mosferdə maddi və energetik çevrilmələrin və yer dəyişmələrin müxtəlif
prosesləri daxildir. Həyatın yaranması ilə bu dövran və axınlar intensivlə-
78
xarakterinə toxunur və dəyişdirir. Aqroekosistemlər, şübhəsiz ki, bu dəyişik-
likdə bilavasitə iştirak edərək (özü də yüksək dərəcədə), qisman maddənin
dövranının seyrəlməsinə səbəb olur. Belə ki, planetdə aqroekosistemin
kimyalaşdırılmasının təsiri ilı azotun dövranının seyrəlməsi nəticəsində o,
suda, torpaqda toplanır və təxminən 10 mln. tona qədəri atmosferə qayıtmır.
Biogen maddələrin izafi toplanması təbii suların çirklənməsinə, torpaqda
arzuolunmaz proseslərin inkişafına səbəb olur. Kənd təsərrüfatı maddənin
təbii dövranı və enerji axınını, onların intensivliyini və yerdayişməsinin
trayektoriyasını dəyişdirir. Suni sintetik maddələrin, o cümlədən, ksenobio-
tiklərin dövrana daxil edilməsi xüsusilə təhlükəlidir.
Təbii sistemlərdə qida maddələrinin daxili dövranı, həcminə görə on-
ların atmosferdən daxil olmasından və torpaqdan yuyulma itkisindən çoxdur
(a bloku). Idarə olunan (nizamlanan) kənd təsərrüfatı ekosistemində (b
bloku) qida maddələrinin yayılması (paylanması) dəyişir, bu, onların ilkin
produsentlərdən istifadəçilərə (konsumentlərə) ötürülməsinin azalmasında,
həmçinin bu maddələrin redusentlərə daxil olma rejiminin sonraki qanu-
nauyğun dayişməsindaə tazahür olur.
Aqroekosistemlərdə belə vəziyyətin alınması pestisidlərdən istifadə
edilməsi və aqrotexniki tadbirlərin aparılması olmuşdur. Bu, torpağın
sonraki becarilməsinda bitki qalıqlarmm torpağa ötürülməsi redusentlərin
aktivliyini artırır. Aqroekosistemin idarə olunması (nizamlanması) sayəsin-
də qida maddələrinin adi («konservativ») dövranı dəyişməsi və onun abiotik
vəziyyətə keçmaə sürətinin yüksəlməsi müşahidə olunur. Aqroekosistem-
lərdə təbii sistemlərə xas olan özünütanzimləmə xassəsi dəyişir, bu isə
biotik davamlığın aşağı düşməsinə aparır.
Bütün ekosistemlər təkamül prosesində təşəkkül tapan hərtərəfli (uni-
versal) təbii proseslər - biogeokimyəvi tsiklləri keçməsi əsasında fəaliyyət
göstarir. Homeotaz prinsiplərinə uyğun olaraq, ekosistemi formalaşdıran hər
hansı bir funksional (fəaliyyətdə olan) komponentlərin aşkar dəyişməsi,
digər komponentlərin də əhəmiyyətli dərəcədə dəyişməsinin ilkin səbəbi ola
bilər; bu zaman sistemin əvvəlki daxili quruluşu pozulur (bitki və heyvan
qruplaşmalarının tərkibi, üzvi maddələrin dominantlığı və s.). Belə halda da
homeostaz yeni səviyyəyə keçirsə, o zaman eksistemin sabitliyi saxlanılır.
Əgar funksional (fəaliyyətdə olan) komponentlərin hər hansı biri sıradan
çıxarsa və ya effektliyini itirarsə, o zaman abiotik faktorların təsiri ilə eko-
sistem dağıla bilər, məsələn, eroziya prosesinin təsiri ilə.
Ekosistemin stabil fəaliyyətina nail olmaq və deqradasiya proses-
lərinin baş verməsinin və inkişafının qarşısını almaq üçün daima məqsəd-
yönlü işlər yerinə yetirilməlidir: bioloji məhsuldarlığın xüsusiyyətlərini elmi
cəhətdən dərk etmək, praktiki fəaliyyətdə məqsədyönlü istiqamət formalaş-
79
dırmaq. Perspektivdə suni törəmələrin xassələri təbii ekosistemlərin xassə-
lərinə maksimum yaxınlaşmasını təmin etməlidir, əslində bunun aqrosis-
temdə kütlə və enerji mübadiləsi xüsusiyyatlərinə əsaslanan aqroekoloji
həlli tapılmalıdır.
Aqroekosistemin məhsulvermə prosesi ayrı-ayrılıqda təsir göstərən
abiotik (yeri, günəş radiasiyası,
istilik və su rejimi, mineral qidalanma və s.),
biotik və antropogen faktorlardan deyil, eyni vaxtda (aparılan) bu faktorlarm
kompleksindən asılıdır (faktorlararası qarşılıqlı təsirin mürəkkəb kombina-
siyasının yekunlaşdırıcı vektörü). Aqroekosistemin məhsuldarlığı insanın
idarə olunması (nəzarəti) altında becarilən bitki və ətraf muhit arasında mad-
dələr mübadiləsi və enerji çevrilməsi proseslərinin intensivliyi və istiqaməti
ilə təmin olunur. Aqroekosistemin bioloji təşkilinin ekosistem səviyyəsi son
nəticədə idarəetmənin keyfiyyətindən, onun təbiətə uyğunluq dərəcəsindən
asılıdır.
Dostları ilə paylaş: