2.3.4. Kalium gübrələri
Ən çox yayılmış kalium gübrələrinə KCl – kalium xlorid, K
2
SO
4
–
kalium sulfat, təbii kalium duzları, əsasən silvinit və b. daxildir. Bu gübrələr
həm də mənfi təsir göstərə bilirlər: məsələn, silvinit təmizlənməsində qalit
tullantısı, (formalaşır) gilli-duzlu şlamlar, eləcə də toz-qaz tullantıları əmələ
gəlir. Duzlu tullantılar böyük sahələr tutur və torpağın və yeraltı suların
çirklənmə mənbəyinə çevrilir. Atmosfer çöküntülərinin təsiri altında həll
olmuş duzlar formalaşır, hansı ki, onların tərkibində duzların miqdarı 300
q/l-ə çatır. Onlar yeraltı sulara daxil olur, buxarlanmadan sonra isə torpağın
üst səthinə çıxır.
Güclü çirklənməni silvinit filizlərinin zənginləşdirmə məhsulları-gilli
duzlu şlamlar yaradır. Onları adətən 20-40 m dərinlikdə torpağa basdırılır.
Bu cür saxlanma yerlərində torpağın bataqlaşması və duzlaşması baş verir.
Kalium gübrələrinin tərkibində ballast elementləri (Cl, Na) olur, hansı
ki, sistematik olaraq yüksək dozada torpağa verilməsi nəticəsində toplanır
və torpağın məhsuldarlığını azaldır. Bu elementlər qurunt sularına düşür,
onlarda duzların qatılığını artırır. V. Q. Mineeyevin nəticələrinə görə Oka
çayının mənsəbində qurunt sularda Cl-un qatılığı 100 mq/l, Na – 15 mq/l
təşkil edir ki, bu da həmin elementlərin torpaqda və qurunt salarda olan miq-
darından, Okanın orta axımında Cl-dan 10 dəfə, Na – 3 dəfə çoxdur.
Gübrələrdə Cl-un miqdarının artması, çimli-podzol torpaqlara verilən,
onun qatılığını (miqdarını) dənlilərin kövşənində 4-5 dəfə, üçyarpaq yonca-
nın otunda 50-70 %, kartof yumrularında və lərgə-vələmir qarışığında 50-
100 % artır. Bu zaman torpağın şum qatında Cl-un miqdarı 60-290 % yük-
səlir. Bitkinin növündən asılı olaraq kalium gübrələrində olan Cd, Hg, Pb,
Al metalları az təhlükə yaratmır, hansı ki, canlı orqanizmlərdə toplanır ,
qrunt sularına daxil olur (cədvəl 2.13)
Dostları ilə paylaş: |