yüksəldilməsinin ən təsirli və real (düzgün) yolu hesab edilməlidir. Aqro-
ekosistemlərdə qarışıq və birgə səpinəri mexaniklaşdirmək işlərini yüksək
səviyyədə təşkil etməklə aparmaq olar. Kənd təsərrüfatı bitkilərinin səpini
lik olan rayonlarda bitkilərin müxtəlif kombinasiyasından istifadə olunur:
qarğıdalı ilə. Taxıl və paxlalıların optimal seçimində səpinərin məhsuldarlığı
və zülalın çıxımı yüksəlir.
paxlalı bitkilərin fıksə etdiyi azotdan istifadə edən taxıl bitkisinin dənində
enerji (energetik) balansı dəyişir. Planetin müxtəlif təbii zonalarının enerji
1. Tropik tip - fasiləsiz vegetasiya üçün şərait yaradan yüksək istilik
təminatı ilə səciyyələnir. Burada əkinçilik, əsasən, çoxillik bitkilərin üs-
tünlük təşkil etdiyi (ananas, banan, kakao, kofe, çoxillik pambıq və s.)
aqroekosistemlərin fəaliyyətinə əsaslanır. Birillik bitkilərdən ildə bir neçə
77
dəfə məhsul götürülür. Bu aqrosistem üçün il ərzındə daim tarla işlərinin
aparılması ilə əlaqədar fasiləsiz antropogen enerjinin daxil edilməsinə
təlabatmın olması səciyyəvidir.
Subtropik aqroekosistem tipində maddənin və enerji antropogen
axınının intensivliyi aşağıdır. Əsasən iki vegetasiya dövrünün (yay və qış)
mövcudluğu səciyyəvidir. Yaxşı nəzərə çarpan sakitlik dövrü keçirən çox-
illik bitkilər bitir (üzüm, çay, portağal, feyxoa, pekan, adi qoz və s.). Yay
dövrünün birillik bitkilərinə qarğıdalı, çəltik, soya, tərəvəz və s. aiddir.
Mülayim aqroekosistem tipi yalnız bir (yay) vegetasiya dövrü və
uzunmüddətli qış sakitliyi dövrü ilə səciyyələnir. Antropogen enerjinin
müdaxiləsinə ən yüksək təlabat yaz, yay və payızın başlangıcında olur.
Qütb tipli aqroekosistemlərdə əkinçilik oçaq (manba) xarakteri daşı-
yır. Aqroekosistemlər ərazicə və becarilən bitkilərlə (yarpaqlı tərəvəz, arpa,
bəzi kökümeyvəlilər, faraş kartof) məhdudlanır.
Arktik tipli aqroekosistem açıq torpaq şəraitində mövcud deyil. İstilik
dövründə olduqca aşağı temperatur olduğundan mədəni bitkilərin becəril-
məsi mümkün olmur. Yay dövründə uzun müddətli mənfi temperatur ol-
maqla soyuq hava şəraiti sürür. Yalnız qapalı şəraitdə bitkinin becərilməsi
mümkündür.
Aqroekosistemin məhsuldarlığının artırılması seleksiyada yüksək
məhsuldar və davamlı sortların alınmasına yönəldilən inkişafdan asılıdır.
Bununla yanaşı, aqroekosistemin təşkilində məhsuldarlığın yüksəldilmə-
sində digər yol çox yaruslu aqroekosistemin (təbii çox yaruslu meşə seno-
zuna bənzər) yaradılmasıdır. Bir növlü aqroekosistemdən polikultur aqro-
ekosistemə keçmək təbiətdən istifadənin optimallaşdırılmasının perspektiv
məsələlərindən biridir.
Şübhəsiz ki, enerji yalnız fotosintez prosesini təmin etmək üçün deyil.
Qeyri-üzvi və üzvi həyatla başa çatan (tamamlanan) istənilən prosesin ener-
jiya ehtiyacı var və yalnız onun istanilən miqdarda və qəbul edilən formada
mövcudluğu ilə həyata keçir.
Dostları ilə paylaş: