bəşəriyyətin qida (ərzaq) ilə təmin edilməsi problemi -başlıca
olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək
problemi hesab olunur.
Ekoloji sistemlərin insanın təsiri ilə əlaqədar dağılması və ya çirk-
lənməsi bilavasitə enerji axınının maddələrə daxil olmasının kəsilməsinə
(dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə sə-
bəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə - aqroekosistemin
məhsuldarlığının aşağı düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olun-
76
duqdan sonra ikinci mühüm vəzifənin - məhsuldarlığın artırılması vəzi-
fəsinin həlli mümkün ola bilər.
XX əsrin 90-cı illərində şumlanan torpaqların ilk illik məhsuldarlığı
planetimizdə 8,7 mld. ton, enerji ehtiyatı isə 14,7-10
16
kC təşkil etmişdir.
Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir.
Bu hadisəni Ç.Elton «ekoloji partlayış» adlandırır. Tarixən belə «ekoloji
partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə fitoftor göbaləyi Fransada
bütün kartof sahəbrini məhv etmiş və açlığa səbəb olmuşdur. Kolorado bö-
cəyi Amerikada Atlantik okeanına qədər yayılmış, XX əsrin başlangıcında
Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa hissəsinə keçmişdir.
Müharibənin sonraki ağır illərinda bu böcək Rusiyanın bütün tarlalarını
«boşaltmışdır». Bu hadisənin qarşısnıı almaq üçün zərərvericilərin sayını
suni yolla nizamlamaq tələb olunur. Lakin kənd təsərrüfatı praktikasında bu
yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələş-
dirilməsi ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii
landşaftları aqrotəsərrüfat landşaftına çevirmək olmaz, onun müxtəlifliyini
qorumaq üçün toxunulmayan qoruq sahəları saxlanılmalıdır. Bu sahəlar təbii
qruplaşmalarm suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.
Dostları ilə paylaş: |