hansı ki, istehsal texnologiyalarının, ocümlədən aqrokimyəvi maddələrin,
təmizlənmiş tullantılarını fosforla zənginləşdirməklə (100 q/kq-a qədər),
160
Gübrə kimi istifadə olunan çirkab suların təmizlənməsi üçün müxtəlif
maddələr istifadə olunur: əhəng, ionmübadilə smolı, sintetik sorbentlər.
Elektroliz, əks osmos effektiv metodlardır. Bir çox mikroorqanizmlərin bəzi
metalları konsentrasiya etmə qabiliyyəti diqqətə layiqdir. Bu yolla mis, uran
və digər metalları mikrobioloji üsulla almaq və bununla da çirkab sularını
ağır metallardan təmizləmək olar.
Artıq mövcud olan çirklənməni ləğv etmək üçün ağır metalları bit-
kinin mənimsəyə bilməyəcəyi formaya salan materiallar tətbiq olunur (üzvi
və mineral gübrələr, əhəng, seolit, sintetik smollar və s.). Eləcə də çirklən-
məyə davamlı olan və ya texniki məqsədlərlə istifadə olunan bitkilərin
becərilməsi tövsiyyə olunur.
Güclü çirklənmiş ərazilərdə çirklənmiş qatın götürülməsi, sonra isə
ağır metalları mütəhərrik formaya keçirərək, turş mühitdə FeCl
3
məhlulu ilə
yuyulması təcrübəsindən istifadə olunur. Torpağa dəmir duzlarının veril-
məsi onun fiziki vəziyyətini yaxşılaşdırır: dəmirhumat komplekslərinin bir-
ləşdirici effektinin hesabına torpağın aqreqatlaşması baş verir. Təmizlən-
mənin sonda torpaqların kompleks mədəniləşdirilməsi aparılır: yuyulmada
itən biogen elementlərin kompensasiyası üçün əhəngləmə, üzvi və mineral
gübrələrin verilməsi.
Torpaqların rekultivasiyasının daha ucuz başa gələn üsulu – inakti-
vator maddələrin tətbiq olunmasıdır. Bəzi ölkələrdə (Böyük Britaniyada, Al-
maniyada, Fransada, Yaponiyada) bunun üçün merkapto -8- triazin istifadə
olunur. Bu zaman Cd, Pb, Hg və Ni həll olmayan və bitkinin məmimsəyə
bilməyəcəyi formada torpaqda möhkəm fiksasiya olunur. Qida elementləri –
kalsium, maqnezium, kalium və s. – bu halda birləşmirlər. Bu üsulun
çatışmayan cəhəti – məhdud həcmdə olması və ə d
Almaniyada əlaqənin yüksək möhkəmliyinə malik olan, metallarla
xəlitə birləşmələri yaradan ionmübadilə üsulunun tətbiqini tapdılar. Onları
turşu və ya duz formasında, çirklənmənin səviyyəsi ilə təyin olunan dozada
toz və ya qranul halında torpağa verirlər. Belə ki, kationitin natrium forması
95%-ə kimi qurğuşunu sorbsiya edir.
Kimyəvi meliorasiyanın əsasında eləcə də ağır metalların, başlıca
olaraq mühitin reaksiyasını dəyişməklə, mənimsənilə bilməyən formaya ke-
çirilməsi durur. İzafi nəmlikli humidli regionlarda buna əhəngləmənin kö-
məyilə nail ounur. Torpaq uducu kompleksdə (TUK) hidrogenin kalsiumla
əvəzlənməsi nəticəsində əhəngin müdafiə edici təsiri üzə çıxır. Bu zaman
mühitin neytrallaşması baş verir və torpaq məhlulunda olan ağır metalların
kalloid hidroksidləri yaranır. Eyni zamanda bakterial mikrofloranın fəaliy-
yəti aktivləşir, mikroorqanizmlərin biokütləsi xeyli artır, hansı ki, onların bir
hissəsi metalları akkumulyasiya edə bilər. Əgər bioloji akkumulyasiya
161
prosesinin aktivliyi üzvi maddələrin minerallaşma prosesindən yüksəkdirsə,
bu zaman TUK tərkibində birləşən ağır metalların mütəhərrikliyinin
azalması baş verir.
Ən yüksək effekt əhəng və mineral gübrələrin birlikdə verilməsində
alınır, belə ki, sonuncular ağır metalların artıq miqdarının mənfi təsirlərini
kompensasiya edir, əhəngləmə isə metalların daha az mütəhərrik birləşmə-
lərin (karbonatların, fosfatların, hidroksidlərin) formalaşmasına və bunun
nəticəsi olaraq, bitkilərdə bu elementlərin miqdarının xeyli azalmasına
gətirir.
Üzvi gübrələr detoksikasiyada mühüm yer tutur, hansı ki, çətin həll
olunan üzvi-mineral birləşmələr yaranması nəticəsində, ağır metalların
mütəhərrikliyini azaldır. Lakin bu zaman üzvi maddələrin parçalanma dərə-
cəsini nəzərə almaqlazımdır. Torpağa parçalanmayan və zəif parçalanan
küləşin pH 8 mühitində verilməsi ağır metalların mütəhərrikliyini artırır.
Ağır metalların fitotoksikliyini azaltmaq üçün təbii seolitlərdən isti-
fadə olunur. Bunlar təkcə yaxşı sorbentlər deyil, həm də qida elementlərinin
mənbəyidir, eləcə də torpağın strukturunu yaxşılaşdıran maddələrdir. Geniş
yayılmış seolitlərdən klinoptillolit qurğuşunu torpaqdan 5...10 dəfə aktiv
fiksasiya edir.
Torpağın ağır metellarla çirklənməsi təhlükəsini azaltmaq üçün
müdafiənin aqronomik vasitələrini tətbiq etmək lazımdır (kənd təsərrüfatı
bitkilə-rinin seçilməsi, müxtəlif dərəcədə metal toplama xassəsini nəzərə
almaqla, bitkilərin ayrı-ayrı hissələrinin istifadə olunması). Beləliklə, ağır
metalların zəhərli təsirinə dözümlülük dərəcəsinə görə bikiləri azalma
sırasıyla yerləş-dirmək olar: otlar – taxillar – dənlilər – kartof – şəkər çuğun-
duru. Torpaqda qurğuşunun eyni miqdarında (1000mq/kq) kartof və pomi-
dor bu elementi çoxaz miqdarda topladı, kök və turp isə YVQ həddindən
1,5...2 dəfə artıq miqdarda akkumulyasiya etdi. Qarğıdalının müxtəlif
hibridlərində kadmiumun udulması fərqi 13...18 dəfəyə çatdı. Çirklənmiş
ərazilərdə yarpalı bitkilərin – salat, spanaq, soğan, əvəlik və b. becərilməsi
xüsusilə arzu olunmazdır. Çirklənmiş torpaqları yemləri becərmək üçün isti-
fadə etmək olmaz, belə ki, heyvanları bitkinin elə hissələrilə və o fazada
yemləyirlər ki, onlarda daha çox metallar toplanmış olsun.
Torpaq münbitliyinin səviyyəsi və ―sağlamlığı‖ bir çox hallarda
torpağın canlı komponentlərinin vəziyyətindən asılı olur. Torpaq biotasının
funksiyalaşması qanunları haqda biliklər, müxtəlif inqridientlərin davranış
xüsusiyyətlərinin uçotu məhsuldar, davamlı aqroekosistemlərin yaradılması
üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Bunlar ekoloji təhlükəsiz kənd
təsərrüfatı məhsullarının becərilməsi və təbii ətraf mühitin çirklənməsinin
minimallaşması üçün zəmin yaradır.