2.6.2. Kənd təsərrüfatı radioekologiyası haqqında ümumi anlayış
Kənd təsərrüfatı radioekologiyası aqroekologiyanın radionuklidlərin
aqrar sənaye istehsalında miqrasiyanı və ionlaşdırıcı suların bitki və hey-
vanlara, eləcə də bütövlükdə aqroekosistemə təsirinin öyrənən bölməsidir.
Kənd təsərrüfatı radioekologiyası radioaktiv çirklənmiş ərazilərdə kənd
təsərrüfatının aparılması prinsiplərini və kompleks mühafizə tədbirlərini iş-
ləyib hazırlayır. Aqroekologiyanın sərbəst istiqaməti kimi radioekologiyanın
mühüm əhəmiyyəti ondadır ki, süni radionuklidlərin daha qiymətli polyu-
tantlara aiddir. Radioaktiv çirklənmənin qlobal miqyasda yayılması və ra-
diasiya fonunun yüklənməsi müasir biosferdə ən mühüm neqativ dəyiş-
kənliklərdən biridir.
Radioekologiyanın sərbəst elmi təlim kimi formalaşmasında V.İ.Ver-
nadskinin (1863-1945) rolu böyükdür. Beləki, noosfera təlimini yaratmaqla,
biosferlə insan zəkasının vəhdətini və radioaktivlik hadisəsinin biotunu və
bütövlükdə mühitin təkamülündə xüsusi əhəmiyyətini göstərdi. Kənd
təsərrüfatı radioekologiyası bir elm kimi 1950-ci ildən yaranmağa başladı.
Xirosima və Naqasakidə nüvə silahının sınağından sonra biosfer qlobal ra-
dioaktiv çirklənməyə məruz qaldı. Kənd təsərrüfatı radioekologiyası termini
1956-cı ildə akademik D.N.Pryanişnikovun şagirdi V.M.Kleçkovski (bu el-
mi təlimin banisi) tərəfindən elmə gətirilmişdir. Kənd təsərrüfatı radio-
ekologiyasının inkişafında R.S.Rossel. L.Fredrikson, S.L. Komar, V.A.Kir-
şin, Q.N.Romanov, E.A.Federov və.b. rolu böyükdür.
İnsanı əhatə edən ətarf mühitə düşən radioakktiv maddə onun xarici
şualanmaya məruz qalır, radionuklid tərkibli kənd təsərrüfatı məhsulunu
168
qəbul edən insan həm də daxili şüalanmaya məruz qalır. Müxtəlif
radioekoloji hadisələrdən məhz daxili şüalanma insana ciddi zərər vurur.
Belə ki, 1986-cı ildə Çernobl AES-kı qəzadan sonra
137
Cs-lə şualanma qalan
digər şualanmanın 70-80%-ni təşkil edirdi. İnsanın daxili şualanmadan
çəkdiyi zərəri təyin etmək üçün kənd təsərrüfatı radioekologiyasının təd-
qiqatlarına böyük ehtiyac olduğu aydındır.
Radioaktiv şualanmanın biosferə təsirini öyrənən elm sahəsi radioeko-
logiya adlanır. Bu elmin baniləri V.Ç.Rentgen (1885) A.Bekkerel (1886),
M.Şkandinavskaya-Küri və P.Küri (1898) olmuşdur. Süni nüvə partlayışları
zamanı atmosferə 100-dən artıq izotoplar daxil olur. Bunlardan ən zəhərlisi
Zn, Ba, N, Xe (ksenon) olmaqla 100 km-lə məsafəyə yayılır. Təbii yolla
yaranan radioaktivlik əsasən rodon (-Rn, toron-Tn, aktion- An
219
) izotop-
larının atmosferə daxil oluması nəticəsində baş verir. İndiyədək elmə 40-dan
artıq təbii və 200-dən çox süni parçalanma nüvələri məlumdur. Radioaktiv
şualanmanın üç növü var: α-(+) yüklü hissəciklər nəsilindən ibarət olan
şualar β-(-) şüalar və qısa dalğalı elektromaqnit şüalarıdır. α -2000 km/san β
- 200000 km/san: γ- 300000 km/san sürətlə yayılır (şəkil 2.17) .
Dostları ilə paylaş: |