M ü n d ə r I c a t


Aqroekosistemlərin əsas tiplərinin ümumilaĢdirilmiĢ xarakteristikası



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə84/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   437
Aqroekosistemlərin əsas tiplərinin ümumilaĢdirilmiĢ xarakteristikası 

(Qazıəhmədov, Naumova, 1996) 

        


                                      

Aqroekosistemlərdə  bəzi  proseslər  təbii  sistemlərdaki  kimi  getmir. 

Belə  ki,  təbii  ekosistemlərdə  suyun  infiltrasiyası  (süzülməsi)  yüksək  olub, 

səth sularını xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir. 

Təbii şəraitdə bitki örtüyü bütün il boyu eroziyanın qarşısını alır. 

Təbii ekosistemlərdə üzvi kalloidlər yüksək miqdarda olur, bu da tor-

pağın  ion  mübadiləsini  və  su  saxlama  qabiliyyətini  artırır.  Aqroekosistem-

lərdə  uzun  müddət  torpağın  becərilməsi,  həmçinin  suvarılması  nəticəsində 

maddələrin  oksidləşməsi  və  dağılması  ila  əlaqədar  torpaqda  kalloidlərin 



73 

 

itməsi  baş  verir.  Üzvi  maddələrin  oksidləşməsi  ilə  paralel  olaraq  həm  da 



intensiv  minerallaşma  gedir,  bu  da  üzvi  maddələrin  mütahərrik  hissəsinin 

xeyli itirilməsinə gətirib çıxarır. Aqroekosistemlərdə oksidləşmə və mineral-

laşma  prosesləri  bitki  örtüyünün  sıxlığının  azalması  və  torpağın  tem-

peraturunun artması nəticəsində güclənir. 

Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosistemə 

nisbətən  daha  qapalı  gedir,  çünki  burada  onların  böyük  hissəsi  məhsulla 

çıxarılır. Aqroekosistemlərdə torpaqdan qaz halında olan azotun itkisi təbii 

ekosistemlərlə  müqayisəda  xeyli  yüksəkdir,  bu,  denitrifikasiya  mikroor-

qanizmlərin yüksək aktivliyi nəticəsində baş verir. 

Təbii  ekosistemlərdə  bitkinin  qida  elementlərini  udma  qabiliyyəti, 

torpaqda  onların  mənimsənilmə  formalarının  əmələgəlmə  sürətindən 

yüksəkdir.  Təbii  ekosistemlərin  bitkiləri  daha  çox  müxtəlif  kök  sisteminə 

malikdir,  bu,  onun  torpaq  profilindən  tam  istifadəsinə  imkan  yaradır. 

Aqroekosistemlərdə  aqrotexnika,  həm  rütubətdən  istifadə  effektliyini  aşağı 

salır,  həm  da  yuyulma  prosesi  nəticəsində  qida  maddələrinin  torpağın  kök 

sistemi  yerləşən  qatından  da  kənara  aparılması  təhlükəsi  yaranır.  Təbii 

ekosistemlər  üç  əsas  həyattəminedici  funksiya  daşıyır  (yer,  vasitə,  şərait). 

Onlardan fərqli olaraq aqroekosistemlərdə qida, yem, dərman və xammal re-

sursunun ilkin manbəyi kimi mümkün maksimum miqdarda məhsul əldə et-

mək  formalaşır,  yəni  aqroekosistemin  funksiya  sı,  əsasən,  həyat  vasitasi 

kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstutumlu və təbiəti dağıdıcı aqro-

ekosistemlərin üstünlük təşkil etməsidir. 

Aqroekosistemin elmə əsaslanmış təşkili yerli landşafta və bütövlükdə 

ərazinin təsərrüfat istifadəsinə adekvat (tam uyğun), səmərəli təbii və təbii-

təsərrüfat infrastrukturunun yaradılmasını nəzərda tutur. 

Aqrolandşaftın  təşkili  təbii  komplekslərin  konturlarına  yaxın  olma-

lıdır,  bu,  aqrolandşaftın  optimallaşdırılması  ilə  yerinə  yetirilir.  Lakin  bu, 

ekoloji  əsaslanmış  aqroekosistemin  yalnız  görünən  hissəsidir.  Landşaft  - 

ekoloji  tarazlığı  saxlayan  kütlə  və  enerji  mübadiləsinin  «daxili»  prosesləri 

daha mürəkkəbdir. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin